Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   2   3   4   5   6   7   8   9   ...   24
MƏNSUR

20 YANVAR FACİƏSİ  TARİXİMİZİN QÜRUR SƏHİFƏSİDİR

1990

-cı ilin 20 yanvar hadisələrinin növbəti 

ildönümü tamam olur. Həmin hadisələrdən 

ilbəil uzaqlaşdıqca bu hadisələrin mahiyyəti, əzəməti və 

zərurəti özünü daha dolğun sübut edir.


15 yanvar 2016-cı il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Yanvarın  1-dən  Azər-

baycan da  yeni  diridoğulma 

meyarlarının  tətbiqinə  baş-

lanılıb.  Bununla  əlaqədar 

Səhiyyə  Nazirliyinin  İctimai 

Səhiyyə  və  İslahatlar  Mərkəzi 

(İSİM)  mütəmadi  olaraq  diri-

doğulmanın  beynəlxalq  me-

yarlarına  keçidlə  əlaqədar 

ictimai  maarifləndirmə  işləri 

həyata keçirir. 

Azərbaycan  Tibb  Uni-

versiteti,  Azərbaycan  Dövlət 

Pedaqoji  Universiteti,  Bakı 

Qızlar Universiteti, 1 nömrəli 

Bakı Tibb Kolleci və 2 nömrəli 

Bakı  Baza  Tibb  Kollecində 

tələbə  heyəti  ilə  İSİM-in 

həkim  və  kommunikasiya 

mütəxəssislərinin  görüşləri 

keçirilib.

Reproduktiv 

yaşda 


olan  qadınlar  üçün  keçirilən 

görüşlərdə  ana  və  uşaqla-

rın  sağlamlığının  qorunması 

istiqamətində  zəruri  addım-

lara  diqqət  yetirilib.  Qeyd 

olunub  ki,  Azərbaycan  Res-

publikasında  yeni  diridoğul-

ma  meyarlarının  tətbiqinə 

başlanılması  ölkədə  çox  az 

çəkili  yenidoğulmuşların  ya-

şamasına ümid verir.

Vurğulanıb  ki,  düzgün 

həyat tərzi keçirmək və zərərli 

vərdişlərdən  uzaq  olmaq, 

erkən  yaşda  hamiləlikdən 

çəkinmək,  hamiləliyin  3  ay-

lığından  etibarən  mütəmadi 

həkim  nəzarətində  olmaq 

vaxtından  əvvəl  doğuşların 

qarşısının  alınmasına  kömək 

edir.  İnteraktiv  şəkildə  qu-

rulan 


təqdimatların 

so-


nunda  mövzu  ilə  əlaqədar 

maarifləndirmə  materialları 

paylanılıb.

Analoji  maarifləndirmə 

tədbirləri  2016-cı  ilin  yan-

var-fevral 

ayları 

üçün 


nəzərdə  tutulub.  Tədbirlər 

“Ana  və  uşaqların  sağlam-

lığının 

yaxşılaşdırılmasına 

dair 2014-2020-ci illər üçün 

Dövlət  Proqramı”nın  həyata 

keçirilməsi  üzrə  Səhiyyə  Na-

zirliyinin  Tədbirlər  Planına 

və  Səhiyyə  Nazirliyi  ilə  BMT-

nin  Uşaq  Fondunun  (UNICEF) 

Azərbaycan  nümayəndəliyi 

arasında  imzalanmış  birgə 

Fəaliyyət Planına müvafiq ola-

raq həyata keçirilir.

Vaxtından əvvəl doğulan körpələrin 

yaşamaq ehtimalı artır




Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin