Hazırladı M. Ələkbərli
Şüa diaqnostika və şüa terapiya elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Dünyada bu elmin hər bir yeniliyini, nailiyyətini mənimsəmək, bu
bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin yazılması günün ən vacib məsəslələrindən biridir.
Dərslik keçmiş SSRİ Orta və Ali Təhsil Nazirliyi-
nin son illərdə buraxdığı Şüa diaqnostikası proq-
ramı əsasında, müasir elmin və tibbi praktikanın
nailiyyətləri nəzərə alınmaqla tərtib edilmişdir.
Kitabda bir neçə yeniliklər nəzərə çarpır. Belə ki,
onun yeni məzmunda olması, yeni elm və texnikanın
nailiyyətlərini özündə əks etdirməsi, sistem şəklində
müasir diaqnostik metodlardan istifadə edilməsi
ilə orqanizmdə gedən müxtəlif patoloji proseslərin
şəkillər və sxemlər ilə izahi xüsusilə tədqirə layiqdir.
Dərslik 9 fəsildən ibarət olub, Radiodiaqnostika
elminin tarixindən və insan orqanizmində baş verən
patoloji proseslərin şüa diaqnostikasından bəhs edir.
Kitabda müxtəlif xəstəliklərin Rentgenoqramı,
Sonoqramı, Dopleroqramı, KT, MRT, USM, və s.
göstərməklə çoxlu miqdarda fotoşəkil və sxemlər ve-
rilmişdir ki, bu da şüa diaqnostikasına aid təsəvvürü
genişləndirir və bu elmin kifayət dərəcədə qavranılmasını asanlaşdırır.
Dərslikdən ali tibb təhsili olan tələbələr, rezidentlər, aspirantlar, klinik ordinatorlar və
həkimlər istifadə edə bilərlər.
Son illərdə təbabətdə xəstəliklərin
vaxtında aşkar edilməsində çox
üstünlüklər tədbiq edilən rentgenoloji
müayinələrlə yanaşı yeni şüa diaq-
nostik metodlarından (KT, MRT, PET,
USM, və s.) geniş istifadə edilməsi bu
fənnin tədrisə aid proqramında geniş
dəyişikliyə səbəb olmuşdur.
Əvvəllər “ Rentgenologiya” adlı
elm indi “Şüa diaqnostikası” adı ilə
əvəz olunmuşdur. Respublikamızda
ana dilində şüa diaqnostikası və şüa
terapiyasına aid müasir dərslik olmadı-
ğından Azərbaycan Tibb Universitetinin
tələbələri bu elmin mənimsənilməsində
çox çətinlik çəkirdilər. Bu məqsədlə ilk
dəfə “ Radiodiaqnostika və Radiotera-
piya” dərsliyi kimi məsuliyyətli və çətin
bir məsələ qarşıya qoyulmuşdur.
Əvvəlki dərsliklərdən fərqli olaraq
bu kitab çox mürəkkəb və müasir
problemlərə həsr olunmuşdur. Asanlığ-
la bu məsələləri dərk etmək sadəlövlük
olardı.
Şüa diaqnostikası və şüa terapiyası
fənninin yeni proqram ilə tədrisi bu
fəndən dərs deyən müəllimlər üçün də
bir qədər ilk dövrlərdə çətinlik törədirdi.
Çünki uzun müddət adət etdiyi və
dərs dediyi rentgenologiyadan kənara
çıxmaq və müasir aspektdə oxuculara
şüa diaqnostikasından və terapiyasın-
dan məlumat vermək çox da asan bir
məsələ deyildir.
Dərslikdə verilən yeni məlumatlar
nəinki gənc həkimlər üçün, hətta
yüksək dərəcəli klinisistlər üçün də
yeni bir səhifə açır. Yeni proqram
əsasında yazılan kitab təkcə müva-
fiq kurslarda dərs keçən tələbələr
üçün deyil, bütün kurslarda çalışan
tələbələrdən yəni, anatomiya kafedra-
sında keçirilən rentgen anatomiyadan
başlayaraq kliniki fənlər üzrə çalışan
subordinatorlar, rezidentlər də nəzərə
alınaraq tərtib olunmuşdur.
Dərslik 16 fəsildən ibarət olub insan
orqanizmasında mövcud olan patoloji
proseslərin şüa diaqnostikasından və
şüa terapiyasından bəhs edir. “ Radio-
terapiya ” bəhsində bu elmin əsasları
onun müasir təbabətdə rolu və ion-
laşdırıcı şüaların müxtəlif xəstəliklərin
müalicəsində tədbiq edilməsi kimi
mühüm məsələlər aydınlaşdırılır.
Dərsliyi tərtib edən zaman mövcud
olan dərsliklərdə buraxılmış nöqsanlar
nəzərə alınmış, xarici alimlərin təklifləri
qeyd edilmiş və müasir tibb elminin
nailiyyətlərindən geniş istifadə edilmiş-
dir.
Bütün bunlar oxucularda müxtəlif
xəstəliklərin diaqnostikasına və te-
rapiyasına aid təsəvvürü daha da
genişləndirir və bu elmin kifayət
dərəcədə qavranılmasını asanlaşdırır.
Şüa diaqnostikası və şüa terapiyası müasir
dövrdə fundamental elm kimi təbabətdə və tibb
təhsilində mühüm yer tutur. Bu dərslik müasir
elmin və tibb praktikasının naliyyətləri nəzərə
alınaraq hazırki tədris proqramına uyğun
mövzular üzrə yazılmış, Tibb Universitetinin
tələbələri və həkimlər üçün bir vəsait kimi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
tərəfindən təsdiq edilmişdir.
Dərslikdə Rentgenoloji elmin tarixindən
Rentgen və Radioloji şüaların xassələrindən,
təbabətdə, müasir dövrdə tədbiq olunan USM,
KT, MRT, PET, Termoqrafiya, Radiodiaqnos-
tika və.s kimi metodların tədbiqindən və insan
orqanizmində mövcud olan patoloji proseslərin
şüa diaqnostikasından bəhs edilir. Dərslikdə
bütün şüa diaqnostik metodların xarakteris-
tikası, onların təsvirlərinin alınma prinsipləri
göstərilmişdir. Hər bir fəsildə xəstəliklərin
aşkar edilməsində tədbiq olunan müayinə metodikasına göstərişlər və əks
göstərişlər ətraflı əks olunmuşdur.
Əvvəlki dərsliklərdən fərqli olaraq bu dərslikdə müasir dövrdə tədbiq olunan
yeni metodların – Pozitron Emission Tomoqrafiya, Densitometriya, Rəqəmsal
Radiodioqnostika mürəkkəb patoloji proseslərin diaqnozunun qoyulmasında mü-
hüm rol oynadığı göstərilmişdir. Kitabda çoxlu miqdarda Rəngli Skennoqramlar,
Sonoqramlar, Termoqramlar, Sintoqramlar, Dopleroqramlar və sxemlər verilmiş-
dir. Bu isə verilən məlumatı yaxüı anlamaq, mənimsəmək və müxtəlif xəstəliklərin
diaqnostikasına aid təsəvvürü daha da genişləndirmək üçün şərait yaradır və
Ali Təhsil alan tələbələrin Şüa diaqnostikası fənninin öyrənilməsində önəmli yer
tutacağına əsas verir.
Kitabdan təkcə Ali Tibb Təhsili alan tələbələr deyil, həm də Ali Tibb Təhsili
əsasında Rezidenturaya qəbul olunmuş məzunlar, müxtəlif klinikalarda çalışan
həkimlər də istifadə edə bilərlər.
Dərslik təsdiq olun-
muş müvafiq proqramda
yeniliklərlə əlaqədar olaraq
tərtib edilmişdir. Kitab 14
fəsildən ibarət olub rentge-
nologiya elminin tarixindən,
rentgen və radioloji şüaların
xassələrindən, təbiətindən,
müasir dövrdə təbabətdə
tətbiq olunan KT, MRT,
USM, Dopleroqrafiya,
Termoqrafiya, İnter-
vension radiologiya
və.s metodlardan bəhs
olunur.
Dərslikdə sistem
şəklində müasir
diaqnostik metodların
tədbiq edilməsi ilə
orqanizmdə gedən
patoloji proseslərin
şəkilləri və sxemləri ilə
izahı xüsusilə təqdirə
layiqdir. Hal-hazırda nəinki
MDB ölkələrdə, həm də
Amerika, Avropa və digər
ölkələrdə şüa diaqnostik
metodların təbabətdə geniş
tədbiqi bu fənnin ali tibb
təhsilində böyük əhəmiyyət
verir.
Tibb Universitetində
Radiodiaqnostika elmi-
nin sərbəst bir fənn kimi
öyrənilməsi tələbələrin in-
san orqanizmləri haqqında
təsəvvürünü genişləndirir,
daxili üzvlərin anato-
miya və fiziologiyasına
aid məlumatları daha da
zənginləşdirir. Beləliklə bu
elm nəzəri fənlərlə klini-
ki fənlər arasında körpü
yaradır.
Dərsliyi tərtib edərkən
mövcud olan dərsliklərdə
buraxılmış nöqsanlar
nəzərə alınmış, Azərbaycan
Tibb Universitetinin “Şüa
diaqnostikası və şüa tera-
piyası” kafedrasında uzun
müddət ərzində yığılmış
materiallardan istifadə
edilmişdir.
Dostları ilə paylaş: |