II MPF-nin III kurs tələbəsi
Özcan Qızıldərə (Türkiyə
vətəndaşı) :
- Verdiyim imtahan im-
munologiya fənnindən idi.
Universitetdə imtahanların
götürülməsi Türkiyə sistemi
ilə eyniyyət təşkil etdiyindən
problemlə
qarşılaşmadım.
İmtahana yaxşı hazırlaşmış-
dım. Adətən mən imtahanla-
ra yaxşı hazırlaşıram ki, uğur
qazana bilim. Hesab edirəm
ki, gələcəkdə verəcəyim im-
tahanlardan da uğur qazana-
cağam.
“Çox
həyəcanlıydım...
sevinirəm”
II MPF-nin I kurs tələbəsi
Fidan Bəylərova da imtahanı
yeni verən tələbələrdəndir.
Ən çətin imtahanlardan biri
hesab olunan “Anatomiya
I” dən uğur qazanıb: “ Çox
həyəcanlıydım. Bu imta-
han biz tələbələr arasında
çətin imtahan hesab olu-
nur. Amma müvəffəqiyyət
qazandım–47 bal topladım.
Sevinirəm”–deyərək sevin-
ci ni bizimlə bölüşdü və
biz də öz növbəmizdə onu
müvəffəqiyyət
qazanması
münasibəti ilə təbrik etdik.
II MPF-nin I kurs tələbəsi
Sənan Camalov da 27 bal-
la müvəffəqiyyət qazandı-
ğını dedi. İnanır ki, o biri
fənlərdən də uğur qazana-
caq. İmtahanın obyektiv və
heç bir müdaxilə olmadan
keçdiyini qeyd etdi.
Bu tədris ilində universite-
tin tələbə statusunu qazanan
Türkiyə vətəndaşı Eslin Yıl-
dırım isə 34 bal toplayıb. Bu
universiteti seçdiyindən peş-
man deyil.
Qış semestr
Ötən il dekabrın 29-dan etibarən Azərbaycan
Tibb Universitetində qış semestr imtahanlarına
start verilib. Şənbə və bazar günü istisna ol-
maqla hər gün imtahan zallarında tələbələr im-
tahan verirlər. İmtahan vermək üçün gözləyən
tələbələrin üzündə isə bir nigarançılıq hiss
olunur. Bu da təbiidir. Fikirləşirlər ki, görəsən,
imtahan zamanı bildikləri sual düşəcəkmi? Ya-
xud bilmədikləri sual çoxmu olacaq?
15 yanvar 2016-cı il
http://www.amu.edu.az
5
Əczaçılıq fakültəsinin II kurs
tələbəsi Ümid Abdulhüseynov da
uğur qazanıb. Onlar da imtahanın
gedişindən məmnundurlar.
İmtahanın gedişi ilə bağlı zallarda
olduq. Virtual Test Mərkəzinin direk-
toru Şahin Bayramovla görüşdük:
Dostları ilə paylaş: |