Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   2   3   4   5   6   7   8   9   ...   24
Ölkədə epidemioloji durum 

nəzarət altındadır

 ATU-nun Tədris Cərrahiyyə 

Klinikasında hələ ana bətnində 

qastroşizis patologiyası aşkar edilən 

körpə doğulan kimi əməliyyat 

olundu. 

A

zərbaycan  Tibb  Universıtetinin 



(ATU)  Tədris  Cərrahiyyə  Klini-

kasında hələ ana bətnində qast-

roşizis patologiyası aşkar edilən körpə 

qeysəriyyə  üsulu  ilə  doğulub.  Dünya-

ya  gələn  kimi  körpənin  bağırsağında 

əməliyyat aparılıb.

ATU-nun  Tədris  Cərrahiyyə  Klinika-

sının  mama-ginekologiya  şöbəsinin 

müdiri  Turab  Canbaxışovun  sözlərinə 

görə,  xəstə  hamiləliyin  ilk  günündən 

sözügedən  klinikada  müayinə  olunub. 

Hamiləliyin  8-ci  həftəliyində  ultrasəs 

müayinəsi  (USM)  zamanı  qadında  dö-

lün  ürək  döyüntüsü  normal  izlənilib  və 

o, müəyyən analizlər verib: “Daha sonra 

qadın bütün hamilələr kimi hər ay ardıcıl 

olaraq  müayinələrə  çağırılıb.  Növbəti  ay 

baş  tutan  müayinə  zamanı  (hamiləliyin 

12-ci  həftəsində)  belə  bir  patologiya 

aşkar  edilib:  ana  bətnindəki  körpənin 

bütün  nazik  bağırsağı  və  yoğun  bağır-

sağın  bir  hissəsi  vücuddan  kənara  çı-

xıb.  Bu  patologiyanın  adı  qastroşizisdir. 

Yəni, uşağın bağırsağı bədənindən çöldə, 

qarnının  üstündədir.  Adətən  bağırsağın 

çölədönmə hərəkəti hamiləliyin 10-11-ci 

həftələrində bərpa olunur, bağırsaq içəri 

daxil olur. Lakin xəstədə bu proses baş 

verməyib.”

T.Canbaxışovun sözlərinə görə, hamiləli-

yin 28-29-cu həftəsində dölyanı mayenin 

möhtəviyyatı    dəyişdiyi  üçün  körpənin 

bağırsaqlarına ziyan dəyə bilərdi: “Bunun 

qarşısını almaq üçün biz hamiləliyin 28-

ci həftəsindən etibarən hər 3-4 həftədən 

bir  düz  4  dəfə  xəstənin  ana  bətninə 

müdaxilə edərək, dölyanı mayeni 500 ml 

litrdən 700 ml litrə qədər dəyişdik. Yəni 

bu mayeni porsiyalarla çəkib, əlavə ma-

yeni  durulaşdırdıq  ki,  bağırsağa  heç  bir 

zərər gətirməsin. Bu prosedur ilk olaraq 

yerli keyitmə vasitəsilə, digər 3 prosedur 

isə  xəstəni  ümumi  yatızdırmaqla  30-35 

dəqiqə  müddətində  icra  olundu”.  Həkim 

bildirib  ki,  bu,  olduqca  riskli  bir  prose-

durdur,  çünki,  ana  bətninə 

qarın  nahiyəsindən  giri-

lir:  “Ana  bətninə  bir  iynə 

ilə  müdaxilə  edirik  və  bu 

müdaxilə  çox  vaxt  erkən 

doğuşa  səbəb  olur.  Amma 

bütün  bu  təhlükələrdən 

uğurla  keçdik.  Hamiləliyin 

37-ci  həftəsi  tamamlan-

dıqdan  sonra  qadının  san-

cıları  başlayıb.  Qeysəriyyə 

əməliyyat  hazırlığında  26 

nəfərə  yaxın  tibbi  perso-

nal  iştirak  etdi.  Xəstə  gecə 

saat 1-də əməliyyata alındı 

və  əməliyyat  5-də  tamam-

landı. Əməliyyatxanada ana 

bətnindən  azad  edilən  körpə  1-2  saat 

özünə gəldikdən sonra uşaq cərrahlarının 

öhdəsinə verildi”.

    ATU-nun  uşaq  cərrahiyəsi  şöbəsinin 

müdiri Ramiz Poluxovun sözlərinə görə, 

qastroşizis  qarnın  ön  divarının  inkişaf 

qüsurudur  və  yaranma  səbəbi  qarın  di-

varının  qidalanmasının  pozulmasıdır: 

“Belə  qüsurların,  patologiyaların  aşkar-

lanması üçün Azərbaycanda xəstəyə tam 

yardım  göstərməsi  mümkün  olan  klini-

kalardan biri də bizim Tədris Cərrahiyyə 

Klinikasıdır  ki,  burada  həm  mama-gi-

nekoloji,  həm  cərrahi,  həm  də  neona-

toloji  xidmət  göstərilir.  İlk 

olaraq  xəstə  təbii  ki,  bizim 

ginekoloqlara  müraciət  edib, 

müayinələr zamanı Turab dok-

tor  bu  xəstədə  qastroşizisin 

olduğunu müəyyənləşdirdi. Biz 

məsləhətləşdik və doğuşa qədər 

aparılmalı  olan  bütün  mani-

pulyasiyalar  ginekoloqlarımız 

tərəfindən 

müvəffəqiyyətlə 

həyata  keçirildi.  Belə  uşaqlar 

mütləq  qeysəriyyə  üsulu  ilə 

doğulmalıdırlar”.

R.Poluxovun bildirdiyinə görə, 

ana bətnində əməliyyat olunan 

uşaqda  qastroşizisin  ağır  for-

ması olub (ən böyük deffekt 4 sm sayılır) 

və  doğulan  kimi  körpəyə  neonatoloqlar 

tərəfindən yardım göstərilib: “Bütün çöldə 

olan  orqanlar  steril  plyonkaya  bükülüb 

və  uşağın  əməliyyat  üçün  hazırlanması 

gözlənilib. Burada əsas məqsəd o idi ki, 

orqanlar yerinə qaytarılsın, deffekt bərpa 

olunsun. Körpə üzərində əməliyyat uğur-

la keçirilib, heç bir fəsad baş verməyib”.

Hazırda  ATU-nun  həkim  briqadasının 

nəzarətində olan bu körpə tam sağlam-

dır.    Uşağın  qidalanması  da  tez  bir  za-

manda bərpa olunub.




Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin