Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

maz.

 (58)


Burada «qaçmaz» sözü «qaça bilməz» mənasındadır.

Xalis   əmr   məzmunundan   başqa,   işin   mütləq   icra 

ediləcəyinə arxayın inam çaları yaratmaq üçün müzare şəkilçisi 

əmr mənasında işlənmişdir:

N   ə   c   ə   f     b   ə   y:  

Bu   saət  itilərsən  mənim   gözümün 

qabağından və mənim evimdən.

 (36)


Zaman şəkilçilərindən başqa üslubi məqamlarda da istifadə 

edilmişdir.   Lakin   yaradıcılığının   ilk   dövründə,   morfoloji 

vahidlərdən   biri   kimi,   konkret   olaraq,   zaman   şəkilçilərinin 

136


  .  

                .  

 

М Ш и р я л и й е в Азярбайъан диалектолоэийасынын 



, 1962, 


.248.

ясаслары Бакы

сящ

197


ümumxalq  dilindəki zəngin və rəngarəng imkanlarından ədibin 

necə   istifadə   etdiyini,   ədəbi   dili   nəyin   hesabına   və   necə 

zənginləşdirdiyini öyrənmək üçün bunlar da kifayətdir.

FEL ŞƏKİLLƏRİ HAQQINDA QEYDLƏR

Danışıq dilinin rəngarəng üslubi imkanları fel şəkillərindən 

istifadə   edərkən   də   Ə.Haqverdiyevin   «Dağılan   tifaq»ında 

səciyyəvi izlər buraxmışdır. Xüsusilə əmr və arzu şəkilləri yalnız 

müasir dilimizdə sabitləşmiş qrammatik mənada – əmr və arzu 

qrammatik terminlərinin  başa  düşüldüyü  həqiqi mənada  deyil, 

bir sıra başqa üslubi məqamlarda, başqa fel şəkilləri ilə sinonim 

vəziyyətdə   də   işlənmişdir.   Fel   şəkillərinin   bir-biri   ilə   sinonim 

məqamda   işlənməsi   ümumxalq   dilində   və   bu   dilin   müxtəlif 

qollarında – dialekt və şivələrdə indi də tez-tez müşahidə olunan 

bir haldır. M.Rəhimov bu  məsələni tarixi aspektdə tədqiq edərək 

belə bir nəticəyə gəlir ki, fel şəkillərinin geniş dairədə sinonim 

məqamda  işlənməsi   «…şəkil kateqoriyasının  qədim  xüsusiyyəti 

ilə – qədimdə ümumiyyətlə şəkillər arasında formal və semantik 

ayrılığın olmaması, demək olar ki, bütün şəkillərin mənaca bir-

birini əvəz edə bilməsi faktorunun təsiri ilə bağlıdır».

137

Pyesin yarandığı dövrdə şəkil kateqoriyasına məxsus şəkilçilər 



sabit,   təhkim   olunmuş   morfoloji   əlamətlər   kimi   müəyyən 

kateqoriyalara xidmət etdiklərinə görə biz fel şəkillərinin  sinonim 

məqamlarını onların üslubi imkanları kimi görür və pyesin dilinə də 

bu cəhətdən yanaşırıq.

Əvvəlcə əmr şəklinə diqqət yetirək. Əmr şəkli məzmunca 

başqa şəkillərin və bir sıra zaman şəkilçilərinin sinonimi kimi çıxış 

edərək, xalis qrammatik vəzifədən əlavə, üslubi vəzifə də daşıyır. 

Əmr   şəklinin  üslubi   vəzifələrindən   başlıca   olaraq  bunları   qeyd 

etmək olar:

137


                         . 

 

 



 

М и р з я Р я щ и м о в Азярбайъан дилиндя фел шякилляринин 

 



, 1965, 



.32.

формалашмасы тарихи Бакы

сящ

198


1. Əmr şəklinin III şəxs təki «gərək» sözü ilə birlikdə vacib 

şəklinin ifadə etdiyi mənada işlənmişdir. Məsələn:

Ə v v ə l i n c i  c a v a n: 

Süleyman bəg, burada bəg və ya 

qeyri-bəg gərək olmasun. Gərək yoldaşlıq olsun

(40) M ə ş ə 

d i  C ə f ə r: 

Onların əlləri gərək bir şeyə bənd olsun ya yox? 

(49) N ə c ə f   b ə g:   

Gərək allah dünyada bana çoxlu ömür 

versin və çoxlu əzab... 

(62)


Bu misallardakı  

gərək olmasun, gərək olsun, gərək versin 

tərkiblərini   asanlıqla   «olmamalıdır»,   «olmalıdır»,   «verməlidir» 

şəklinə   salmaq   olur   və   mənaca   ciddi   dəyişiklik   əmələ   gəlmir. 

Fərq   burasındadır   ki,   vacib   formasını   düzəltmək   üçün   istifadə 

olunan 


-malı(-məli)

 şəkilçisi daha çox yazılı nitqdə işləndiyindən 

vaciblik   məzmununu   ifadə   etmək   üçün   danışıq   dilində   geniş 

miqyasda   istifadə   edilən   forma   əsas   götürülmüşdür.   Bu 

xüsusiyyətə I şəxsin təkində də rast gəlirik:

K ə r i m: 

Mən bacımın rüsvayçılığını yerdə qoysam gərək 

başıma papaq geymiyüb ləçək geyim

. (34)

2. Əmr şəklinin I şəxs təki məqsəd çalarlı arzu mənasını ifadə 



edir. Məsələn:

S   o   n   a     x   a   n   ı   m:  

...İki   qoyun   qurban   demişəm   ki, 

aparım ocaqda kəsim.

 (28)


M i r z ə  B a y r a m

:  Əmma ağadan təvəqqəm budur, 

əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eliyəsiniz, ayaqlarımı  

yerdən götürsün, həmişə sizə duagu olum.

 (13)

Ə b d ü l:   



Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki 

fincan qəhvə içim.

 (57)

P ə r i  x a n ı m: 



Ay  Sona!  Neçə  vəqtdir  ha  yığışıram 

bircə  səni   görməyə  g ə l i m, elə görürsən iş düşür.

 (25)

Əmr   şəklinin   III   şəxs   təkində   güman   məzmunlu   arzu 



mənası ifadə olunmuşdur:

K ə r i m: 

Bəlkə ondan sonra ürəgim soyusun.

 (34)


3. Əmr şəkli pyesdə indiki və gələcək zaman mənasını da 

üslubi məqamla əlaqədar ifadə etmişdir.

Əmr şəklinə indiki zaman məzmununda aşağıdakı misalda 

təsadüf edilir:

Ə b d ü l:   

Bu saat İranda bəlkə neçə yüz Sibirdən qaçmış 

dustaq var.

199


İ s m a y ı l: 

Axır bunlar necə qaçırlar?

Ə b d ü l: 

Mən nə bilim, allah bilsin!

 (58)

Sonuncu   hissənin,   yəni   "Mən   nə   bilim,   allah   bilsin" 



mürəkkəb cümləsinin I tərəfi canlı dildə mətndə olduğu şəkildə 

işlənir, lakin II tərəfin xəbərində 

-sun

 şəkilçisi əvəzinə, 



-ır

 zaman 


şəkilçisi  də  işlənə  bilir.   Burada   müəyyən  məna   incəliyi   vardır. 

Məna incəliyi ondan ibarətdir ki, 

-sun

 şəkilçisi ilə hadisədən baş 



açmazlıq, etinasızlıq və yüngül kinayə ifadə olunur.

Əmr   şəkli   gələcək   zaman   məzmununu   qəti   şəkildə   deyil, 

ümumi və qeyri-qəti çalarda, müzare zamanın sinonimi kimi ifadə 

etmişdir:

N  ə c ə f  b ə g

:  Məlunə dünən kənddən iki min manat 

gəlüb,   iki   yüz   manat   bana   borc   vermək   istəmiyür,   qorxur 

batsun

. (48)


Nəhayət, əmr şəkli haqqında bunu da qeyd etmək olar ki, 

əmr məzmununa  qətilik, təkid çaları vermək üçün bəzən II şəxs 

təkin   sonuna   ədəbi   dilimizin   hazırkı   inkişaf   mərhələsində 

fəaliyyətdən düşmüş  

- gilən

  şəkilçisinin dialekt və şivələrimizdə 



indi   də   işlənməkdə   olan  

-ginən


  fonetik   variantı   artırılmışdır. 

Məsələn:


N ə c ə f   b ə g: 

Mirzə, bağışlaginən, qulluğunda da biədəblik 

edirəm...

Bəzən   əmr   şəklinin   II   şəxs   təki    

-sana  

  şəkilçisini   qəbul 



etmişdir. Məsələn: 

N   ə   c   ə   f     b   ə   g:  

Rəhmətligin   qızı,   sən   nə   deyirsən, 

arvadsan gedib öz işində olsana

(33)

-sana


  şəkilçisi     müasir   dildə   bütöv   bir   şəkilçi   kimi   dərk 

edilsə də, tarixən şərt şəkilçisi və 



a

 ədatından əmələ gəlmişdir.



Arzu   şəklinin  də  müəyyən   üslubi   imkanları   vardır.   Hər 

şeydən   əvvəl,   səciyyəvi   cəhət   arzu   şəklinin   əmr   mənasında 

işlənməsidir:

N  ə c ə f   b ə g:  

Təvəqqe eliyirəm zəhmət çəkib gedib 

evində oturasan və ərinə də deyəsən ki, pulu yoqdur nə üçün 

qumar oynıyur.

 (81)   N ə c ə f   b ə g: 

Mirzə, şerin gəldi çatdı, 

çoq yaxşı şerdir, artuq xoşuma gəldi, çoq sağ olasan



. (13)

Əmr   məzmununun   həm   əmr   şəklinin   özü,   həm   də   arzu 

şəkli vasitəsilə ifadə olunan iki forması müəyyən məna incəliyi ilə 

200


fərqlənir.   "Belə   ki   əmr   şəklinin   öz   forması   ümumi   gələcəklə 

birlikdə   indiki   zamanın   da   müəyyən   bir   hissəsini   ehtiva   etdiyi 

halda,   arzu   forması   ilə   ifadə   edilən   əmr   ancaq   gələcəyə   aid 

olur".


138

Arzu şəklinin digər səciyyəvi cəhəti onun şərt çalarını ifadə 

etməsidir. Arzu şəkli şərt mənasında dilimizin keçmiş dövrlərində 

geniş işlənmişdir və indi də ümumxalq dilində, onun dialekt və 

şivələrində özünü saxlamışdır. Pyesdə buna aşağıdakı cümlələrdə 

rast gəlirik:

N a z l ı  x a n ı m: 

Razı olma ki, bir kişinin nəslidirlər, ac 

qalsınlar, o pulları qaytarub  verəsən bana, elə bil bir təsəddüq 

verirsən


. (30)

A   s   l   a   n     b   ə   g:  

İndi   onu   kəndə   göndərməyib, 

Mazandarana göndərəsən genə ondan adam olmaz.

 (15)

Göründüyu kimi, bu cümlələrdə şərt mənası heç bir əlavə 



sözün   köməyi   olmadan,   sırf   morfoloji   yolla   -   arzu   şəkilçisi 

vasitəsilə ifadə edilmişdir.

-a(ə)

 arzu şəkilçisi "bəlkə" sözü ilə birlikdə gümanlı gələcək 



zaman mənası da bildirmişdir: Məsələn:

S o n a  x a n ı m: 

İndi Nəcəf gələr, bana dedigin sözləri 

ona de, bəlkə pullarını qaytara verə özinə.

 (29)

Arzu   şəkli   indiki   zamanın   üslubi   əvəzedicisi   kimi   də 



işlənmişdir. 

N ə c ə f   b ə g:  

Bədbəxt bən o kəsə deyirəm ki, bu beş qara 

güni ləzzət damağ ilə keçirib baş gora aparmıya



. (5)

Bu   cümlədə   "aparmıya"   felinin   "aparmır"   mənasında 

olduğu asanlıqla başa düşülür.

BƏZİ  SİNTAKTİK VAHİDLƏRİN ÜSLUBİ

STRUKTURU

138


                         . 

 

 



 

М и р з я Р я щ и м о в Азярбайъан дилиндя фел шякилляринин 

 



, 1965, 



.65.

формалашмасы тарихи Бакы

сящ

201


Bura qədər nəzərdən keçirdiyimiz hissələrdən məlum oldu 

ki, pyesin leksik və frazeoloji tərkibini təşkil edən dil vahidləri 

hal-hazırda ədəbi dilimizin ümumişlək dil vahidləri sırasındadır. 

Lakin pyesdə tipikləşdirmə məqsədilə işlənmiş və ədəbi dilimizdə 

özünə   yer   edə   bilməmiş   alınma   sözlər,   arxaik   və   şivə   çalarlı 

leksemlər, əsərin yarandığı dövrdə surətlərin dini dünyagörüşü 

ilə bağlı bir sıra köhnəlmiş ifadələr də vardır ki, onların köhnəlmə 

səbəbi bir qisminin danışıq dilinin özündə məhdudlaşması, digər 

qisminin isə danışıq dilinə, ümumiyyətlə, daxil ola bilməməsidir. 

Pyesin   sintaktik   quruluşuna   gəlincə,   demək   olar   ki,   bütün 

sintaktik vahidlər danışıq dilində özünü indi də saxlamışdır. Buna 

baxmayaraq, pyesin dilini ədəbi dilimizdən az-çox fərqləndirən 

bəzi əsas əlamətlər də sintaktik quruluşdadır. Bu fərq danışıq dili 

sintaksisi ilə ədəbi dilin sintaktik quruluşu arasındakı fərqdən irəli 

gəlir.

Məsələ burasındadır ki, ümumxalq danışıq dilində işlənən 



bütün   leksik  vahidlər   dilin   lüğət   tərkibinə   daxil   ola   bilir,  lakin 

canlı danışıq dilinə mənsub bütün sintaktik formalar ədəbi dilə 

qəbul   edilmir.   Baxmayaraq   ki   ədəbi   dilin   sintaktik   qanunları 

ümumxalq   dilinə   əsasən   müəyyənləşir,   normalaşır,   seçmə   və 

əvəzetmə prinsipləri əsasında sabitləşir, lakin   bir sıra səbəblər 

ucundan həmin qanunlar danışıq dilində müəyyən dərəcə pozula 

bilir.   Sintaksisə məxsus normativ qanunların bu cür "pozulma" 

halları təbii səbəblərlə şərtləndiyindən ictimai anlaşmaya mane 

olmur.   Həmin   səbəblər   və   onları   doğuran   şərait   barədə 

prof.A.N.Qvozdevin qeydləri maraqlıdır. Müəllif göstərir ki, yazılı 

ədəbi dilin əks qütbünbdə danışıq dili sintaksisi durur. Onun (da-

nışıq dilinin) əsas xüsusiyyəti budur ki, biz bu halda axıb gedən 

situasiyada   heç   nəyi   əvvəlcədən   nizamlaya   bilmirik.   Söhbətdə 

iştirak   edərkən   biz   təkcə   əvvəlcədən   öz   nitqimizi   hazırlamaq 

imkanına   deyil, tələffüz zamanı düşünmək və onu axıra qədər 

tarazlaşdırmaq  imkanına  da  malik olmuruq.  Əslində, bu halda 

xüsusi   diqqət   də   tələb   olunmur,   belə   ki   məzmun   adətən 

mürəkkəb olmur, müsahiblərin bir-birinin həyatına bələd olması 

202


dialoqda iştirak edənlərin çətinlik çəkmədən bir-birini anlamasına 

səbəb olur..

139

Ə.Haqverdiyev ümumxalq danışıq dilinə və deməli, danışıq 



dili sintaktik qanunlarına istinad etdiyinə görə onun əsərlərinin 

və o cümlədən "Dağılan tifaq"ın sintaksisində indiki ədəbi dilimiz 

üçün normal hesab olunmayan hallara da təsadüf edilir.

Qeyd olunduğu kimi, çətin və mürəkkəb bir şəraitdə görkəmli 

demokrat yazıçı kimi ümumxalq danışıq dilini yeganə istinad nöqtəsi 

sayan   bir   sənətkar   üçün   bu   hal   nöqsan   hesab   edilmir.   Bu,   bir 

tərəfdən, dövrlə, şəraitlə əlaqədardırsa, digər tərəfdən, burada surət 

dilinin fərdiləşdirilməsi, təbii danışıq çaları yaratmaq kimi faktorların 

da müəyyən rolu vardır.

CÜMLƏ ÜZVLƏRİNİN SIRASI

Dram dilini ədəbi dil normalarına uyğunlaşdırma cəhdlərinə 

baxmayaraq, Ə.Haqverdiyevin bədii dilində söz sırası ilə əlaqədar 

bir sıra xarakter əlamətlər yenə də qalmışdır.

Ədib   öz   əsərlərində   ümumxalq   dilinə   və   xüsusən   canlı 

danışıq dili sintaksisinə istinad etdiyindən onun əsərlərinin və o 

cümlədən   «Dağılan   tifaq»ın   sintaksisində   hazırki   ədəbi   dilimiz 

üçün normal hesab olunmayan hallara da təsadüf edilir. Bu, bir 

tərəfdən,   dövrlə,   əsərlərin   yarandığı   ictimai   və   tarixi   şəraitlə, 

ədəbi dilin inkişaf pilləsi ilə şərtlənirsə, digər tərəfdən, bədiilik 

prinsipləri ilə bağlı olub, surət dilinin fərdiləşdirilməsi, təbii və 

canlı nitq çaları yaratmaq meylindən irəli gəlmişdir.

«Dağılan   tifaq»   pyesində   cümlə   üzvləri,   başlıca   olaraq, 

mövcud   ədəbi   dilin   sintaktik   qanunları   əsasında   sıralanmışdır. 

Lakin canlı danışıq dilinin xüsusiyyətləri bu sahədə də öz izlərini 

mühafizə edib saxlamışdır. Belə ki pyesdə, normalaşmış ədəbi dil 

qanunlarından   fərqli   olaraq,   nəqli   cümlələrdə   cümlə   üzvləri 

sırasının pozulması: tamamlıq, zərflik və bəzən də mübtədanın 

139

 

  .  .              .



   

 

 



.

Проф А Н Г в о з д е в Очерки по стилистике русского языка  

, 1952, 

.177.


Москва

сящ


203

xəbərdən,   təyinin   təyinlənəndən   sonra   işlənməsi   halları   da 

müəyyən   yer   tutur.   Bu   xüsusiyyətə   təkcə   Ə.Haqverdiyevin 

əsərlərində deyil. M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, 

C.Cabbarlı kimi görkəmli sənətkarların -  ədəbi dili danışıq dilinə, 

canlı dilə yaxınlaşdırmaq ideyasını rəhbər tutan bütün yazıçıların 

əsərlərində tez-tez təsadüf edilir. Danışıq zamanı nitqin ritmik-

melodik axını, fasilə, vurğu və s. kimi intonasiya vasitələri, cümlə 

üzvlərinin   inversiyasına   baxmayaraq,   fikrin   dinləyənə   asanlıqla 

və dəqiq şəkildə çatmasına səbəb olur. Sözlər cümlədə ədəbi dil 

qaydalarına uyğun yerləşməsə də, bu cəhət dinləyənin diqqətini 

yayındırmır.   Məsələn,  Bədbəxt   mən   o   kəsə   deyərəm…  

cümləsində  bədbəxt  sözünün yeri dəqiq deyildir. Bu söz  mən 

mübtədasının təyini kimi işlənə bilməzdi və şəxs əvəzliyi buna 

imkan vermir. 



Bədbəxt

 sözü substantivləşmiş sifətdir və əsl yeri 

xəbərdən   əvvəldir.   Lakin   həmin   sözün   cümlənin   əvvəlinə 

keçməsi Nəcəf bəyin monoloqunda fikri dolaşdırmır, çünki bu söz 

danışıq   zamanı  

mən

  sözündən   müəyyən   fasilə   ilə   ayrılır   və 

sözün ikinci hecasının saiti müəyyən dərəcə uzun tələffüz edilir. 

Nisbətən  yüksək tonla tələffüz edilən bu sözdən sonra ton təd-

ricən alçalır, sonrakı sözlər nisbətən sürətlə tələffüz olunur və 

məntiqi   vurğunun  o  sözünün   üzərinə   düşməsi   ilə   intonasiya 

yenidən  yüksəlir.  Danışıq  zamanı  fikrin  dinləyənə tez və  asan 

çatmasına səbəb olan həmin şifahi dil vasitələri yazıda öz əksini 

tapa   bilmədiyindən   belə   cümlələrdə   üzvlərin   sırası   bizə   yanlış 

görünür. Buradan  bir cəhət də aydın olur ki, bədii dildə cümlə 

üzvlərinin inversiyası canlı dilin mühüm xüsusiyyətlərindən birini 

saxlamaqla yanaşı, həm də üslubi mahiyyət daşıyır, bədii əsərdə 

bundan kor-koranə deyil, bədiilik vasitəsi kimi istifadə olunur.

Pyesdə inversiya hadisəsinə az və ya çox dərəcədə bütün 

cümlə üzvlərində təsadüf edilir.

Nəqli   cümlələrdə   mübtəda   ilə   xəbərin   inversiyasına 

aşağıdakı misalları göstərmək olar:

Bax bunlardı səndən ş i k a y ə t ç i…

 (52) 

 Çox namərddir b 



u       d ü n y a. 

(55)  


Öldürdü məni n a m ə r d  o ğ l u n u n

  

g ü 



l l ə s i

 .(41) 


Ayıltdı məni e v i   y ı x ı l m ı ş…

 (33)


140

 və s.


140140 

 

 1926-



   

 

.



Рягямляр пйесин

ъы ил няшринин сящифяляридир

204


Adətən   belə   inversiya   zamanı   mübtəda   və   xəbər   öz 

zonasına məxsus üzvləri də özləri ilə aparır. Bunu ikinci cümlə də 

təsdiq edir. Üçüncü və dördüncü cümlələrdə isə xəbər zonasına 

məxsus tamamlıq da xəbərlə öz yerini dəyişmişdir. Bu hal, sonra 

görəcəyimiz   kimi,   tamamlıq   və   zərfliyin   xəbərlə   inversiyasının 

Ə.Haqverdiyev   yaradıcılığı   üçün   daha   səciyyəvi   olması   ilə 

əlaqədardır. Şübhəsiz, belə cümlələrdə xəbərin əvvələ keçməsi 

məntiqi vurğu və aktuallaşma ilə bağlıdır.

Mübtəda ilə xəbərin inversiyasına bənzər hal feli xəbərin 

tərəflərində də özünü göstərir. Bəzən feli xəbərin adlardan ibarət 

olan hissəsi sonra, feli komponenti əvvəl işlənmişdir:

Saqqalın çox da  olsun ağ,  canın ki  oldu səlamət, oldun 



cavan.

 (8)


Xəbər   zonasına   aid   olan   tamamlıq   sadə   geniş   nəqli 

cümlələrdə   mühüm   yer   tutur   və   əksərən   xəbərdən   əvvəldə 

yerləşir.   Lakin   həm   vasitəli,   həm   də   vasitəsiz   tamamlıqların 

xəbərlə   inversiyası     pyesdə   tez-tez     müşahidə   edilən   haldır. 

Vasitəli tamamlıqlardan yönlük halda olanlar xəbərlə inversiyaya 

daha çox uğramışdır. Məsələn:

Dünən yaxamın, ətəyimin qızıllarını söküb vermişəm k i ş i  

y ə…


 (30) 

Tapıb aparıb tapşırarsan a t a s ı n a.

  (37)  

Rəhm elə 

b i z ə, kömək eylə  b i z ə…

 (24)  


…aparıb  verərsən d a r u ğ a 

y ə


.  (13)    

Balam, o  sudan  bir  istəkan götür  ver

   

b u n a. 



(46) 

Tezliklə zəhrimarların qayıdar ö z ü n ə.

 (51)

Çıxışlıq   halda   olan   vasitəli   tamamlıqların   xəbərlə 



inversiyasına   da   təsadüf  edilir:  N  ə  c   ə   f     b   ə  y.  

Bildim  nə 

istəyirmiş m ə n d ə n.

 (62)


Vasitəsiz tamamlıqların xəbərlə inversiyasına daha tez-tez 

rast   gəlmək   olur.   Lakin   bu   hal,   başlıca   olaraq,   müəyyənlik 

bildirən vasitəsiz tamamlıqlara aiddir:

Əziz allah, dərgahına  qalxızmışam ə l l ə r i m i.

 (23)  

Ver 


m ə- n i m   i m a r ə t l ə r i m i.

 ( 62)  


…bilirəm  s ə n i n  h ü  

n ə r i n i… 

(11)   

Mən ölüm, al bu  ə l l i m a n a t ı



 (22) və s.

Bu   cümlələrdə   də   məntiqi   vurğunun   və   danışıq   dilinə 

məxsus   ifadə   tərzinin   təsiri   aydın   duyulmaqdadır.   Tamamlıq 

205


xəbərlə   öz   yerini     dəyişərkən,   təbii   ki,   onun   təyini   də   yerini 

dəyişmişdir; məsələn:  

İndi budur, gözünü tikib b u  d ö r d  d i 

v a r a. 

(56)

Dramaturq bəzən həmcins tamamlıqları da xəbərdən sonra 



işlətmişdir.   Belə   hal   «Dağılan   tifaq»da   vasitəli   tamamlıqlara 

aiddir:


Mənim barəmdə, pulun var…  ver   k e y f ə,   l ə z z ə t ə,  

e y ş- i ş r ə t ə.

  (6)    

Söylə  r ə ş a d ə t i n d ə n,   v u r d u ğ  

u n d a n, y ı x d ı ğ ı n d a n,   h ü n ə r i  n d ə n,  p ə h l ə v a  

n l ı ğ ı n d a n… 

(11)

Sabit sintaktik qanuna əsasən, təyin həmişə təyinlənəndən 



əvvəl, onunla yanaşı işlənər və yalnız təyinlənənlə birlikdə öz yerini 

dəyişə bilər. Pyesdə bu qaydaya ardıcıl əməl olunmuş, yalnız bir 

cümlədə təyinlə təyinlənən arasına başqa bir üzv daxil olmuşdur. 

Səlim   bəyin  replikasındakı  

«…bu  saat  iki yüz  iyirmi  beş  manat 

cibimdə pul, keyfim də gecələr ulduza hürur» 

(6) -  cümləsində 

iki 


yüz iyirmi beş manat

 sözləri 

pul

 sözünü kəmiyyətcə təyin edir. Ona 



görə də  bu sözlər  bilavasitə  

pul


  sözünün   yanında  işlənməli   idi. 

Lakin  


cibimdə

  zərfliyi   təyinlə   təyinlənənin   arasına   girərək,   bu 

ümumi qanunu pozmuşdur ki, bu cəhət yenə də ahəng, intonasiya, 

məntiqi vurğu və s. ilə bağlıdır.

Cümlədə   feli   sifət   və   ya   düzəltmə   sifətlə   ifadə   olunmuş 

təyin   olduqda   kəmiyyət   təyini   təyinlənənə   daha   yaxında 

yerləşməlidir. Lakin iki cümlədə əksinə vəziyyətlə rastlaşırıq:

S ə l i m   b ə y. 

Ax, bir adam olaydı, keçən günləri geri 

qaytaraydı, c ə m i Həmzədən  udduğum  pulları  ona  verərdim.  

(10)  Ə b d ü l.  

Bu saət İranda bəlkə n e ç ə   y ü z   Sibirdən 

qaçmış dustaq var. 

(58)


Birinci misaldakı 

cəmi


 sözündən sonra ani fasilə edilir və bu 

fasilə həmin sözü  

Həmzədən udduğum

  tərkibinə aid olmaqdan 

xilas edir və nəticədə  

cəmi


  sözü  

pulları


  sözünün təyini olaraq 

qalır. Bu vəziyyət ikinci misaldakı  

neçə yüz

  sözlərinə də aiddir. 

Neçə yüz

 təyindir və fasilə nəticəsində özündən sonrakı feli sifət 

mühitinə düşməyib, 

dustaq


 mübtədasını təyin edir. Yazıda şifahi 

nitq vasitələri öz əksini tapa bilmədiyindən bəzən belə düşünülə 

bilər ki, söhbət  

Həmzənin


 və 

Sibirin


 sayından gedirmiş. Halbuki 

müəllifin   məqsədi   pulun   və   dustaqların   kəmiyyətini 

206


göstərməkdir. Bu cür söz sırasının qədim tarixi vardır və bu hal 

«Kitabi-Dədə Qorqud»un dili üçün daha səciyyəvidir. Məsələn: 

n  a l t ı b i n qara donlu kafir ata bindi. Nagahandan altmış də-



mir donlu kafir oğlanın üzərinə gəldilər və s.

  Bu misallarda da, 

pyesdə   olduğu   kimi,   məqsəd  

qara   donlu,   dəmir   donlu 

təyinlərinin   kəmiyyətini   deyil,

  kafir


  mübtədasının   kəmiyyətini 

bildirməkdir.

Pyesdə üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfinə 

aid  təyinin birləşmənin  əvvəlində  işləndiyi  hallara da təsadüf 

edilir. Məsələn: S o n a   x a n ı m.  

Genə qumar… Y a z ı q 

mənim canım… 

(22) Həyəcani vəziyyətlə əlaqədar söylənmiş bu 

cümlədəki   təyinin   işlənmə   qaydası   tarixi   köklərə   malikdir   və 

«Kitabi-Dədə Qorqud»da daha çox təsadüf edilən haldır: 

D a t l 

u mənim canımı alur oldu.

«Kitabi-Dədə Qorqud»da olduğu kimi, b i r sözü pyesdə də, 

əksərən, əlamət, keyfiyyət bildirən təyinlərdən əvvəl işlənmişdir; 

məsələn: S o n a  x a n ı m

. Bir də gördüm hava tutuldu, b i r 

bərk   külək   başladı… Göy guruldadı, b i r güclü dolu başladı  

yağmağa, onda gördüm b i r böyük dolu qəflətən düşüb… (

27)

İndi   ədəbi   dilimizdə   bu   mənada     b   i   r     sözü   təyinlə 



təyinlənən arasında daha çox işlənir, ona görə də 

bir bərk külək, 

bir güclü dolu, bir böyük dolu

 birləşmələri 

bərk 

 

bir külək, güclü 



bir dolu, böyük bir

 

dolu



 şəklində daha səhih hesab olunur. Lakin 

əvvəlki   forma   da   tamamilə   sıradan   çıxmamış,   ədəbi   dildə   və 

xüsusən canlı danışıq dilində mühafizə olunub saxlanmışdır.

Bir


  sözünün   təyindən   əvvəl   işlənməsi   bəzən   məna 

dolaşıqlığına   da   səbəb   ola   bilmişdir.   Pyesdə   Sona   xanım   öz 

yuxusunu nağıl edərkən deyir: 

Gördüm bizim həyətdə b i r çox 

böyük və gözəl ağac bitib.

 (27)  Bu cümləni belə anlamaq olar 

ki, həyətdə bir çox, bir neçə ağac bitmiş imiş. Halbuki sonrakı 

sözlərdən aydın olur ki, yalnız bir ağacdan söhbət gedir. Burada 

bir

  sözünün təyindən əvvəl işlənməsindən əlavə, həmin sözün 



çox

  sözü   ilə   yanaşı   düşməsi   «bir   çox»,   «xeyli»,   «bir   neçə» 

mənalarının yaranmasına səbəb olmuşdur. Ona görə də 

bir


 sözü-

nü   sifətlə   ifadə   olunmuş   təyindən   –  

böyük

  sözündən   sonra 



işlətməklə   cümləni  

bir


  sözü   ilə  

çox   böyük

  və  

gözəl


  sözləri 

arasındakı   gözəgörünməz   fasilə   ehtiyacından   və   məntiqi   vurğu 

207


axtarmaqdan xilas edib belə səlisləşdirmək olardı:  

Gördüm bizim 

həyətdə çox böyük və gözəl bir ağac bitib.

Başqa cümlə üzvlərinə nisbətən, zərfliyin xəbərdən sonra 

işlənməsi halları pyesin dilində daha çox nəzərə çarpır. Bu cəhət 

bütün   zərfliklərə   deyil,   daha   çox   yer   zərfliyinə   aiddir.   Pyesdə 

zərfliyin  digər növlərinin də xəbərlə inversiyası müşahidə edilir, 

lakin   bunlar   yer   zərfliyi  ilə   xəbərin   inversiyası   qədər   çox   fakt 

vermir.   Maraqlı   cəhətlərdən   biri   də   budur   ki,   yer   zərflikləri 

içərisində yönlük halda olanlar inversiyaya daha çox uğramışdır. 

Məsələn:

Bircə başını qalxız qoy d i z i m i n   ü s t ü n ə.

 (14) 

…öz 


nökərindən göndərir N ə c ə f  b ə  y i n  e v i n ə.

  (59) 


Di yeri 

gedək  i r ə l i.

 (44) 

Əlacım ona qalıbdır ki, həmişəlik göndərim k ə  



n d ə.

 (15) 


Yaxşı, get, indi mən gəlirəm  s ə n i n   y a n ı n a

. (29) 


Budur,  mən səkkiz ildən artıqdır ki, getmişəm İ r a n a 

(55) və s.

Az hallarda yerlik halda olan zərfliklərin xəbərlə inversiyasına 

da rast gəlmək olur.   

Sən   allah, Pəri, tez-tez gəl-get mənim 

yanıma, yoxsa dustaq kimi qalmışam d ö r d  d i v a r ı n  a r a s ı  

n d a.

 (26)


Məlumdur   ki,   təyinlə   tərzi-hərəkət   zərfliyi,   əsasən,   aid 

olduqları   üzvə   görə   müəyyənləşir;   təyin   ad   bildirən   sözlərin, 

zərflik hərəkətin əlamətini bildirir. Danışıq zamanı fasilə, vurğu, 

avaz   və   s.   hesabına   zərflik   də   öz   qanuni   yerini   dəyişə   bilir. 

Məsələn,   Səlim   bəyin   dilindəki   «

Mənim   duam   Mirzənin 

dualarından yaxşı allaha çatar»

  -   cümləsində  

yaxşı

  sözü  


allah 

sözünü təyin   etmir, işin icra tərzini bildirir.  Bu cümlədə üslubi 

cəhət  də  yoxdur,  yalnız  danışıq   dilinə   aludəçilik    vardır.    Belə 

vəziyyət  aşağıdakı  misalda  



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin