atlı
sözünə də aiddir:
Heç, anacan, istəyirəm bir a t l ı şəhərdən çölə gəzməyə
çıxam
. (24) Hətta bəzən frazeoloji vahidlə ifadə olunmuş zərflik
də belə bir qeyri-dəqiq məqamda işlədilmişdir:
Xudaya, bilirəm,
qiyamət günü y ü z ü q a r a dərgahına gələcəyəm.
(61) Bu
cümlədə
yüzü qara
ifadəsi
dərgah
sözünü təyin etmir, xəbərin
tərzini bildirir.
Əsərdə az hallarda məqsəd zərflikləri ilə xəbərin inversiyasına
da rast gəlirik.
Çıxmışdım şəhərdən çölə b i l d i r ç i n d u t m a ğ
a
. (39)
208
Göründüyü kimi, pyesdə cümlə üzvlərinin inversiyası xəbər
zonası üçün daha xarakterikdir. Bu hal hətta sabit söz
birləşmələrinin komponentləri arasında, ismi və feli
komponentlərin yerləşməsində də özünü göstərir. Adətən ədəbi
dildə frazeoloji vahidlərin adlardan ibarət olan tərəfləri feli
tərəfdən əvvəl gəldiyi halda, pyesdə işlənmiş bir çox cümlələrdə
feli tərəf əvvəl yerləşmişdir. Məsələn:
Kişi q u r ş a n ı b qumara.
(24)
Olub-qalanı v e r d i n bada.
…bəlkə əqli başına gəldi, qumarı q o y d u yerə.
(26)
…can y ı ğ ı l
ı b boğazıma.
(46)
Cümlə üzvlərinin inversiyasına yalnız dialoqlarda deyil,
remarkalarda, müəllifin öz dilində də təsadüf olunur. Lakin bu
hal obrazların dilində olduğu qədər geniş yayılmamışdır. Konkret
şəkildə göstərmək olar ki, remarkalarda inversiya imkanı olan 92
sadə geniş nəqli cümlədən yalnız 17-də cümlə üzvlərinin sırası
pozulmuşdur. Qəribə cəhət burasıdır ki, həmin 17 cümlədən 16-
da yer zərfliyi ilə xəbər öz yerini dəyişmişdir. Burada isə yönlük
halda olan yer zərflikləri üstünlük təşkil edir:
Özünü yıxır
k ü r s ü n ü n ü s t ü n ə
. (37) Gəlir çökür
S o n
a x a- n ı m ı n b a ş ı n ı n ü s t ü n d ə.
(54) Süleyman bəy
avçının köməyi ilə başını qavzıyıb qoyur o n u n d i z i n i n ü s t
ü n ə.(44) Əyləşir
b a ş ı n ı n ü s t ü n d ə
. (44) Boynundan tutub
itəliyir o biri
o t a ğ a.
(52) Nəcəf bəy tökür
ç a y a
. (92) Pulu qoyur
c i b i n ə
. (51) Yeriyir
i r ə l i.
(33) Təməssükü və girovu alıb
qoyur
c i b i n ə
. (51) Atasının qolundan dutub çəkir
ç ö l ə
. (35)
Keçir o biri
o t a ğ a.
(34) Kərim yeriyir
q a b a ğ a
. (35) Yeriyirlər
q
a b a ğ a
. (44) Yüyürür
N ə c ə f b ə y i n d a l ı n c a.
(53) Mücrü-
nü atır
o t a ğ ı n o r t a s ı n a.
(51)
Müəllifin dilindəki inversiya tipləri canlı danışıq dilində indi
də geniş şəkildə müşahidə olunur. Remarkalarda söz sırası ədəbi
dil qaydalarına daha yaxındır. Müəllif dilində yalnız bir cümlədə
mübtəda ilə xəbərin inversiyasına rast gəlirik ki, bu da məntiqi
vurğu ilə əlaqədardır: Nümayan olur
S o n a x a n ı m ı n o t
a ğ ı.
(23) Məhz başqa məkan deyil, növbəti şəkildə Sona
xanımın otağının nümayan olduğunu göstərmək üçün cümlə
üzvləri bu şəkildə sıralanmışdır.
209
Cümlə üzvlərinin sırası ilə əlaqədar maraqlı cəhətlərdən biri
də cümlələrdə qoşulma konstruksiyaların işlənməsidir. Bu
cəhətdən pyesin dili üçün aşağıdakı cümlələr xarakterikdir:
Amma onun nökəri Cavad indi olub Ağa Cavad, s ö v d a g
ə r i- m ə ş h u r.
(56)
Qədim vaxt murov vədəmdə görürdün
ətraf bəyləri cəm olub av binası qoyurdular, q u ş a v ı y a q a
b a n a v ı
(9)
Buranın yerindən, havasından əlavə, suyu çox
içməlidir, b u z k i m i y ü r ə k s ə r i n i d ə n.
(40)
Xub,
ağa İsmayıl, siz bana bir bunu söylüyün görüm, Nəcəf bəyin
yaxşı dost-aşnaları var idi.
D ö v l ə t l i ş ə x s l ə r.
Məgər
heç onlardan binəvayə bir kömək çatmır?
(58) və s.
Təsəvvür etmək mümkündür ki, nitq prosesində müəyyən
hadisə, əlamət, xüsusiyyət unudulur və cümlənin sonunda yada
düşür, müəyyən fasilə və intonasiya ilə ayrılsa da, yenidən
cümləyə qoşulur.
Cümlə üzvlərinin sırası ilə əlaqədar bu qısa qeydlərdən
aydın olur ki, Ə.Haqverdiyev öz dram dilini bu sahədə
ədəbiləşdirməyə çalışsa da, onun əsərlərində canlı dilin
xüsusiyyətləri çox güclü olduğundan ədib bunların yalnız cüzi bir
hissəsinə əl gəzdirə bilmiş, cümlə üzvlərinin sırası ilə əlaqədar bir
sıra cəhətlər xalq danışıq dilinin canlı izləri və bədii dilin
tələblərindən irəli gələn mühüm bir vasitə kimi onun əsərlərində
mühafizə olunub saxlanmışdır.
MÜRƏKKƏB CÜMLƏ
Ədəbi dili ümumxalq danışıq dilinə yaxınlaşdırmaq meyli ən
iri sintaktik birləşmələrdən olan mürəkkəb cümlələrin
quruluşunda da qabarıq şəkildə təzahür edir. Pyesin mürəkkəb
cümlə fondunu diqqətlə nəzərdən keçirdikdə məlum olur ki,
M.F.Axundova qədərki klassik ədəbi dil çox sürətlə öz yerini
danışıq dili əsasında qurulmaqda olan milli ədəbi dilə
verməkdədir. Pyesdə mürəkkəb bağlayıcılarla düzələn saysız-
hesabsız mürəkkəb cümlələrə təsadüf olunmur və demək olar ki,
belə cümlələr yox dərəcəsindədir. Sadə bağlayıcıların özləri də
(«ki» və «amma» müstəsna olmaqla) az işlənmişdir.
210
Mürəkkəb cümlələr müasir yazılı ədəbi dilimizin sintaktik
quruluşundan daha çox, canlı danışıq dili sintaktik qanunlarına
uyğun gəlir. Sintaktik quruluşca «Dağılan tifaq»la bir səpkili olan
bədii əsərlərin dili belə bir fikrə gəlməyə imkan verir ki, xalq
danışıq dili ilə ədəbi dil arasındakı uçurumu yox etmək uğrunda
mübarizə aparan yazıçılarımız, əgər belə demək mümkündürsə,
bir növ ifrat mövqe tutmuş, danışıq dilinin xeyrinə sərhədi
pozaraq daha irəli getmişlər və yalnız sovet dövründə bir qədər
geri çəkilməklə ədəbi dil qaydaya salınmışdır. Bu cür ifrat mövqe
sadə geniş nəqli cümlələrdə cümlə üzvlərinin sırasında özünü
necə göstərirsə, mürəkkəb cümlənin bağlayıcısız (asindetik)
tipində və bəzi analitik, sintetik cümlə tiplərində də o dərəcə
qabarıq nəzərə çarpır. Məlumdur ki, danışıq dilində bağlayıcılar
az işlədilir və hətta bəzi bağlayıcıların, məsələn, «və»
bağlayıcısının yazılı ədəbi dilimizdə əsrlərlə işlənməsinə
baxmayaraq, o, xalq danışıq dilinə keçə bilməmişdir. Bu, dilin
tarixi inkişaf prosesi ilə bağlıdır.
Bağlayıcılar dilin inkişafının sonrakı dövrlərinin məhsulu
olduğu üçün bağlayıcısız mürəkkəb cümlə «... tarixi nöqteyi-
nəzərdən daha qədim, daha ibtidai və daha əvvəldir».
141
Bağlayıcısız mürəkkəb cümlələr ümumxalq danışıq dilində
və bəzi yazıçılarımızın bədii əsərlərində öz rəngarəngliyi və
kəmiyyətcə üstünlüyü ilə seçilsə də, bu sahədə tədqiqat bir
zərurət kimi yalnız son zamanlar ortaya çıxmışdır: «…müasir
dilimizdə formal əlamətsiz mürəkkəb cümlələr o qədər müxtəlif
və çoxcəhətlidir ki, bunu ayrıca tədqiq etmək vaxtı gəlib
çatmışdır».
142
Bağlayıcısız (və xüsusilə tabeli) mürəkkəb cümlə ətraflı
öyrənilmədiyi üçün belə cümlələrin tabeli və ya tabesiz olduğunu
müəyyənləşdirmək bəzən çətinlik törədir. Bağlayıcısız mürəkkəb
cümlələrin, doğru olaraq, tabesiz və tabeli olduğunu göstərsələr
də, dilçilərimiz, bağlayıcısız tabeli mürəkkəb cümlə haqqında ya
141
. .
, 1-
, «
Я Дямирчизадя Мцряккябъцмляляр ъимягаля Азярбайъан
мяк
», 1947, 5-6,
.52.
тяби
№ сящ
142
.
З.Х.Т а ь ы з а д я. Мцасир Азярбайъан дилиндя мцряккяб ъцмля,
Бакы, 1961, сящ.9.
211
heç əlavə məlumat vermir, yaxud da bir-iki misalla kifayətlənirlər
ki, bu da işin ümumi həcminə nisbətən cüzi bir hissəni təşkil
edir.
143
Hətta bəzi dilçilər bağlayıcısız mürəkkəb cümlələri xüsusi
bir qrupa ayırmağı məsləhət görür: «…bağlayıcısız mürəkkəb
cümlələr müstəqil quruluş tipinə ayrıla bilər, belə ki onların
vasitəsilə verilən fikir çox vaxt tabesizlik və tabelilik
çərçivəsindən kənara çıxır».
144
Tabesiz və tabeli mürəkkəb cümlələrin uyğun və fərqli
cəhətləri axtarılarkən mürəkkəb cümlənin komponentləri
arasındakı məna asılılığının dərəcəsi əsas götürülür. Burada,
bizcə, bağlayıcılar və bağlayıcı sözlər ikinci dərəcəlidir. Belə ki
bağlayıcılar tabelilik və ya tabesizlik yaratmır, əksinə, mürəkkəb
cümlə ya tabeli, ya da tabesiz olur, tərkib hissələri birləşdirməyə
xidmət edən formal qrammatik vasitələr isə cümlənin mövcud
məna kompleksinə əsasən tabelilik və ya tabesizlik
kateqoriyalarına xidmət edir. Deməli, bağlayıcılar mürəkkəb
cümlənin tərkib hissələrini əlaqələndirməklə bərabər, cümlənin
ümumi mənasına da təsir edir və intonasiya yükünün xeyli hissə-
sini öz üzərinə götürür, beləliklə də mürəkkəb cümlənin daşıdığı
əsas qrammatik mənanı formal əlamətlərlə daha da qabarıq
şəkildə nəzərə çarpdırır. Bu hadisənin səbəbi ondan ibarətdir ki,
istər tabeli və istərsə də tabesiz mürəkkəb cümlələrin tərkib
hissələrini əlaqələndirmək üçün ilk vasitə intonasiya olmuş,
bağlayıcılar isə, yuxarıda deyildiyi kimi, sonralar yaranmışdır.
İntonasiya danışıq dilinə məxsus bağlayıcısız mürəkkəb
cümlələrdə öz üstün rolunu indi də saxlamışdır. Ona görə də
pyesin danışıq dili sintaktik quruluşunun güclü təsirinə məruz
qalmış dilini öyrənərkən bu cür mürəkkəb cümlələrdən
143
Бах.: «Азярбайъан дилинин грамматикасы», II щисся, Бакы, 1959,
сящ. 327; З.Х. Т а ь ы з а д я. Мцасир Азярбайъан дилиндя мцряккяб
ъцмля, Бакы, 1961, сящ.7; Я.А б д у л л а й е в. Мцасир Азярбайъан
дилиндя табели мцряккяб ъцмляляр. Бакы, 1964, сящ.135 вя с.
144
. . .
Н З Г а д ж и е в а Бессоюзные сложные предложения в
современном Азер
. «
байджанском языке Исследование по синтаксису
»,
, 1962
тюркскихязыков Москва
, сящ. 15.
212
danışmamaq olmaz. Həm ilkin forma olduğu, həm də dil faktları
içərisində mühüm yer tutduğu üçün burada mürəkkəb cümlənin
müxtəlif tiplərindən bəhs edilərkən əvvəlcə bağlayıcısız tipinə da-
ir misallar verilir. Bizdə, ümumiyyətlə, danışıq dili sintaksisinin
öyrənilməsinə indiyə qədər fikir verilmədiyi üçün də bu məsələ
əhəmiyyətlidir.
TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR
Tabesiz mürəkkəb cümlələrin quruluşunda maraqlı bir
xüsusiyyət nəzərə çarpmır. Yalnız bunu qeyd etmək lazımdır ki,
intonasiya ilə qurulmuş bağlayıcısız mürəkkəb cümlələrdə məna
əlaqələrinin bütün əsas növlərindən – zaman, ziddiyyət və
aydınlaşdırma əlaqələrindən istifadə edildiyi halda, bağlayıcılı
tabesiz mürəkkəb cümlələr bu cəhətdən xeyli məhduddur.
Bağlayıcısız mürəkkəb cümlələr müxtəlif və çoxcəhətli olsa da, bu
barədə aşağıdakı misallarla kifayətlənəcəyik.
Göy tez-tez guruldayır, ildırım şaxıyur, hava bərk
dutulur
. (60) N a z l ı x a n ı m:
Dünən olan-olmazımı
vermişəm kişiyə aparsın satsın; kişi də aparıb satıb, yolu
yumrulmuş, yoldan dönüb Nəcəf bəgin yanına, Nəcəf bəg də
pulun hamısını udub…
(29) S o n a x a n ı m:
Gög guruldadı, bir
güclü dolu başladı yağmağa, onda gördüm bir böyük dolu qəf-
lətən düşüb həmən ağacın təpəsindən o saət ağacın cəmi qol-qa-
nadları qırıldılar, töküldülər yerə, qaldı ağacın quru kötügi; o
saət gördügim çəmən yox oldu, axan bulaqlar həmən dəqiqə qu-
rudu, bülbüllərin səsləri kəsildi, güllərdən-çiçəklərdən heç bir
nişan qalmadı
. (27-28) İ k i n c i a v ç ı:
Mən qalım burada
meyitin yanında, sən get evlərinə xəbər elə. İstəyir getsün, ildırım
urur…
(62) Məşədi əgləşir yerdə, Nəcəf bəg kürsinin üstündə. P ə r
i x a n ı m:
Bir də, qadan alım, vaqiəni tərsinə yorarlar: ağac kimi
hər tərəfə qol-budaq atacaqsınız, aləm sizin kölgənizdə dolanacaq;
dolunun urmağı da urmamaqdır.
(28)
Birinci cümlədə komponentlər zaman əlaqəsi əsasında
birləşir və üç hadisənin eyni zamanda icra olunduğu göstərilir.
İkinci misalda da zaman əlaqəsi vardır, lakin buradakı hadisələr
213
eyni bir zaman ərzində deyil, ardıcıl şəkildə cərəyan edir. Əgər
birinci mürəkkəb cümlə təkcə sadalama intonasiyası ilə
düzəlmişsə, ikinci cümlədə başqa vasitələr də vardır: «kişi də
aparıb satıb» tərkib hissəsini özündən əvvəlki tərkib hissəyə
«də» bağlayıcısı, sonrakı tərkib hissəni bu ikinciyə «yolu
yumrulmuş» qarğış tipli frazeoloji vahidi, nəhayət, axırıncını
özündən əvvəlkinə yenə «də» bağlayıcısı bağlamış, beləliklə,
intonasiya yükünün xeyli hissəsi bunların üzərinə düşmüşdür.
Üçüncü misalda həm ardıcıl, həm də eyni zamanda baş verən
proses təsvir edilmişdir. Eyni cümlədə ardıcıllıq və eyni
zamanlılıq kimi iki müxtəlif əlaqənin olmasında səbəb-nəticə
mənasının da müəyyən rolu vardır. Belə ki ardıcıl hadisələr
sadalanmış, nəhayət, eyni zamanda cərəyan edən bir neçə
hadisə nəticə kimi göstərilmişdir. Daha dəqiq deyilsə, birinci üç
tərkib hissədə göyün guruldaması, dolunun yağmağa başlaması,
dolulardan birinin ağacın başına düşməsi ardıcıl şəkildə qeyd
olunmuş, sonrakı tərkib hissələrdə bütün hadisələrin (ağacın qol-
qanadının qırılıb yerə tökülməsi, çəmənin yox olması, bulaqların
quruması, bülbüllərin səslərinin kəsilməsi, güllərdən və
çiçəklərdən heç bir nişan qalmaması) eyni bir an içərisində baş
verdiyi təsvir edilmiş, «o saət», «həmən dəqiqə» sözləri də bu
məqsədlə işlənilmişdir. 4, 5 və 6-cı misallarda mürəkkəb
cümlələr qarşılaşdırma, ziddiyyət əlaqəsi əsasında qurulmuşdur.
Bu cümlələrdə intonasiyadan əlavə, I və II şəxs əvəzliklərinin
qarşılaşdırılması (4-cü misal), cümlə üzvlərindən birinin ixtisarı da
(6-cı misalda II tərkib hissənin xəbəri) tərəfləri bağlamaqda
müəyyən rola malikdir. Sonuncu misalda isə əvvəlcə ümumi mə-
lumat verilmiş, sonra həmin məlumat xırdalanmış və aydınlaşdırıl-
mışdır.
Tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirmək üçün
işlədilmiş əsas bağlayıcılar aşağıdakılardır:
Birləşdirmə əlaqəsində iştirak edənlər:
və, da(də)
.
Çox təbii olaraq «və» bağlayıcısından mürəkkəb cümlənin
tərkib hissələrini birləşdirmək üçün son dərəcə az hallarda – üç-
dörd cümlədə istifadə edilmişdir:
N ə c ə f b ə g:
…dünyada bir təmənnan qalmasun və beş
adam da sana rəhmət oxusun.
(6) N ə c ə f b ə g:
Ağa
214
İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin
qızın da qayıdar gələr evinə
. (35) S ü l e y m a n b ə g:
Ağa,
sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur
.
(36)
Şübhəsiz, bu cümlələrə «və» yalnız kitab dilinin təsiri ilə daxil
olmuşdur. Çünki bu bağlayıcının danışıq dili ilə o qədər də əlaqəsi
yoxdur. Bəzən
və
bağlayıcısı cümlənin əvvəlində də işlənmişdir.
Belə vəziyyəti göstərən yeganə cümlələr aşağıdakı tabeli mürəkkəb
cümlələrdir:
N ə c ə f b ə g:
Və bir də bu kişi bir adamdır ki, bu gün
buradadır, sabah bir ayrı adamın qapısında görərsən
. (18) S ü l
e y m a n b ə g:
Və bir adama da ixtiyar vermərəm ki, bana
nəsihət eləsin.
(36)
Məlumdur ki, Azərbaycan dilində cümlənin əvvəlində «və»
bağlayıcısı işlənməz. Burada rus dilinin təsiri hiss olunur. Pyesdə
çox nadir hallarda rus dili sintaktik qanunlarına uyğun gələn tək-
tək belə cümlələr vardır. Haqverdiyev özü də bu təsirin az-çox
mövcud olduğunu xatırlayaraq sonralar yazmışdır: «90-cı illərdə
ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız
(özümü də o cümlədən hesab edirəm)… rus ədəbiyyatı təsiri
altına düşüb, türk (azəri –
Q. K.
) dilində rus cümlələri işlətməyə
üz qoydular».
145
Yazıçı bu fikri bir az kəskin söyləmişdir. Əslində,
90-cı illərin məhsulu olan bir sıra başqa əsərlər kimi, «Dağılan
tifaq» haqqında da belə ciddi təsirdən danışmaq olmaz. Burada
təsir deyilən şey olsa-olsa bəzi cümlələrdə sezilə bilir ki, bu da
mühit, şərait və təhsil sistemi ilə əlaqədardır.
Birləşdirmə əlaqəsində iştirak edən bağlayıcılardan
da (də)
əsərin ümumi ruhuna çox uyğundur və dilə təbiilik gətirmişdir:
Ə v v ə l i n c i c a v a n:
Biz gedək odundan, zaddan
yığaq, sən də samavar hazır elə.
(40) N ə c ə f b ə g:
Gedərsən
kəndə taxıl da götürərsən, yabı da verərlər
. (13) N ə c ə f b ə g:
Üstümdə allah da var, peyğəmbər də var, onu bilirəm
(31) və s.
145
. .
,
,
Я Щ а г в е р д и й е в Ядяби дилимиз щаггында ялйазмасы
.2.
сящ
215
Müasir dildə olduğu kimi, pyesdə də bu bağlayıcı subyektlər
arasında vəzifə bölgüsünü (birinci misal), iş və hərəkətdə müxtəlif
əşyaların iştirakını (sonrakı misallar) və s. ifadə etmək üçün
işlənmişdir.
Ziddiyyət əlaqəsində iştirak edən əsas bağlayıcı «amma»
(əmma) bağlayıcısıdır. Bu bağlayıcı 20-dən artıq tabesiz
mürəkkəb cümlənin tərkib hissələrini birləşdirmişdir:
S o n a x a n ı m:
Bən çox kirimişəm, əmma tahı səbr
kasam dolub daşır…
(52) N a z l ı x a n ı m:
Başına dönüm, sən
dövlətli kimsənəsən, əmma bana bu saət fitrə vacibdir
(31) və s.
Bu bağlayıcı bir-birinə qarşı qoyulan hadisələri ifadə edən
cümlələri bağlamışdır. Bu xüsusiyyət «yoqsa» və çox az hallarda
işlənmiş «ancaq» bağlayıcısına da aiddir:
C a v a d:
Sən öl, bu Cavad ölsün, gərək düz qırx manat
verəsən, yoqsa bundan sonra qapunı yüzinə bağlayacağam.
(22)
S ü l e y- m a n b ə g (Xəncəri verir):
Niyə vermirəm, buyur,
ancaq gözlə ağzı daşa dəgməsin.
(41)
Aşağıdakı tabesiz mürəkkəb cümlələr «nə-nə»
bağlayıcısının iştirakı ilə qurulmuşdur:
H ə m z ə b ə g:
Mənim barəmdə dünyada nə qoca var,
nə cavan
. (7) İ k i n c i c a v a n:
Nə səndə bir kəsər var, nə
məndə
. (41)
Göründüyü kimi, inkar məna əlamətli belə cümlələrdə ikinci
tərkib hissədəki üzvlərdən biri ixtisar olunmuşdur.
Tabesiz mürəkkəb cümləyə dair bu qısa xarakteristika
göstərir ki, əsərdə
həm - həm də, yaxud, lakin, ya - ya da, gah -
gah
da və s. bağlayıcıların olmamasından əlavə, haqqında
danışılan bağlayıcılar da («amma» müstəsna olmaqla) əsərin
dilində o qədər geniş yer tutmur.
TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR
Nisbətən aydın təsəvvürə malik olmaqdan ötrü tabeli
mürəkkəb cümlənin pyesdəki növlərini də qısa şəkildə nəzərdən
keçirək.
216
1. Mübtəda budaq cümləsi. Əsərdə budaq cümlənin bu
növünün həm asindetik, həm də analitik tiplərindən istifadə
edilmişdir. Məsələn:
N ə c ə f b ə g (tək
): Bu nə iş idi bən dutdum, nə qələt
idi elədim.
(52) S ü l e y m a n b ə g:
Budur, iki ildir, bənimlə
dostluq binası qoyublar
. (15) Ə b d ü l:
Budur, mən səkkiz ildən
artıqdır ki, getmişəm İrana.
(55) N ə c ə f b ə g:
Mən özüm az
pul uduzmuram, necə ola bilər ki, gedim uduzdığım pulları istiyüm.
(31) İ s m a y ı l:
Budur, iki ildir ki, onu Sibirə göndəriblər.
(56)
Birinci iki misaldakı «bu nə iş idi», «nə qələt idi», «budur,
iki ildir» hissələri beş, «bən dutdum», «elədim», «bənimlə
dostluq binası qoyublar» baş cümləyə intonasiya ilə bağlanmış
budaq cümlələrdir. Bunları asanlıqla sadə geniş cümləyə
çevirmək və ya baş cümlə ilə budaq cümlə arasına «ki»
bağlayıcısı artırmaqla, sonrakı üç misalda olduğu kimi, analitik
budaq cümlələr düzəltmək mümkündür.
Mübtəda budaq cümləsinin bağlayıcı sözlə baş cümləyə
bağlanan tipinə də pyesdə təsadüf edilir: Məs.: N a z l ı x a n ı
m
: Bilirsən ki, hər nə var idi, hamısı əldən gedib
(80) – cümləsində
budaq cümlə baş cümləyə «hər nə» bağlayıcı sözü ilə bağlanmışdır.
Baş cümlədə qarşılıq bildirən sözün ikinci komponenti (
hamısı -
onların hamısı
) qalmışdır.
Əsərdə elə mübtəda budaq cümlələri də vardır ki, baş
cümlədə təyin olunan isim daha qabarıq şəkildə nəzərə
çarpdırılır, axırda budaq cümlə yerləşir. Məslən: N ə c ə f b ə g:
O adamlar ki mənəm-mənəm dedilər, hamısının axırı belə oldu.
(60) S ə l i m b ə g:
Bir ata ki bikar vəqtində ağlıyla bir yerdə
qumar oynıya, onun oğlu qumarbaz olmuyub müctəhid ki
olmuyacaq.
(16)
Dostları ilə paylaş: |