15 yanvar 2016-cı il
http://www.amu.edu.az
7
Şirniyyata meyillilik kokain
asılılığına bənzəyir.
Skripps
Elmi-Tədqiqat İnstitutunun
(ABŞ) alimləri bu qənaətə
gəliblər. AZƏRTAC
“medvesti.com”a istinadla
xəbər verir ki, alimlər
eksperiment çərçivəsində
laboratoriya siçovullarına
şirniyyat yediriblər.
Müəyyən vaxt keçəndən sonra
heyvanlarda açıq-aydın şirniyyatdan asılılıq müşahidə olunmağa başlayıb.
Alimlər belə davranışı kokain asılılığı ilə müqayisə ediblər.
Qeyd edək ki, asılılığın hər hansı növü baş beyində neyromediatorların
fəaliyyəti ilə bağlıdır. Hər hansı canlını dofaminin köləsi adlandırmaq olar.
İnsan da istisna deyil. Bu hormonun ifrazı bizi xoşbəxt edir, nəşələndirir.
Dofaminin yoxluğu depressiya yaradır, əlimizi işdən soyudur. Bu xoşbəxtlik
hormonu təkcə narkotiklərdən istifadə zamanı ifraz olunmur. Hər
hansı yemək, xüsusən şirniyyat serotonin ilə birgə dofaminin ifrazına
gətirib çıxarır. Sinir sistemini tez-tez şirniyyatla stimullaşdırmaq “qida
narkomaniyası” yaradır. Nəticədə insan şirniyyat yeməyincə özünü xoşbəxt
hiss etmir. Nikotin asılılığı və fastfudla dolanmaq arzusu olan insanlarda da
oxşar mexanizmlər işləyir.
Dostları ilə paylaş: