Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə18/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

atlı

   sözünə  də  aiddir: 

Heç, anacan, istəyirəm bir  a t l ı  şəhərdən çölə gəzməyə  

çıxam


. (24) Hətta bəzən frazeoloji vahidlə ifadə olunmuş zərflik 

də belə bir qeyri-dəqiq məqamda işlədilmişdir: 

Xudaya, bilirəm, 

qiyamət günü y ü  z ü   q a r a dərgahına gələcəyəm.  

(61) Bu 

cümlədə  

yüzü qara

  ifadəsi  

dərgah  

sözünü təyin etmir, xəbərin 

tərzini bildirir.

Əsərdə az hallarda məqsəd zərflikləri ilə xəbərin inversiyasına 

da rast gəlirik. 

Çıxmışdım şəhərdən çölə  b i l d i r ç i n  d u t m a ğ  

a

. (39)


208

Göründüyü kimi, pyesdə cümlə üzvlərinin inversiyası xəbər 

zonası  üçün   daha   xarakterikdir.   Bu   hal   hətta   sabit   söz 

birləşmələrinin   komponentləri   arasında,   ismi   və   feli 

komponentlərin yerləşməsində də özünü göstərir. Adətən ədəbi 

dildə   frazeoloji   vahidlərin   adlardan   ibarət   olan   tərəfləri   feli 

tərəfdən əvvəl gəldiyi halda, pyesdə işlənmiş bir çox cümlələrdə 

feli tərəf əvvəl yerləşmişdir. Məsələn: 

Kişi  q u r ş a n ı b  qumara.

  (24)  

Olub-qalanı  v e r d i n  bada. 

…bəlkə  əqli  başına  gəldi,  qumarı  q o y d u  yerə.

 (26)  


…can y ı ğ ı l 

ı b boğazıma.

 (46)

Cümlə   üzvlərinin   inversiyasına   yalnız   dialoqlarda   deyil, 



remarkalarda, müəllifin öz dilində də təsadüf olunur. Lakin bu 

hal obrazların dilində olduğu qədər geniş yayılmamışdır. Konkret 

şəkildə göstərmək olar ki, remarkalarda inversiya imkanı olan 92 

sadə geniş nəqli cümlədən yalnız 17-də cümlə üzvlərinin sırası 

pozulmuşdur. Qəribə cəhət burasıdır ki,  həmin 17 cümlədən 16-

da yer zərfliyi ilə xəbər öz yerini dəyişmişdir. Burada isə yönlük 

halda olan yer zərflikləri üstünlük təşkil edir:

Özünü  yıxır   

k ü r s ü n ü n  ü s t ü n ə

. (37) Gəlir çökür  

S o n 

a   x  a-   n ı m ı n  b a ş ı n ı n    ü s t ü n d ə.



 (54) Süleyman bəy 

avçının  köməyi  ilə  başını  qavzıyıb qoyur   o n u n   d i z i n i n  ü s t 

ü n ə.(44) Əyləşir 

b a ş ı n ı n   ü s t ü n d ə

. (44) Boynundan tutub 

itəliyir o biri 

o t a ğ a.

 (52) Nəcəf bəy tökür 

ç a y a

. (92) Pulu qoyur 



c i b i n ə

. (51)  Yeriyir  

i r ə l i.

  (33)  Təməssükü  və  girovu  alıb 

qoyur   

c i b i n ə

. (51) Atasının qolundan dutub çəkir   

ç ö l ə


. (35) 

Keçir o biri  

o t a ğ a.

 (34) Kərim yeriyir 

q a b a ğ a

. (35) Yeriyirlər  

a b a ğ a



. (44) Yüyürür   

N ə c ə f  b ə y i n  d a l ı n c a.

 (53) Mücrü-

nü atır  

o t a ğ ı n  o r t a s ı n a.

 (51)


Müəllifin dilindəki   inversiya tipləri canlı danışıq dilində indi 

də geniş şəkildə müşahidə olunur. Remarkalarda söz sırası ədəbi 

dil qaydalarına daha yaxındır. Müəllif dilində yalnız bir cümlədə 

mübtəda ilə xəbərin inversiyasına rast gəlirik ki,  bu  da  məntiqi 

vurğu ilə əlaqədardır: Nümayan  olur   

S o n a   x a n ı m ı n   o t  

a   ğ   ı.

  (23)   Məhz   başqa   məkan   deyil,   növbəti   şəkildə   Sona 

xanımın   otağının   nümayan   olduğunu   göstərmək   üçün   cümlə 

üzvləri bu şəkildə sıralanmışdır.

209


Cümlə üzvlərinin sırası ilə əlaqədar maraqlı cəhətlərdən biri 

də   cümlələrdə   qoşulma     konstruksiyaların     işlənməsidir.   Bu 

cəhətdən pyesin dili üçün aşağıdakı cümlələr xarakterikdir:

Amma  onun nökəri Cavad indi olub Ağa Cavad,  s ö v d a g  

ə r i- m ə ş h u r.

 (56) 


Qədim  vaxt  murov  vədəmdə  görürdün 

ətraf bəyləri cəm olub av binası qoyurdular, q u ş  a v ı  y a     q a  

b a n  a v ı

 (9) 


Buranın  yerindən,  havasından  əlavə, suyu  çox  

içməlidir, b u z    k i m i      y ü r ə k   s ə r i n i d ə n. 

(40) 

Xub, 


ağa  İsmayıl, siz  bana  bir  bunu söylüyün görüm, Nəcəf   bəyin 

yaxşı dost-aşnaları  var  idi.  

 

D ö v l ə t l i     ş ə x s l  ə r.



 

Məgər 


heç onlardan binəvayə bir kömək çatmır?

 (58) və s.

Təsəvvür etmək mümkündür ki, nitq prosesində müəyyən 

hadisə, əlamət, xüsusiyyət unudulur və cümlənin sonunda yada 

düşür,   müəyyən   fasilə   və   intonasiya   ilə   ayrılsa   da,   yenidən 

cümləyə qoşulur. 

Cümlə   üzvlərinin   sırası   ilə   əlaqədar   bu   qısa   qeydlərdən 

aydın   olur   ki,   Ə.Haqverdiyev   öz   dram   dilini   bu   sahədə 

ədəbiləşdirməyə   çalışsa   da,   onun   əsərlərində   canlı   dilin 

xüsusiyyətləri çox güclü olduğundan ədib bunların yalnız cüzi bir 

hissəsinə əl gəzdirə bilmiş, cümlə üzvlərinin sırası ilə əlaqədar bir 

sıra   cəhətlər   xalq   danışıq   dilinin   canlı   izləri   və   bədii   dilin 

tələblərindən irəli gələn mühüm bir vasitə kimi onun əsərlərində 

mühafizə olunub saxlanmışdır.



MÜRƏKKƏB CÜMLƏ

Ədəbi dili ümumxalq danışıq dilinə yaxınlaşdırmaq meyli ən 

iri   sintaktik   birləşmələrdən   olan   mürəkkəb   cümlələrin 

quruluşunda da qabarıq şəkildə təzahür edir. Pyesin mürəkkəb 

cümlə   fondunu   diqqətlə   nəzərdən   keçirdikdə   məlum   olur   ki, 

M.F.Axundova   qədərki   klassik   ədəbi   dil   çox   sürətlə   öz   yerini 

danışıq   dili   əsasında   qurulmaqda   olan   milli   ədəbi   dilə 

verməkdədir.   Pyesdə   mürəkkəb   bağlayıcılarla   düzələn   saysız-

hesabsız mürəkkəb cümlələrə təsadüf olunmur və demək olar ki, 

belə cümlələr yox dərəcəsindədir. Sadə bağlayıcıların özləri də 

(«ki» və «amma» müstəsna olmaqla) az işlənmişdir.

210


Mürəkkəb   cümlələr   müasir   yazılı   ədəbi   dilimizin   sintaktik 

quruluşundan daha çox, canlı danışıq dili sintaktik qanunlarına 

uyğun gəlir. Sintaktik quruluşca «Dağılan tifaq»la bir səpkili olan 

bədii  əsərlərin dili  belə bir  fikrə gəlməyə imkan verir  ki,  xalq 

danışıq dili ilə ədəbi dil arasındakı uçurumu yox etmək uğrunda 

mübarizə aparan yazıçılarımız, əgər belə demək mümkündürsə, 

bir   növ   ifrat   mövqe   tutmuş,   danışıq   dilinin   xeyrinə   sərhədi 

pozaraq daha irəli getmişlər və yalnız sovet dövründə bir qədər 

geri çəkilməklə ədəbi dil qaydaya salınmışdır. Bu cür ifrat mövqe 

sadə   geniş   nəqli   cümlələrdə   cümlə   üzvlərinin   sırasında   özünü 

necə   göstərirsə,   mürəkkəb   cümlənin   bağlayıcısız   (asindetik) 

tipində və bəzi  analitik,  sintetik  cümlə  tiplərində  də o  dərəcə 

qabarıq nəzərə çarpır. Məlumdur ki,  danışıq dilində bağlayıcılar 

az   işlədilir   və   hətta   bəzi   bağlayıcıların,   məsələn,   «və» 

bağlayıcısının   yazılı   ədəbi   dilimizdə   əsrlərlə   işlənməsinə 

baxmayaraq, o, xalq danışıq dilinə keçə bilməmişdir. Bu, dilin 

tarixi inkişaf prosesi ilə bağlıdır.

Bağlayıcılar   dilin   inkişafının   sonrakı   dövrlərinin   məhsulu 

olduğu   üçün   bağlayıcısız   mürəkkəb   cümlə   «...   tarixi   nöqteyi-

nəzərdən daha qədim, daha ibtidai və daha əvvəldir».

141

Bağlayıcısız mürəkkəb cümlələr ümumxalq danışıq dilində 



və   bəzi   yazıçılarımızın   bədii   əsərlərində   öz   rəngarəngliyi   və 

kəmiyyətcə   üstünlüyü   ilə   seçilsə   də,   bu   sahədə   tədqiqat   bir 

zərurət   kimi   yalnız   son   zamanlar   ortaya   çıxmışdır:   «…müasir 

dilimizdə formal əlamətsiz mürəkkəb cümlələr o qədər müxtəlif 

və   çoxcəhətlidir   ki,   bunu   ayrıca   tədqiq   etmək   vaxtı   gəlib 

çatmışdır».

142

Bağlayıcısız   (və   xüsusilə   tabeli)   mürəkkəb   cümlə   ətraflı 



öyrənilmədiyi üçün belə cümlələrin tabeli və ya tabesiz olduğunu 

müəyyənləşdirmək bəzən çətinlik törədir. Bağlayıcısız mürəkkəb 

cümlələrin, doğru olaraq, tabesiz və tabeli olduğunu göstərsələr 

də, dilçilərimiz, bağlayıcısız tabeli mürəkkəb cümlə haqqında ya 

141

  .                     . 



 

, 1-  


, «

Я Дямирчизадя Мцряккябъцмляляр ъимягаля Азярбайъан 

мяк

», 1947,  5-6, 



.52.

тяби


№ сящ

142


 

З.Х.Т а ь ы з а д я. Мцасир Азярбайъан дилиндя мцряккяб ъцмля, 



Бакы, 1961, сящ.9.

211


heç əlavə məlumat vermir, yaxud da bir-iki misalla kifayətlənirlər 

ki, bu da   işin ümumi həcminə nisbətən cüzi bir hissəni təşkil 

edir.

143


 Hətta bəzi dilçilər bağlayıcısız mürəkkəb cümlələri xüsusi 

bir   qrupa   ayırmağı   məsləhət   görür:   «…bağlayıcısız   mürəkkəb 

cümlələr   müstəqil   quruluş   tipinə   ayrıla   bilər,   belə   ki   onların 

vasitəsilə   verilən   fikir   çox   vaxt   tabesizlik   və   tabelilik 

çərçivəsindən kənara çıxır».

144


Tabesiz   və   tabeli   mürəkkəb   cümlələrin   uyğun   və   fərqli 

cəhətləri   axtarılarkən   mürəkkəb   cümlənin   komponentləri 

arasındakı   məna   asılılığının   dərəcəsi   əsas   götürülür.   Burada, 

bizcə, bağlayıcılar və bağlayıcı sözlər ikinci dərəcəlidir. Belə ki 

bağlayıcılar tabelilik və ya tabesizlik yaratmır, əksinə, mürəkkəb 

cümlə ya tabeli, ya da tabesiz olur, tərkib hissələri birləşdirməyə 

xidmət edən formal qrammatik vasitələr isə cümlənin mövcud 

məna   kompleksinə   əsasən   tabelilik   və   ya   tabesizlik 

kateqoriyalarına   xidmət   edir.   Deməli,   bağlayıcılar   mürəkkəb 

cümlənin  tərkib hissələrini  əlaqələndirməklə bərabər, cümlənin 

ümumi mənasına da təsir edir və intonasiya yükünün xeyli hissə-

sini öz üzərinə götürür, beləliklə də mürəkkəb cümlənin daşıdığı 

əsas   qrammatik   mənanı   formal   əlamətlərlə   daha   da   qabarıq 

şəkildə nəzərə çarpdırır. Bu hadisənin səbəbi ondan ibarətdir ki, 

istər   tabeli   və   istərsə   də   tabesiz   mürəkkəb   cümlələrin   tərkib 

hissələrini   əlaqələndirmək   üçün   ilk   vasitə   intonasiya   olmuş, 

bağlayıcılar   isə,   yuxarıda   deyildiyi   kimi,   sonralar   yaranmışdır. 

İntonasiya   danışıq   dilinə   məxsus   bağlayıcısız   mürəkkəb 

cümlələrdə öz üstün  rolunu  indi də saxlamışdır. Ona  görə də 

pyesin   danışıq   dili   sintaktik   quruluşunun   güclü   təsirinə   məruz 

qalmış   dilini   öyrənərkən   bu   cür   mürəkkəb   cümlələrdən 

143


  Бах.: «Азярбайъан  дилинин  грамматикасы», II  щисся,  Бакы, 1959, 

сящ. 327;  З.Х.  Т  а  ь  ы  з  а  д  я.  Мцасир  Азярбайъан  дилиндя  мцряккяб 

ъцмля,  Бакы, 1961,  сящ.7;  Я.А  б  д  у  л  л  а  й  е  в.  Мцасир  Азярбайъан 

дилиндя табели мцряккяб ъцмляляр. Бакы, 1964, сящ.135 вя с.

144

  . .               .  



 

 

 



Н З Г а д ж и е в а Бессоюзные сложные предложения в 

 

современном Азер



 

. «


   

байджанском языке Исследование по синтаксису 

 

», 


, 1962

тюркскихязыков Москва

, сящ. 15.

212


danışmamaq olmaz. Həm ilkin forma olduğu, həm də dil faktları 

içərisində mühüm yer tutduğu üçün burada mürəkkəb cümlənin 

müxtəlif tiplərindən bəhs edilərkən əvvəlcə bağlayıcısız tipinə da-

ir misallar verilir. Bizdə, ümumiyyətlə, danışıq dili sintaksisinin 

öyrənilməsinə indiyə qədər fikir verilmədiyi üçün də bu məsələ 

əhəmiyyətlidir.



TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR

Tabesiz   mürəkkəb   cümlələrin   quruluşunda   maraqlı   bir 

xüsusiyyət nəzərə çarpmır. Yalnız bunu qeyd etmək lazımdır ki, 

intonasiya ilə qurulmuş bağlayıcısız mürəkkəb cümlələrdə məna 

əlaqələrinin   bütün   əsas   növlərindən   –   zaman,   ziddiyyət   və 

aydınlaşdırma   əlaqələrindən   istifadə   edildiyi   halda,   bağlayıcılı 

tabesiz   mürəkkəb   cümlələr   bu   cəhətdən   xeyli   məhduddur. 

Bağlayıcısız mürəkkəb cümlələr müxtəlif və çoxcəhətli olsa da, bu 

barədə aşağıdakı misallarla kifayətlənəcəyik.

Göy    tez-tez    guruldayır,    ildırım     şaxıyur,    hava    bərk  

dutulur

.   (60)   N a z l ı       x a n ı m:  



Dünən olan-olmazımı 

vermişəm   kişiyə   aparsın   satsın;   kişi   də   aparıb   satıb,   yolu 

yumrulmuş,   yoldan   dönüb   Nəcəf   bəgin   yanına,   Nəcəf   bəg   də 

pulun hamısını udub… 

(29) S o n a  x a n ı m: 

Gög guruldadı, bir 

güclü dolu başladı yağmağa, onda gördüm bir böyük dolu qəf-

lətən düşüb həmən ağacın təpəsindən o saət ağacın cəmi qol-qa-

nadları  qırıldılar,  töküldülər  yerə,  qaldı   ağacın   quru  kötügi;  o 

saət gördügim çəmən yox oldu, axan bulaqlar həmən dəqiqə qu-

rudu,   bülbüllərin   səsləri   kəsildi,   güllərdən-çiçəklərdən   heç   bir 

nişan qalmadı

.  (27-28)   İ k i n c i   a v ç ı:  

Mən qalım burada 

meyitin yanında, sən get evlərinə xəbər elə. İstəyir getsün, ildırım  

urur…


 (62) Məşədi əgləşir yerdə, Nəcəf bəg kürsinin üstündə. P ə r 

i   x a n ı m: 

Bir də, qadan alım, vaqiəni tərsinə yorarlar: ağac kimi 

hər tərəfə qol-budaq atacaqsınız, aləm sizin kölgənizdə dolanacaq; 

dolunun urmağı da urmamaqdır.

 (28)


Birinci   cümlədə   komponentlər   zaman   əlaqəsi   əsasında 

birləşir və üç hadisənin eyni zamanda icra olunduğu göstərilir. 

İkinci misalda da zaman əlaqəsi vardır, lakin buradakı hadisələr 

213


eyni bir zaman ərzində deyil, ardıcıl şəkildə cərəyan edir. Əgər 

birinci   mürəkkəb   cümlə   təkcə   sadalama   intonasiyası   ilə 

düzəlmişsə, ikinci cümlədə başqa vasitələr də vardır: «kişi də 

aparıb   satıb»   tərkib   hissəsini   özündən   əvvəlki   tərkib   hissəyə 

«də»   bağlayıcısı,   sonrakı   tərkib   hissəni   bu   ikinciyə   «yolu 

yumrulmuş»   qarğış   tipli   frazeoloji   vahidi,   nəhayət,   axırıncını 

özündən   əvvəlkinə   yenə   «də»   bağlayıcısı   bağlamış,   beləliklə, 

intonasiya   yükünün   xeyli   hissəsi   bunların   üzərinə   düşmüşdür. 

Üçüncü misalda həm ardıcıl, həm də eyni zamanda baş verən 

proses   təsvir   edilmişdir.   Eyni   cümlədə   ardıcıllıq   və   eyni 

zamanlılıq   kimi   iki   müxtəlif   əlaqənin   olmasında   səbəb-nəticə 

mənasının   da   müəyyən   rolu   vardır.   Belə   ki   ardıcıl   hadisələr 

sadalanmış,   nəhayət,   eyni   zamanda   cərəyan   edən   bir   neçə 

hadisə nəticə kimi göstərilmişdir. Daha dəqiq deyilsə, birinci üç 

tərkib hissədə göyün guruldaması, dolunun yağmağa başlaması, 

dolulardan   birinin   ağacın   başına   düşməsi   ardıcıl   şəkildə   qeyd 

olunmuş, sonrakı tərkib hissələrdə bütün hadisələrin (ağacın qol-

qanadının qırılıb yerə tökülməsi, çəmənin yox olması, bulaqların 

quruması,   bülbüllərin   səslərinin   kəsilməsi,   güllərdən   və 

çiçəklərdən heç bir nişan qalmaması) eyni bir an içərisində baş 

verdiyi təsvir edilmiş, «o saət», «həmən dəqiqə» sözləri də bu 

məqsədlə   işlənilmişdir.   4,   5   və   6-cı   misallarda   mürəkkəb 

cümlələr qarşılaşdırma, ziddiyyət əlaqəsi əsasında qurulmuşdur. 

Bu   cümlələrdə   intonasiyadan   əlavə,   I   və   II   şəxs   əvəzliklərinin 

qarşılaşdırılması (4-cü misal), cümlə üzvlərindən birinin ixtisarı da 

(6-cı   misalda   II   tərkib   hissənin   xəbəri)   tərəfləri   bağlamaqda 

müəyyən rola malikdir. Sonuncu misalda isə əvvəlcə ümumi mə-

lumat verilmiş, sonra həmin məlumat xırdalanmış və aydınlaşdırıl-

mışdır.

Tabesiz   mürəkkəb   cümlənin   tərəflərini   birləşdirmək   üçün 



işlədilmiş əsas bağlayıcılar aşağıdakılardır:

Birləşdirmə əlaqəsində iştirak edənlər: 

və, da(də)

.

Çox təbii olaraq «və» bağlayıcısından mürəkkəb cümlənin 



tərkib hissələrini birləşdirmək üçün son dərəcə az hallarda – üç-

dörd cümlədə istifadə edilmişdir:

N ə c ə f  b ə g: 

…dünyada bir təmənnan qalmasun və beş 

adam   da   sana   rəhmət   oxusun.

  (6)   N   ə   c   ə   f     b   ə   g:  

Ağa 

214


İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin  

qızın da qayıdar gələr evinə

. (35) S ü l e y m a n  b ə g: 

Ağa, 


sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur

(36)



Şübhəsiz, bu cümlələrə «və» yalnız kitab dilinin təsiri ilə daxil 

olmuşdur. Çünki bu bağlayıcının danışıq dili ilə o qədər də əlaqəsi 

yoxdur. Bəzən  

  bağlayıcısı cümlənin əvvəlində də işlənmişdir. 

Belə vəziyyəti göstərən yeganə cümlələr aşağıdakı tabeli mürəkkəb 

cümlələrdir:

N ə c ə f  b ə g:  

Və bir də bu kişi bir adamdır ki, bu gün 

buradadır, sabah bir ayrı adamın qapısında görərsən

. (18) S ü l 

e y m a n   b ə g: 

Və bir adama da ixtiyar vermərəm ki, bana 

nəsihət eləsin.

 (36)


Məlumdur ki, Azərbaycan dilində cümlənin əvvəlində «və» 

bağlayıcısı işlənməz. Burada rus dilinin təsiri hiss olunur. Pyesdə 

çox nadir hallarda rus dili sintaktik qanunlarına uyğun gələn tək-

tək belə cümlələr vardır. Haqverdiyev özü də bu təsirin az-çox 

mövcud olduğunu xatırlayaraq sonralar yazmışdır: «90-cı illərdə 

ortalığa   atılıb   ədəbiyyatla   məşğul   olmaq   istəyən   ziyalılarımız 

(özümü   də   o   cümlədən   hesab   edirəm)…   rus   ədəbiyyatı   təsiri 

altına düşüb, türk (azəri – 

Q. K.

) dilində rus cümlələri işlətməyə 



üz qoydular».

145 


Yazıçı bu fikri bir az kəskin söyləmişdir. Əslində, 

90-cı illərin məhsulu olan bir  sıra başqa əsərlər kimi, «Dağılan 

tifaq» haqqında da belə ciddi təsirdən danışmaq olmaz. Burada 

təsir deyilən şey olsa-olsa bəzi cümlələrdə sezilə bilir ki, bu da 

mühit, şərait və  təhsil sistemi ilə əlaqədardır.

Birləşdirmə əlaqəsində iştirak edən bağlayıcılardan 

da (də) 

əsərin ümumi ruhuna çox uyğundur və dilə təbiilik gətirmişdir:

Ə v v ə l i n c i   c a v a n:  

Biz gedək odundan, zaddan 

yığaq, sən də samavar hazır elə. 

(40) N ə c ə f  b ə g: 

Gedərsən 

kəndə taxıl da götürərsən, yabı da verərlər

. (13) N ə c ə f  b ə g: 

Üstümdə allah da var, peyğəmbər də var, onu bilirəm

 (31) və s.

145


  .                      . 

 

 



,

Я Щ а г в е р д и й е в Ядяби дилимиз щаггында ялйазмасы  



.2.

сящ


215

Müasir dildə olduğu kimi, pyesdə də bu bağlayıcı subyektlər 

arasında vəzifə bölgüsünü (birinci misal), iş və hərəkətdə müxtəlif 

əşyaların   iştirakını   (sonrakı   misallar)   və   s.   ifadə   etmək   üçün 

işlənmişdir.

Ziddiyyət əlaqəsində iştirak edən əsas bağlayıcı «amma» 

(əmma)   bağlayıcısıdır.   Bu   bağlayıcı   20-dən   artıq   tabesiz 

mürəkkəb cümlənin tərkib hissələrini birləşdirmişdir:

S o n a   x a n ı m:  

Bən çox kirimişəm, əmma tahı səbr 

kasam dolub daşır…

 (52) a z l ı  x a n ı m: 

Başına dönüm, sən 

dövlətli kimsənəsən, əmma bana bu saət fitrə vacibdir

 (31) və s.

Bu bağlayıcı bir-birinə qarşı qoyulan hadisələri ifadə edən 

cümlələri bağlamışdır. Bu xüsusiyyət «yoqsa» və çox az hallarda 

işlənmiş «ancaq» bağlayıcısına da aiddir:

C a v a d: 

Sən öl, bu Cavad ölsün, gərək düz qırx manat 

verəsən, yoqsa bundan sonra qapunı yüzinə bağlayacağam.

 (22) 

S ü l e y- m a n  b ə g (Xəncəri verir): 



Niyə vermirəm, buyur, 

ancaq gözlə ağzı daşa dəgməsin.

 (41)

Aşağıdakı   tabesiz   mürəkkəb   cümlələr   «nə-nə» 



bağlayıcısının iştirakı ilə qurulmuşdur:

H ə m z ə  b ə g:  

Mənim barəmdə dünyada nə qoca var, 

nə  cavan

. (7) İ k i n c i  c a v a n: 

Nə səndə bir kəsər var, nə 

məndə

. (41)


Göründüyü kimi, inkar məna əlamətli belə cümlələrdə ikinci 

tərkib hissədəki üzvlərdən  biri ixtisar olunmuşdur.

Tabesiz   mürəkkəb   cümləyə   dair   bu   qısa   xarakteristika 

göstərir ki, əsərdə 

həm - həm də, yaxud, lakin, ya - ya da, gah - 

gah


  da   və   s.   bağlayıcıların   olmamasından   əlavə,   haqqında 

danışılan   bağlayıcılar   da   («amma»   müstəsna   olmaqla)   əsərin 

dilində o qədər geniş yer tutmur.

TABELİ  MÜRƏKKƏB CÜMLƏLƏR

Nisbətən   aydın   təsəvvürə   malik   olmaqdan   ötrü   tabeli 

mürəkkəb cümlənin pyesdəki növlərini də qısa şəkildə nəzərdən 

keçirək.


216

1. Mübtəda budaq cümləsi. Əsərdə budaq cümlənin bu 

növünün   həm   asindetik,   həm   də   analitik   tiplərindən   istifadə 

edilmişdir. Məsələn: 

N ə c ə f   b ə g  (tək

):  Bu  nə  iş  idi  bən  dutdum, nə  qələt  

idi  elədim.

  (52) S ü l e y m a n   b ə g:  

Budur,  iki  ildir,  bənimlə  

dostluq  binası  qoyublar

. (15) Ə b d ü l: 

Budur, mən səkkiz ildən 

artıqdır  ki,  getmişəm  İrana.

 (55)  N ə c ə f    b ə g: 

Mən özüm az 

pul uduzmuram, necə ola bilər ki, gedim uduzdığım pulları istiyüm. 

(31)  İ s m a y ı l: 

Budur, iki ildir ki, onu Sibirə göndəriblər.

 (56)


Birinci iki misaldakı «bu nə iş idi», «nə qələt idi», «budur, 

iki   ildir»   hissələri   beş,   «bən   dutdum»,   «elədim»,   «bənimlə 

dostluq binası qoyublar» baş cümləyə intonasiya ilə bağlanmış 

budaq   cümlələrdir.   Bunları   asanlıqla   sadə   geniş   cümləyə 

çevirmək   və   ya   baş   cümlə   ilə   budaq   cümlə   arasına   «ki» 

bağlayıcısı artırmaqla, sonrakı üç misalda olduğu kimi, analitik 

budaq cümlələr düzəltmək  mümkündür.

Mübtəda   budaq   cümləsinin   bağlayıcı   sözlə   baş   cümləyə 

bağlanan tipinə də pyesdə təsadüf edilir: Məs.: N a z l ı  x a n ı 

m

: Bilirsən ki, hər nə var idi, hamısı əldən gedib 



(80) – cümləsində 

budaq cümlə baş cümləyə «hər nə» bağlayıcı sözü ilə bağlanmışdır. 

Baş cümlədə qarşılıq bildirən sözün ikinci komponenti (

hamısı - 

onların hamısı

) qalmışdır.

Əsərdə   elə   mübtəda   budaq   cümlələri   də   vardır   ki,   baş 

cümlədə   təyin   olunan   isim   daha   qabarıq   şəkildə   nəzərə 

çarpdırılır, axırda budaq cümlə yerləşir. Məslən: N ə c ə f  b ə g: 

O adamlar ki mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. 

(60) S ə l i m   b ə g: 

Bir ata ki bikar vəqtində ağlıyla bir yerdə 

qumar   oynıya,   onun   oğlu   qumarbaz   olmuyub   müctəhid   ki 

olmuyacaq.

 (16)


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin