http://www.amu.edu.az
15 yanvar 2016-cı il
6
•
Səhiyyə Nazirliyinin mətbu
orqanı olan “Tibb qəzeti”
25 illiyini qeyd edir. 1991-ci
ilin yanvar ayının 5-dən çap
olunan, əvvəllər “Şəfqət”
adı ilə dərc edilən qəzet
2007-ci ildən yeni adla işıq
üzü görür.
Qəzetin
səhifələrində
səhiy yə sahəsində və mü-
vafiq qanunvericilikdə olan
yeniliklər, səhiy yənin təşkili
qaydalarında tətbiq olunan
dəyişikliklər öz əksini ta-
pır, həmçinin dünyada və
Azərbaycanda tibb elmi-
nin nailiyyətləri haqqında
məlumatlar verilir.
Mətbu orqanında, eyni za-
manda, səhiyyə sahəsində
qurulan beynəlxalq əlaqə-
lər, Azərbaycanda yeni tət-
biq olunan müalicə metod-
ları və nadir əməliyyatlar
haqqında
məlumatlar,
əczaçılıq xəbərləri, jurna-
list araşdırmaları, ma raq lı
şəxsiyyətlərlə müsahibələr
də yer alır.
Səhiyyə müəssisələrində
vakant yerlər haqqında
elanlar da yalnız bu ixtisas-
laşmış nəşrdə dərc olunur.
“Tibb qəzeti” ayda bir
dəfə, 21 min 900 nüsxə ti-
rajla nəşr edilir. Mətbu or-
qanı Azərbaycanın bü-
tün şəhər və rayonlarına,
hətta ucqar kəndlərində
fəaliyyət göstərən dövlət
tibb müəssisələrə və bir çox
apteklərə çatdırılır.
İndi
qəzet
oxuculara
daha yaxın olub. Qəzetin
www.tibbqazeti.az
ünvanında
yerləşən saytında material-
ların elektron versiyası ilə
də tanış olmaq mümkündür.
İl ərzində sayta 120 mindən
artıq baxış qeydə alınır.
Dostları ilə paylaş: