Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


ilgiləri»   mövzusunda   dissertasiya   müdafiə   etmişdir



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə40/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

ilgiləri»   mövzusunda   dissertasiya   müdafiə   etmişdir. 

Müdafiə yüksək səviyyədə keçmişdir.

Əsər   haqqında   filologiya   elmləri   doktoru,   professor 

Q.Ş.Kazımovun rəyini dərc edirik.

 «Kredo», 2-9 dekabr 2006

Şumerlər Yer üzündə bəşər sivilizasiyasını yaradan ilk, ən qə-

dim və ən mükəmməl insanlar olduğundan  yalnız bir xalqı, bir filoloji 

aləmi  deyil, mixi yazıların oxunmağa başladığı ilk gündən bütün bə-

şəriyyəti düşündürməkdədir. Gil lövhələrin hamısını oxumağın müm-

kün olmaması ilə yanaşı, bir tərəfdən də qədim İkiçayarası ərazilərdə 

axtarışlar dayandırılmış, dünyanın ən müqəddəs əraziləri olan bu 

yerlər topa tutulmuş, Amerika imperializminin qırğın meydanına çev-

rilmişdir. Bu cür müqəddəs yerlərə top atanların özləri məhv olmalı-

dır. Digər böyük çətinlik isə ondan ibarətdir ki,  kiçik Yer kürəsinin 

əhalisini neçə yerə parçalayıblar, insan dinayrı qardaşlara çevrilib. 

Və bir mühüm çətinlik də ondan ibarətdir ki, bir kökdən olan, lakin 

gücü, silahı çox olan insan o birini əzməyə, məhv etməyə çalışır, irqi 

ayrılıq-seçkilik salır ortalığa.

Çətinliklər çoxdur. Mixi yazıların samitlər sistemi, hətta sözün, 

cümlənin mənası da dəqiq, əksərən dəqiq müəyyən edilib, lakin 

sözə fon verən, onu sözə çevirən saitlər bir çox hallarda  düzgün 

müəyyən edilmədiyindən  bərpa edilmiş sözün səslənmə tərzi onu 

müasir şəklindən çox fərqləndirir və nəhayət, gil lövhələri oxuyanlar 

içərisində bir nəfər də türk yoxdur ki, bəşər mədəniyyətinin bəşərə 

düzgün   çatdırılmasında   sosial-siyasi   məqsəd   güdmədən   xidmət 

göstərə. Və bilavasitə bu dissertasiya ilə bağlı söhbətə gəldikdə ən 

böyük çətinlik ondan ibarətdir ki, cənubunda azəri-türk xalqının ana 

150


dilində bir məktəbi belə yoxdur ki, təhsil alsın, öz dilini elmi şəkildə 

öyrənsin, onun tarixi tədqiqi yollarını araya bilsin.

Şumerlərin gil lövhələri ilk növbədə hindavropalıların əlinə dü-

şüb, onlar mixi yazıların oxunma tərzini kəşf ediblər, lakin onlar 

oxuduqlarının   hansı   xalqa   məxsus   olduğunu   etiraf   etmək 

istəməyiblər,   ilk   dövrlərdə   etiraf   etsələr   də,   tədricən   şumer 

mədəniyyətinin   yaradıcılarını   varissiz   adlandırıb,   məsələyə  nöqtə 

qoymaq istəyiblər.

Lakin insan yalnız sərvət toplamaqla, yemək, yatmaqla maraq-

lanmır. Ona öz keçmişini öyrənmək də xoşdur, öyrəndikcə 6-7 min il 

əvvəlki babalarına heyrətlə baxır, onların təfəkkür möcüzələri ona  il-

ham verir.

Rəhman  Purəkbər  Möhsüm oğlu

 

Xeyavi yazır: «Klas başında 

fars dilinin  lüğətlərin bir-bir analiz edirik  və onları yüzlər və bəzən 

minlər il  dala qaytarıb, onların ata-babaların və əsli-nəsəblərin  ta-

pırıq,  bəs nə səbəbə belə iş bizim ana dilimizin  haqqında həyata 

keçirilmir?»     Bir   xalqın   ki,   indiki   zamanda   ana   dilində   məktəbi 

yoxdur, o, ana dilinin sözləri üzərində bu cür analizi necə apara 

bilər? 


Xeyavi yenə yazır: «Mən 35 il bundan əvvəl  Təbriz Universi-

tetinin  Dil və Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin fars dili 

və ədəbiyyat sahəsində (budağında) tələbə olmuşam. O zamanda 

«Avesta» və «Mixi xət dili»ni tanıdım.   Təhsilimin bu budağı   ilk 

gündən məndə  artıq əlaqə və maraq yaratdı. Mən əski və ölmüş 

dillərə münasib özümdə ağır və şiddətli  qayğı gördüm! O zaman 

bir «beynimdən çıxmaz»   sorğu mənim gecə-gündüzümün bütün 

ləhzələrin bürümüşdür…   O zamandan ana dilimi tədqiq edib və 

başqa   dillər   kimi   onun   da   sözlərin   və   lüğətlərin   analiz   edib   və 

nəhayətdə, öz dilimin kökün, fondun və nəsəbin  arayıb-axtarmaq 

mənə bir həyat vəzifəsi və ilqarı oldu!» (Müəllifin üslubunu saxla-

mışıq – 


Q.K

.)

Rəhman Möhsüm oğlu Xeyavi öz sözünün üzərində durub, 



heç   bir   ənənəsi   olmayan   bir   mühitdə,   özünün   dediyi  kimi,  ana 

dilinin «nəsəbini» axtara-axtara gedib şumerə çıxıb.

Bütün fonetik, leksik və qrammatik əlamətləri türk protodili 

olduğunu göstərsə də, elmin, mədəniyyətin bu qədər inkişaf etdiyi, 

böyük Milli Elmlər Akademiyası olan bizim xalq üçün də hələ şumer 

151


müəmması qalmaqdadır. Çünki bu barədə çox az yazılıb. Bizi, bizim 

türk millətini elə tərbiyə ediblər ki, özümüz öz baba irsimizi götürüb 

qoyuruq kənara və arxayın-arxayın deyirik: «Bu, bizim deyil və bu 

barədə yazılanlar cəfəngiyyatdır». Bu da bizim bu cür  bədbəxtliyi-

mizdir.   Lakin   onsuz   da   cidanı   çuvalda   gizlətmək   olmaz,   biz 

eləməsək də, gələcək nəsillər həqiqəti öyrənməyə çalışacaqlar. Və 

bu sahədə çalışanların heç bir irqi üstünlük niyyəti yoxdur. Məqsəd 

bəşər   mədəniyyətinin   yaranma   və   inkişaf   yolunu   düzgün 

öyrənməkdir.

Xeyavinin böyüklüyü orasındadır ki, o, heç bir zəmin olmayan 

bir mühitdə araşdırmalar aparıb və mükəmməl bir əsər yaradıb. 

Araşdırmalarından   aldığım   təəssürat   əsasında   deyə   bilərəm   ki, 

onun tədqiqat istiqaməti də doğrudur, nəticələri də.

Xeyavi   öz   əsərini   klassik   yazılar   üslubunda   AMEA-nın 

müxbir   üzvü   Ağamusa   Axundova   ithaf   edib,   eyni   zamanda, 

əsərin meydana çıxmasında etdikləri köməyə görə öz həyat yol-

daşı vəkil Zöhrə  Beheşti Nəjada və iş yoldaşı  Neda Fəthiyə dərin 

minnətdarlığını bildirib.

Bu intim girişdən sonra Rəhman   Xeyavi şumer və Ural-

Altay   dil   əlaqələrinə   həsr   etdiyi   tədqiqatını     beş   fəsildə 

ümumiləşdirib.

Təsəvvür etmək olar ki, çətin və zəminsiz  bir mühitdə müəllif 

özünə düzgün yol açmış, birinci növbədə  şumerlər haqqında ilkin 

məlumat və mənbələri araşdırmağa çalışmışdır. Fəslin adı da buna 

müvafiqdir:   «

Şomer   və   şomerlilərin   sorağın   haradan   tut-

malıyıq?»

      Bizə   nisbətən   daha   az   tədqiqat   aparılmış   Cənub 

ərazilərini nəzərdə tutaraq, müəllif yazır: «Bu arada əcəb problem 

budur   ki,   indiyədək   heç   alim   qətiyyətən   elan   edə   bilməyib   ki, 

şomerlər kimlərdilər, əslü nəsəbləri hara bağlıdır və düzgün tarixi 

«Şomer ölkəsi» haraymış?» Müəllifin mühitini nəzərə aldıqda bu 

suallar doğrudur. Amma ümumən şumerlərin kimlərdən ibarət ol-

duğu, nə vaxt və harada yaşadıqları, əsli və nəsəbləri  barədə, zid-

diyyətli olsa da, fikirlər mövcuddur. Bu sualların cavabı elm aləminə 

bəllidir. Elm sübut edir ki, şumerlər e.ə. 6-cı minilliyin ortalarında 

indiki   Cənubi   Azərbaycanın   Zaqroş   bölgəsindən   İkiçayarasına 

enmişlər. Xeyavi onların köçmə zamanını bilməsə də, başqa ərazi-

dən İkiçayarasına köçdüklərini düzgün qeyd etmişdir: «Belə nəzərə 

152


gəlir ki, Şomerlər bir müəyyən olmamış   zamanda başqa ölkədə 

baş qaldırıb yaşayıb-yaradıblar  və sonra «Mezopotamya» ölkəsinə 

köçüblər». 

Bu nöqtədə müəllifi şumerlərin   məhv olub sıradan çıxması, 

yox   olması   barədə   xarici   ədəbiyyatda   qeyd   olunan   fikirlər 

maraqlandırır, qarşıya doğru suallar qoyur: «Yəni bir millətin tarix 

səhnəsində   ölməyi   və   tarix   qəbristanında   quylanması   imkanlı-

dırmı?»   Çox doğru cavab verir ki, «Bu fikir elm və fəlsəfə baxı-

mından   imkansız və olmayan bir hadisədir». Və bu suala cavab 

vermək üçün  yırtıcı Assur dövlətini misal gətirir, onun çox ölkələri 

işğal etdiyini, axırda dağıldığını, lakin «Aşur mədəniyyətinin   bu 

günədək   başqa   millətlərin   mədəniyyətinin   qarnında   öz   həyatını 

davam etdirdiyini», eləcə də   şumerlərin məhv olmadığını, Akkad 

işğalından sonra yenidən öz doğma qardaşları ilə qovuşaraq ömür 

sürdüklərini   məntiqi   yolla   əsaslandırır.   Bu   fikri   də   doğrudur   ki, 

Akkad işğalından sonra şumer qaçqınlarının  öz doğma ərazilərinə – 

bir   vaxtlar   qopub   gəldikləri   Azərbaycan   torpaqlarına     qayıtması 

barədə əminliklə danışmaq olur.

Əsərdə çox zəruri başqa bir mühüm məsələ də irəli sürülür: 

nə qədər ki tarix, antropologiya və dil alimləri şumerlərlə türkləri 

əlaqəsiz öyrənirlər, şumer haqqında həqiqətlər aydınlaşmayacaq. 

Fikrinə davam edərək yazır: «Bundan açıq və aydın danışsam, 

gərək belə diyəm: türklər miladdan öncə   minlər il tarixin sahə-

sində ən böyük  rol oynayanlardan olmuşlar. Dünyanın ən mühüm 

hadisələrində     hazır   və   nazir   olmuşlar!»   Bizim   bir   sıra 

tədqiqatçılardan   düzgün   düşünərək,   eradan   əvvəlki   minillikləri 

yada gətirir və yazır: «Türk milləti göbələk kimi birdən-birə yerdən 

çıxmayıb». Onların çox qədim dövrlərdən başqa etnik adlarla tarix 

səhnəsində   olduğunu   söyləyir   və   çox   düzgün   söyləyir.   Bizdə 

olduğu   kimi,   cənubda   da   artıq   qərb   alimlərinin   saxtalaşdırma 

siyasəti   başa   düşülür:   «Qərb   alimlərinin     fondsuz   və   titrək 

hökmlərinə  biz nə zamana qədər inanmalıyıq?» 

«Biz dilimizin  ən əski dövrün aramaqda bütün əski dilləri 

araşdırmalıyıq» deyən müəllif misal gətirir ki, akkadlar   (müəl-

lifdə   «əkkədlər»)   kamana  

qaştu

  deyərmişlər.   Türk   dillərində 



qaş s

özü məlumdur və biz daim «kaman qaş» ifadəsi işlətmişik. 

Deməli, bu türk sözü hələ  4500 il əvvəl akkad dilinə keçmişdir. 

153


Düzgün   nəticə   çıxarmışdır:   «Üç   min   il   miladdan   əvvəl     indiki 

Azərbaycan və Anadolu  adlanan ölkələrdə  türk milləti yaşarmış-

lar». Tədqiqatlardan danışır və göstərir ki, son əlli ildə şumer-

türk qohumluğu barədə xeyli tədqiqat işi meydana çıxmışdır və 

nəticədə: « …yer kürəsinin mühüm hissəsinin ən əski tarixindən 

qara buludlar geri çəkilir. Türklər tarixin qaranlıq basmış dön-

gələrində  itirmiş keçmişlərin tapırlar».

Görkəmli şumerşünas alim, fransız Georq Rouxun fikirlərinə 

söykənərək qeyd edir ki, Mesopotamiya ərazilərində iki əsas etnik 

qrup yaşamışdır: cənubda – Dəclə və Fərat çaylarının qovuşduğu 

ərazidə   şumerlər;   İkiçayarasının   orta   ərazilərində   -   samilər 

(akkadlar). Üçüncü bir etnik qrup isə  naməlum və azlıq təşkil edən 

bir tayfadan ibarət olmuş və elə bir iz qoymamışdır. Bu üç etnik 

qrup mədəniyyət, dil, din və s. cəhətdən tam fərqlənmişlər. Müəllif 

qeyd   etməsə   də,   bilirik   ki,     həmin   üçüncü   qrup,   əslində,   yerli 

əhalidən ibarət idi, şumerlər və akkadlar İkiçayarasına enməzdən 

çox əvvəl  orada yaşayırdılar.   Dilimizdəki 

çoban 

sözü də onların 

dilindəndir (

siban

 şəklində). Onlar özləri də iki etnosdan ibarət ol-

muşlar, birindən nisbətən çox, o birindən az məlumat qalıb. Mə-

lumat toponim və antroponimlərdən ibarətdir.  Nisbətən çox məlu-

mat qalan tayfanın dili şərti olaraq «banan dili» adlandırılır, çünki 

sözləri ingilis dilindəki «banane» sözünə oxşar adlardan ibarətdir.

Müəllif Georq Rouxun bu məlumatına söykənsə də, mühüm 

məsələdə   onu   kəskin   tənqid   edir.   Georq   Roux   göstərir   ki, 

şumerlərin     kimliyini   müəyyən   etmək   çətindir   və   buna   onların 

mifləri,   adət-ənənələri,   ədəbiyyatı   da   imkan   vermir.   Xeyavi 

məsələni kəskin qoyur, yazır ki, əgər Roux kimilər, arxeoloq və 

dilçilər öz fəaliyyətlərini bir qədər genişləndirsələr, dərinləşdirsələr, 

şumerlərin din, dil, adət-ənənə və tarixlərinin türklərlə, altaylarla bir 

olduğunu öyrənə bilərlər. Qərəzi, korafəhmliyi kənara qoysalar, bu 

mühüm həqiqətə inanacaqlar ki, «Türk dili və xassə Azərbaycan 

türkcəsi   şomer dilinin düzgün balasıdır!   Və bu kor düyünü aça 

biləcəklər». Göstərir ki, «Bir balaca şomer  dilinə və türk dillərinə 

bələd   olan   şəxs     onların   «nəsəbi   formada   rabitələrinə   mütə-

vəcceh olub və onların qohum-qardaşlıqların inanıb    və qəbul 

edəcək!» 

154


Müəllif qərb alimlərinin məsələnin obyektiv tədqiqinə mü-

hafizəkar   münasibətini   geniş   şərh   etmiş,   şumer   –   türk 

varisliyinin   izahı   üçün   məsələnin   nəzəri   işlənməsi   ilə   yanaşı, 

şumer yadigarlarının – toponim və antroponimlərin türk dilləri ilə 

əlaqəli öyrənilməsinin vacibliyini irəli sürmüş, dissertasiyanın 2-ci 

fəslində bu yolla gedərək, şumerlərin türklərin babaları olduğunu 

və akkad istilasından sonra onların bir hissəsinin öz ilk vətənlərinə 

–   indiki   Azərbaycan   ərazilərinə   çəkildiklərini   izləmək   üçün   yerli 

toponim və etnonimlərə müraciət edərək, fəsli 

«Dağlar, daşlar, 

kətlər   bizilən   danışırlar»

  adlandırmışdır.   Xeyavi     öz   müşa-

hidələrinin nəticələrini hələ əvvəlcədən qeyd edərək yazır ki, «Hə-

qiqət  budur ki, hər insaflı və qərəzsiz  alim və araşdırıcı  işinin so-

nunda bu nəticəyə   doğru və qəti şəkildə əl tapır ki,   şomerlər 

doğrudan da  türklərin ilk ataları olmuşlar və bundan başqa da ola 

bilməz və Şomerlər Azərbaycandan başqa yerdən  Mezopotamyaya 

köçə bilməzdilər». Qeyd edir ki, Cənubi Azərbaycan ərazilərində və 

İkiçayarası bölgələrdə  şumer – türk əlaqələrini göstərən yüzlərlə 

kənd, dağ, çay adları vardır. Dissertasiyada onların  hamısından da-

nışmaq mümkün olmadığı üçün hələlik «barmaqlar sayı qədər» az 

bir qismini (



Kəngərli,_Ur,_Urmiyə,_Vərəgül,_Vərgəhan,_Urami,__Lügəran,_İlando'>Kəngərli, Ur, Urmiyə, Vərəgül,  Vərgəhan, Urami, 

Lügəran, İlando

 tipli bir sıra toponimi)  analiz edə bilmişdir. Müəllif 

öz iddialarının mübahisəsiz olmayacağını da nəzərə alır, məqsədinin 

bu işi başlamaq, gəncliyi bu sahəyə həvəsləndirmək olduğunu və 

əgər bunları etmiş olarsa, «öz muzduna çatmış» olacağını bildirir.

Doğru   deyir   ki,   «Azərbaycan   ölkəsi   doludur   ən   əski 

adlarnan. Bu adların hər birisi  öz yerində bizim keçmişimizə aid 

bir möhkəm və mötəbər sənəd və vəsiqədir». Təəccüb edir ki, 

nə   üçün   bunlar   bu   vaxta   qədər   öyrənilməyib.   Onu   da   doğru 

deyir ki, tarixi vəsiqə olan bu adları heç kəs dana bilməz, heç 

kəs itirib-batıra bilməz. 

 Xeyavinin qeydlərindən aydın olur  ki



, Kəngər 

bir toponim 

kimi,   Cənubda   bu   gün   də   işlənməkdədir   və   Meşkin   şəhərinin 

şimal-şərqində,   Muğan   vilayətinin   cənubunda   məntəqə,   eyni 

zamanda,  

Kəngərli  

şəklində   qədim   bir   kənd   adıdır.   Əhalisinin 

sayı və ərazisi də məlumdur. Bunlar aydındır, amma Xeyavinin 

xidməti   buradadır   ki,   o,  



Kəngər

  sözünü   ağlabatan   şəkildə 

şumerlərin Kİ-EN-Gİ(R) sözü ilə əlaqələndirə bilmişdir. Şumerlər 

155


özlərini  Kİ-EN-Gİ(R) adlandırırdılar. Bu söz müxtəlif mənalarda 

izah olunur. Məsələn, şumerşünas Römer bu sözü «knyaz yeri» 

mənasında izah etmişdir. Xeyavi «günü sitayiş edən xalq» məna-

sında   izah   edir.   Biz   izah   etmişik   ki,   «allahın   gəldiyi   torpaq» 

mənasındadır:  

ki –

  «torpaq»,   



En (An)

  -   şumerlərin göy alla-

hının adı,  

gi(r

) – «gəlmək». Xeyavinin qeyd etdiyi kimi, Kİ-EN-



  – Kəngər toponimi şumer padşahlarından   Enşukuşannanın 

(2432-2403)  yazdırdığı lövhədə öz ifadəsini tapıb. 



Şumer

 sözü 


isə etnik ad deyil. Bir fikrə görə, 

şumer

 sözü ya akkadların Kİ-



EN-Gİlərə verdiyi addır, ya da Kİ-EN-Gİnin dialekt variantıdır. 

Şumer

  – yer adıdır və tarixdə «Şumer ölkəsinin xalqı» ifadəsi 

qalıb.

Urmiyə

  sözünün izahını verərkən 20-yə qədər ədəbiyyatı 

nəzərdən keçirən müəllif, nəhayət, mixi yazıları öyrədən ustadı 

doktor   Bəhman   Sərkaratinin   fikrini   -   sözün   əslinin  



Ormiyə 

olduğunu qəbul edir və  sözün əsasını təşkil edən «Ur» sözünün 

Xiyo şəhərinin günbatanında kənd adı kimi qalmaqda olduğunu 

göstərir.   Ur   şəhəri   tarixən   Mesopotamiyanın   cənubunda 

şumerlərin paytaxt şəhərinin adı olmuşdur. Bir sıra alimlər  

Ur 

sözünü «müqəddəs» mənasında izah etmişlər. Bizim fikrimizcə, 

Xeyavi düzgün izah etmişdir: 

Ur

 – 


yurd, yer

 sözləri ilə bir kök-

dəndir. Və ingilis dilindəki   

earth (irs),

 ərəb dilindəki 



ərz,

   şu-


mercə 

ge, geo, ur, vər

 sözləri bir mənşədəndir.



Ur

  sözü   şumerlərin  



Uruk

  şəhərinin   adında   da   qalmışdır, 

xarabalıqları   Bəsrə   yolunun   üstündədir.   Xarabalıqlar   indi   xalq 

arasında 



Vərkə

 adlanır – 

Uruk

 sözünün başqa bir şəklidir. Müəllif 



bunu   da   müşahidə   etmişdir   ki,  

Ur

  sözü   «Avesta»dan   gəlir: 

«Əvesta»da «Ur» bir yaşıllı, dağlı, düzlü, çaylı, «durna gözlü bu-

laqlı», bağlı-bağatlı, bollu-nemətli yer adıdır. Bu ölkəni Ahuramazda 

yaradıb».   Müəllif   bunu   da   əlavə   edir   ki,   Strabon   Azərbaycan   - 

Atropatena valisindən danışarkən   «Oura» adlı qala adı çəkir və 

Amerika alimi Riçard Frayın fikrincə, «İstrabonun ad çəkdiyi «Ur» 

qala adı Gənzək qalası ola bilər». Və nəhayət, ayrı-ayrı türk dillərini 

araşdıraraq, müəllif bu qənaətə gəlir ki,   

Ur  

toponiminin   Azər-

baycan ərazilərində  azı 7 minillik tarixi var.

Bu şəkildə Cənubdakı  



Udulu

  kənd adı da şumer dilindəki 



Udulu  

toponimi   ilə   müqayisə   edilmiş,   hər   ikisinin   «qoyun 

156


saxlanan yer» mənasında (

udu

  – şumercə «qoyun» deməkdir) 

işləndiyi müəyyən edilmişdir.  Müəllif bunu da yazır ki, İranın öz 

alimləri    



Vərəgül,   Vərdəhan

  kənd   adlarını   təhlil   edərək   bu 

qənaətə gəlmişlər  ki, «Şomerlər bu ölkəli olmuşlar və bu ölkə-

dən baş qaldırıblar». 

Bu cür toponim axtarışından sonra  müəllifi bilavasitə şumer 

dilinin quruluşu, şumer leksikası ilə Ural-Altay dilləri leksikasının 

qarşılaşdırılması, müqayisəli tədqiqi maraqlandırmışdır (3-cü fəsil - 

«Şomer  və   Ural-Altay   dillərinin   tarixi-tətbiqi   qramerinə 

müqəddəmə:   Şomer   və   Ural-Altay   dillərində     lüğətin  

strukturu»

). Üç bölmədən ibarət olan bu fəslin ilk hissəsində 

şumer   dilinin   inkişaf   mərhələlərindən   bəhs   olunur,   birinci 

mərhələdə - protoşumerdə sözlərin quruluşca  üç cür - V,  CV ~ 

VC ,  VCV şəkillərində olduğu göstərilir və nümunələr verilir:

V:   


a

 – ata, göz yaşı, tufan;



       e

 – ev, ailə, məbəd;



       u

 – uyumaq, yatmaq…

VC:  

ud 

– od, işıq, gündüz;

       

an

 – müqəddəs, göy tanrısı;

       

ir

 – pis iy, irgənmək;

       

eş –

 üç…


CV

:  ba

 – barmaq, bölmək;

      

bi/be

 – balaca, azalmaq;



      du

 – durmaq;

      qe

 – qız;

      qu

 – qoyun, yun;



      ka

 – qapı;


      zə

 – sən.


VCV:  

ana

 – nənə, ana;

      

ada

 – ata, dədə;



      utu

 – ütmək, istiləmək; gün tanrısı;



      ulu

 – böyük, möhtəşəm;



      emə

 – əmmək və s.

     Bu quruluşların hər biri eyni zamanda müasir və qədim 

türk dillərinə aid olan söz-formalardır və müəllif hər bir quruluşa 

dair türk dillərindən nümunələr vermiş, müqayisələr aparmışdır. 

157


Müəllifin fikrincə, bu birinci mərhələ çox uzun sürməyib və 

bu dövrdə şumerlər səslərin yerini dəyişməklə çoxlu yeni sözlər 

yaradıblar ki, bu xüsusiyyət türk dillərində də vardır. Məsələn, 

şumer dilində:



Üz 

– bir şeyin görünən tərəfi və üzmək mənalarında;



Zü 

-  sürüşmək sözü;



De

 – demək, danışmaq;



Ed  

–   etmək,   eləmək   və   s.   –   sait   yerdəyişdirilməsi   ilə 

yaradılıb. 

Təbii ki, bu cür yerdəyişmə şüurlu şərtləşmə yolu ilə deyil, 

müxtəlif yollarla yaranmışdır. 

İltisaqiliyin   başlanması   mərhələsini   müəllif   şumer   dilinin 

ikinci mərhələsi adlandırır.  Sözlərə şəkilçilər artırılır, yeni sözlər 

yaranır, lakin kök dəyişmir. Yeni sözlərə 



ağarmaq, ağarmada, 

ağarmadan, ağarmanı, ağarmaya

 kimi hal şəkilçili sözləri də 

daxil edir ki, əslində, bunlar yeni söz deyil, sözlərin dəyişmə for-

malarıdır.

Məlumdur  ki, şumer dilində omonimlər zəngin olmuşdur; 

məs.:  


ul 

sözü - ulduz, ol, uzaq, qədim mənalarında işlənmişdir. 

Bu   cür   omonimliyin   türk   dillərinə   də   aid   olduğunu   göstərən 

müəllif türk dillərini bu cəhətdən də şumerin varisi sayır: «…türk 

dilinin inkişaf yolu şomer dilinin təkamül və inkişaf yolunun  ardı 

və idaməsi  olmuşdur və bundan başqa ola bilməzdi».

Purəkbər Xeyavi bu fəsildə akkad dilinin şumer dilinə təsi-

rindən, akkad alınmalarından söz açmış və şumer şairi Lu Din-

qiranın     akkadların   istilaçılıq   hərəkətlərindən   şikayətləndiyini 

qeyd etmişdir. Şumer dilindəki 



dinqir

 və 


allah;

 

nini 

və 

mam-

mi

  sözlərindən   birincilərin   şumerə,   ikincilərin   akkad   dilinə 

məxsus olduğunu, akkadlardan alınma olduğunu  söyləyir.   

Başlanğıcı   –   monogenezi   nəzərə   almadığı   üçün   müəllif 

bəzən  ulu  dildən  gələn  sözü  alınma  hesab  etmişdir.  Məsələn, 

qeyd   edir   ki,   «Elə  sözlər   var   ki,   (geneoloji   cəhətdən   –  

Q.K

.) 


müxtəlif   dillərdə   işə   gedirlər…   Bu   hadisə   çox   təəccüblü   bir 

hadisədir»   Odur   ki  



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin