Đqtisadi və Sosial Đnkişaf Mərkəzi


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi



Yüklə 287,26 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix23.02.2017
ölçüsü287,26 Kb.
#9305
1   2   3

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

18

 



 

məşğul  olan  fermerlərin  gəliri  xərcindən  çox  olsun.  Bu  məbləği  hesablayan  zaman  dünya 

bazarında  qiymət  dəyişikliyi  də  nəzərə  alınıb.  Belə  ki,  bazarda  taxılın  qiymətinin  ucuzlaşdığı 

halda onun istehsalına çəkilən xərc əsasən əvvəlki kimi qalıb. 

Bəzi mütəxəssislər hesab edir büdcədən subsidiyaların ayrılması dayandırılmalıdır. Lakin ĐSĐM 

düşünür ki,  aqrar bölməyə subsidiyanın verilməsi itki anlamını vermir. Bu sahəyə ayrılan vəsait 

nəticədə  ümumi  daxili  məhsulun  həcminin  artmasına  xidmət  edir.  Dövlət  büdcəsi  isə  bu  artım 

hesabına  subsidiya  üçün  ayrılan  vəsaiti  yenidən  qazanır.  Həmçinin,  kənd  təsərrüfatı 

məhsullarının istehsal həcmi yüksəlir. Hesab olunur ki, əgər taxıl istehsalçıları üçün subsidiyanın 

məbləği 40 manat artırılarsa, ən geci 2012-ci ildə Azərbaycan özünün taxıla olan tələbatını tam 

ödəyəcək.  Taxılla  bərabər  pambıq  becərilməsi  üçün  də  xüsusi  subsidiya  ayrılmalıdır.  Əslində 

pambığın  da  taxıl  kimi  strateji  məhsul  olması  bunu  zəruri  edir:  2008-ci  ildə  Azərbaycanda 

pambıq istehsalı son 40 ildə ən aşağı həddə düşüb. Ötən il cəmi 40 min ton pambıq yığılıb. ABŞ-

da pambıq əkini üçün dövlət büdcəsindən 6 milyard dollar vəsait ayrılıb.  

Subsidiyaların  fermerlərə  çatdırılmasında  uzun  illərdir  problemlər  yaşanmaqdadır.  Maliyyə 

Nazirliyi  dövlət  büdcəsindən  kənd  təsərrüfatına ayrılan  subsidiyalardan  necə  istifadə  edildiyini  

öyrənmək  məqsədilə  bu  il  yoxlamalar  həyata  keçirib.  Nazirliyin  hökumətə  ünvanladığı  sənəd 

ə

sasında Nazirlər Kabineti 15-dək rayonun icra hakimiyyətinə 2007-2008-ci illərdə ciddi qanun 



pozuntuları  və  nöqsanlara  yol  vermiş  vəzifəli  şəxslərin  məsuliyyətə  cəlb  olunması  üçün  rəsmi 

məktub  göndərib.  13  yanvar  2010-cu  il  tarixli  DX-03/01  DSM-14m  nömrəli  həmin  sənədində 

göstərilib  ki,  2007-2008-ci  illərdə  kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  Maliyyə 

Nazirliyi  tərəfindən  dövlət  büdcəsindən  ayrılmış  yardımların  xərclənməsində  ciddi  nöqsanlara 

yol verilib.  

Maliyyə Nazirliyinin yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə 

mövcud olmayan sahələrə taxıl səpilib. Arpa sahələri taxıl sahəsi kimi təqdim edilib, bələdiyyə 

sədrlərinin adlarına əsassız olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin, yanacaq və motor 

yağlarının  verilməsi  sənədlərində  qanunsuz  düzəlişlər  üzə  çıxarılıb.  Bundan  başqa  subsidiya 

alanların böyük əksəriyyəti kəndlərdə deyil, şəhərdə yaşayır. Maliyyə Nazirliyi analoji halların 

respublikanın 15-ə dək rayonunda yaşandığını, dövlət büdcəsində ayrılan vəsatin xərclənməsində 

yol  verdiyi  qanun  pozuntusuna  görə,  cəzalanması  üçün  Nazirlər  Kabinetinə  rəsmi  məktub 

göstərib.  Əslində  monitoriqlərimiz  də  bir  sıra  rayonlarda  həqiqətən  də  subsidiyaların 

verilməsində  ciddi  nöqsanların  olduğunu  göstərir.  Subsidiyaların  son  mənzilə  çatmamasında 

yerli  icra  orqanlarının  böyük  rolu  var.  Belə  ki,  Nazirlər  Kabiteninin  təsdiq  etdiyi  hüquqi 

normativ  sənədlərə  uyğun  olaraq  subsidiyaların  verilməsi  üçün  xüsusi  komissiya  yaradılır. 

Komissiyalarda  yerli  icra  orqanlarının  nümayəndələri  iştirak  edir.  Monitorinqlər  göstərir  ki, 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

19

 



 

ə

ksər  rayonlarda  subsidiya  alan  insanlar  pulu  bankomatlardan  gecə  saatlarında,  kütləvi  şəkildə 



çıxarılıb. Bu kimi hallar qaranlıq məqamlara aydınlıq gətirməyə şərait yaradır.  

Nöqsanlar  fermerlərin  dövlətin  həyata  keçirdiyi  bu  kimi  proqramlardan  dolğun  şəkildə 

yararlanmasına imkan vermir. Bir müddət əvvəl kənd təsərrüfatı naziri Đsmət Abbasov Maliyyə 

Nazirliyinin  apardığı    yoxlamaları  əsassız  adlandırsa  da  əslində  bu  əsassız  məsələ  deyil. 

Subsidiyalardan  fermerlərin  yararlanma  səviyyəsinin  aşağı  olmasında  15-ə  dək  yerli  icra 

nümayəndələrində aşkar olunan qanun pozuntusunun araşdırılması bilavasitə deməyə əsas verir 

ki,  yardımların  ünvana  çatdırılmasına  nəzarəti  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı 

kimi Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni layiqincə icra etməyib.  

Tədqiqatlar  göstərir  ki,  bəzi  rayonlarda  hətta  fermerlərə  hər  hektara  40  manat  deyil  30  manat 

subsidiya  verilib.  Baxmayaraq  ki,  hər  hektara  40  manat  rəsmiləşdirilib.  Subsidiyalar  bir  sıra 

hallarda  icra  hakimiyyəti  orqanları  tərəfindən  mənimsənilir.  Digər  tərəfdən,  subsidiyaların 

verilməsində meyarlar  müəyyənləşdirilməyib.  

Đ

nkişaf  etmiş  ölkələrdə  belə  (məsələn,  ABŞ,  Böyük  Britaniya,  Fransa  və  başqaları)  hökumət 



kənd  təsərrüfatı  istehsalçılarına  mütəmadi  olaraq  ünvanlı  susbsidiyalar  ayırır.  Çünki  aqrar 

sektorun  dinamik  inkişafı  ölkənin  ərzaq  təhlükəsizliyinin  əsas  şərtlərindən  biri,  bəlkə  də 

birincisidir.  

Subsidiyaların  verilməsində  yalnız  torpaq  amilinin  götürülməsi  vəsaitlərin  səmərəli  bölgüsünü 

ə

ngəlləyən  əsas  amillərdəndir.  ABŞ-da  ən  çox  subsidiya  buğda,  pambıq  istehsalçılarına 



yönəldilir.  Đstər  Birləşmiş  Ştatlarda,  istərsə  də  Avropa  Birliyi  ölkələrində  kənd  təsərrüfatına 

subsidiya  həyata  keçirilən  zaman  strateji  məhsul  hesab  edilən  sahələrə  daha  çox  vəsaitlər 

yönəldilir.  Aqrar  sektora  ayrılan  vəsaitlərin  həcmi  müəyyənləşdirilən  zaman  məhsulun  strateji 

ə

həmiyyət daşıyıb-daşımaması nəzərə alınır. Dövlət özünün strateji əhəmiyyət daşıyan sahələrini 



müdafiə etmiş olur. Azərbaycanda isə yeganə meyar fermerlərin sahib olduğu torpağın sahəsidir.  

 

Kənd Təsərrüfatı Anbarları Đdxaldan Asıllığı Azalda Bilər 

Kənd  təsərrüfatı  anbarlarının  real  vəziyyətinin  təhlili  göstərir  ki,  aqrar  məhsullarının 

saxlanmasında dövlət sektorunun payında azalma müşahidə edilməkdir. 1996-cı ildən başlayaraq 

Kənd  Təsərrüfatı  Nazirliyinin  (KTN)  tabeçiliyində  olan  anbarların  hamısı  özəlləşdirilmişdir. 

Hal-hazırda nazirlik heç bir anbara malik deyildir. KTN-dən verilən məlumata görə, uzun illərdir 

bölgələrdə  müvafiq  saxlanma  kameraları  olmadığından  kəndlilər  istehsal  etdikləri  məhsulları 

saxlamaqda  çətinlik  çəkirlər.  Saxlama  kameralarının  olmaması  üzündən  məhsullar  tam  sıradan 

çıxır  və  bu  son  nəticədə  istehsalçının  ziyanla  işləməsinə  gətirib  çıxarır.  Nazirlik  bəzi  yerlərdə 

anbarlar  tikilmək niyyətindədir.Lakin  nazirliyin  vəsaiti  o  qədər  böyük  deyil  ki,  bütün  kəndlilər 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

20

 



 

üçün  soyuducu  anbarlar  təşkil  etsin.  Bununla  belə,  bu  istiqamətdə  işlər  davam  edir.  Məsələn, 

kartof  iki  dəfə  məhsul  verdiyindən  Cəlilabadda  50  min  tonluq  saxlama  müəssisəsi  tikilib. 

Gəncədə  isə  meyvə-tərəvəz  saxlamaq  üçün  böyük  soyuducu  tikilməkdədir.  Ümumiyyətlə, 

nazirlik  respublikanın  iri  şəhərlərində,  o  cümlədən  Bakı,  Sumqayıt  və  Gəncədə  tədarük 

bazarlarının yaradılmasını məqsədəuyğun hesab edir.  

 

Cədvəl 5. Kənd Təsərrüfatı Anbarların Đqtisadi Göstəriciləri 

 

 



Meyə və giləmeyvə 

və üzüm saxlamaq 

üçün 

Taxıl saxlamaq üçün 



(toxumluq və yemlik 

taxıl daxil olmaqla) 

Müxtəlif kənd 

təsərrüfatı 

məhsullarını saxlamaq 

üçün 


Bütün təsərrüfat 

kateqoriyaları üzrə 

cəmi 

Miqdarı, vahid 



Tutumu, ton 

7876    43 997 

Miqdarı vahid 

Tutumu, ton 

65141    571 490 

Miqdarı vahid 

Tutumu Ton 

120404  2163997 

Kənd təsərrüfatı 

müəssisələri və 

təşkilatları 

16       10456 

1255  122231 

130       25924 

Ondan: dövlət kənd 

təsərrüfatı 

müəssisələri və 

təşkilatları 

2   54 

155 18714 



14  1979 

Qeyri-dövlət kənd 

təsərrüfatı 

müəssisələri və 

təşkilatları 

14 10402 

1100   103517 

116  23945 

O cümlədən: 

kollektiv-birgə 

təsərrüfat  

5 252 


864 15976 

58  5405 

Səhmdar cəmiyyətləri  1 40 

56  69255 

10 10246 

Təsərrüfat 

cəmiyyətləri (məhdud 

və əlavə məsuliyyətli) 

8 10110 

151 15 274 

17 3031 

Kəndli (fermer), ailə 

7860   33541 

63886  449259 

120274  2138073 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

21

 



 

kəndli və təsərrüfatı 

üzrə cəmi 

O cümlədən fermer 

təsərrüfatları 

8 65 


289 7995 

278  6555 

Ailə kəndli 

təsərrüfatları 

6672  29174 

56983  401566 

94475  1747811 

Özəl bölmə üzrə cəmi  7874   43943 

64986  552776 

120390 2162018 

 

Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2008 

 

Cədvəldən göründüyü kimi, hal-hazırda meyvə və giləmeyvə saxlamaq üçün 7876 anbar vardır. 



Onların ümumi tutumu 43 997 tondur. Bu anbarlar bütün mülkiyyət növlərini əhatə edir. Həmin 

anbarlardan  yalnız  2-i  dövlət  mülkiyyətindədir.  Qalan  7874  anbar  özəl  mülkiyyət  subyektləri 

tərəfindən  idarə  edilir.  Dövlətin  sərəncamında  qalan  anbarların  həcmi  isə  cəmi  54  tondur. 

Səhmdar  cəmiyyəti  formasında  fəaliyyət  göstərən  anbarların  sayı  isə  cəmi  birdir  və  tutumu  40 

tondur.  

 

Azərbaycan  Mərkəzi  Koprativlər  Đttifaqından  (keçmiş  “Azərittifaq”)  verilən  məlumata  görə, 



ittifaq  rayonlarda  anbarlara  malik  deyil.  Bakını  yaxınlığında  yerləşən  Xırdalan  şəhərində  isə 

ittifaqın  8  anbarı  və  onların  sahəsi  3800  m

2

-dir.  Həmin  anbarların  hündürlüyünün  5.5  metr 



olduğunu nəzərə aldıqda ittifaqın sərəncamında olan anbarların ümumi tutumu 20 900 m

3

-dir. Bu 



anbarlardan meyvə və tərəvəz məhsullarını saxlamaq məqsədilə istifadə edilir.  

 

Đ



stər DSK, istərsə də Azərbaycan Mərkəzi Koprativlər Đttifaqının məlumatları göstərir ki, ölkədə 

olan anbarların sayı və tutumu Azərbaycanın ərzaq tələbatını ödəmək üçün yetərli deyildir. Belə 

ki,  ölkə üzrə anbarların həcmi cəmi 43 997 tondur, bu isə ölkə üzrə 1 il ərzində istehsal edilən 

meyə-tərəvəz,  üzüm  və  başqa  kənd  təsərrüfatı  məhsullarının  saxlanması  üçün  yerli  deyildir. 

Problemin  digər  tərəfi  ondan  ibarətdir  ki,  regionlarda  yerləşən  kənd  təsərrüfatı  məhsullarının 

saxlanması  üzrə  anbarlar  özəlləşdirildiyindən  onların  real  vəziyyəti  ilə  bağlı  tam  təsəvvür 

yoxdur.  Başqa  tərəfdən,  KTN-nin  monitorinqinə  görə,  regionlarda  yerləşən  anbarların 

vəziyyətinin  heç  də  qənaətbəxş  deyil.  Buna  görə  də,  KTN  də  yeni  anbarların  tikintisini  təklif 

edir. 

Aparılan  tədqiqatlar  göstərir  ki,  hal-hazırda  meyvə  və  giləmeyvə  saxlamaq  üçün  7876  anbar 



vardır. Onların ümumi tutumu 43 997 tondur. Bu anbarlar bütün mülkiyyət növlərini əhatə edir. 

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

22

 



 

Həmin  anbarlardan  yalnız  2-i  dövlət  mülkiyyətindədir.  Qalan  7874  anbar  özəl  mülkiyyət 

subyektləri  tərəfindən  idarə  edilir.  Dövlətin  sərəncamında  qalan  anbarların  həcmi  isə  cəmi  54 

tondur.  Səhmdar  cəmiyyəti  formasında  fəaliyyət  göstərən  anbarların  sayı  isə  cəmi  birdir  və 

tutumu  40  tondur.    Ölkənin  tələbatının  380  min  ton  olduğunu  nəzərə  alsaq  mövcud  anbarların 

tutumunun  bütün  tələbatın  cəmi  11  faizini  təşkil  etdiyi  aydınlaşır.  Bu  isə  o  deməkdir  ki,  kənd 

təsərrüfatı məhsullarının saxlanması imkanlarının genişləndirilməsi olduqca vacib məsələdir. 

 

Ölkənin  tələbatından  təxminən  2  dəfə  çox  meyvə  istehsal  edilməsinə  baxmayaraq  qış 



mövsümündə yerli meyvələr xarici meyvələrə nisbətən orta hesabla 2.5 dəfə baha satılır. Bunun 

ə

sas səbəbi isə, məhz meyvə  və tərəvəz məhsullarının böyük bir qisminin anbarların olmaması 



səbəbindən sıradan çıxmasıdır. Bu isə xarici məhsulların ölkəmizdə daha çox satılmasına və yerli 

istehsalçıların ziyan çəkməsinə səbəb olur. 

 

Kənd təsərrüfatı məhsullarının coğrafi yerləşdirilməsini təhlil edərkən aydın olmuşdur ki, kartof 



istehsalına  görə  Gəncə-Qazax  iqtisadi  rayonu  liderdir.  Kartof  istehsalının  60  faizi  bu  iqtisadi 

rayonun payına düşür. Belə ki, respublika üzrə istehsal edilən 999 343 ton kartofun 600 243 tonu 

məhz sözügedən rayonun payına düşüb. Kartofun 16,7 faizi isə Lənkəran iqtisadi rayonun payına 

düşür.  Bu  baxımdan,  kənd  təsərrüfatı  anbarları  inşa  edilən  zaman  kartof  istehsal  edən  əsas 

iqtisadi rayonlarda bu məhsulun yetişdirilməsi faktoru nəzərə alınmalıdır. 

 

Đ



qtisadi  rayonlar  arasında  tərəvəzin  yetişdirilməsinə  görə  Lənkəran  (23,6  faiz),  Gəncə-Qazax 

(16,8 faiz) və Quba-Xaçmaz (15,6 faiz) rayonları öndədir. Bu da həmin məhsulların saxlanması 

üzrə  kənd  təsərrüfatı  anbarlarının  yaradılması  zamanı  əsas  faktorlardan  biri  kimi  istifadə  edilə 

bilər. Đqtisadi rayonlar arasında bölgü isə belədir: 66,7 faizi Aran iqtisadi rayonunun,  7,2 faiz 

Lənkəran iqtisadi rayonunun və 6 faiz Gəncə-Qazax iqtisadi rayonun payına düşür. Göründüyü 

kimi,  iqlim  şəraiti  ilə  bağlı  olaraq  bostan  məhsulları  daha çox  Aran  iqtisadi  rayonunun  payına 

düşsə  də  tədqiqat  obyekti  olan  rayonlardan  ikisi ilk  üçlükdədir.  Bu  isə  həmin  rayonlarda  kənd 

təsərrüfatı anbarlarının inşasının iqtisadi əsaslandırmasını gücləndirir. 

 

Meyvə  (sitrus  meyvələri istisna  olunmaqla) yetişdirilməsinə  görə  Şəmkir  (59320  ton),  Xaçmaz 



(56811 ton), Göyçay (42449 ton) və Naxçıvan MR (37 039 ton) öndədir.  Bu isə o deməkdir ki, 

meyvənin 8,9 faiz Şəmkirdə, 8,6 faizi Xaçmazda, 6,4 faizi Göyçayın (əsasən nar yetişdirilməsi) 

və  5,6  faizi  Naxçıvan  MR-in  payına  düşür.  Đqtisadi  rayonlar  arasında  Gəncə-Qazax,  Quba-

Xaçmaz və Aran iqtisadi rayonu ilk üçlüyü təşkil edir. 



Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

23

 



 

 

Đ



qtisadi rayonların üzüm yetişdirilməsində Gəncə-Qazax liderliyi saxlayır. Belə ki, 2006-cı ildə 

istehsal edilən 94142 ton üzümün 28614 tonu bu rayonun payına düşür. Bu isə o deməkdir ki, 

üzüm 30,3 faizi sözügedən iqtisadi rayonunda yetişdirilir. Daha sonra Aran iqtisadi rayonu gəlir 

ki, həmin rayonda 2006-cı ildə 17988 ton üzüm istehsal edilib.  

 

 

 

 

Nəticə və Təkliflər 

 

Təhlillər  göstərir  ki,  son illər aqrar  sektorda  inkişaf  meyilləri  müşahidə  edilməkdədir.  Bununla 

belə,  kənd  təsərrüfatı  sektorunun  ÜDM-də  payı  kiçik  olaraq  qalmaqdadır.  Bunun  səbəblərdən 

biri  neft  sektorunun  inkişafı  nəticəsində  ÜDM-də  qeyri-neft  sektorunun  nisbi  payının  azalması 

ilə  bağlı  olsa  da  digər  səbəb  aqrar  sektorda  formalaşan  yeni  dəyərin  məbləğinin  az  olması  ilə 

bağlıdır.  Azərbaycanda  əmək  qabiliyyətli  əhalinin  40  faizə  yaxının  aqrar  sektorda  çalışmasına 

baxmayaraq  kənd  təssərrüfatının  ÜDM-də  payının  bir  rəqəmli  ədədlə  ifadə  edilməsi  məhz  bu 

istiqamətlərdə islahatların davam etdirilməsindən xəbər verir. Bu baxımdan aşağıdakı təkliflərin 

həyata keçirilməsini məqsədəuyğun hesab edirik; 

 

•  Subsidiyalar  məhsul  istehsalını  stimullaşdırmasi  üçün  fermerlərin  sahib  olduğu  əkin 



sahəsinə  görə  subsidiyaların  bölüşdürülməsi  mexanizmi  dəyişdirilməsi.  Hal-hazırda 

yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür, bu isə subsidiyalar 

ilə fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların 

həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin 

də əsas götürülməsi məqsədə uyğun hesab edilməlidir; 

 

•  Dolayı  subsidiyaların  tətbiqi  həyata  keçirilməsi.  Bu  zaman  ABŞ-da  olduğu  kimi  Kənd 



Təsərrüfatı  Nazirliyi  strateji  məhsullar  üzrə  qiymət  tavanı  müəyyənləşdirir  və  əkin 

mövsümündən sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda taxıl məhsulları 

üzrə  belə  qiymət  tavanı  müəyyənləşdirilə  bilər.  Bu  fermerlərə  öz  xərc  və  gəlirlərini 

qabaqcadan  hesablamağa  və  proqnozlaşdırmağa  imkan  verməklə  yanaşı  strateji 

məhsulların istehsalını artırar; 

 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

24

 



 

•  Taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərclərini müvafiq olaraq 1,5-2 dəfə 

artırması. Taxıl əkini üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat subsidiya 

verilsə,  bu,  onların  yanacaq  xərclərinin  tam  ödənilməsinə  imkan  yaradacaq.. 

Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu 

istiqamətdə olan xərclər tam ödənilər. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini 

ilə  məşğul  olan  fermerlərin  gəliri  xərcindən  çox  olsun.  Bu  məbləği  hesablayan  zaman 

dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınıb. Belə ki, bazarda taxılın qiymətinin 

ucuzlaşdığı halda onun istehsalına çəkilən xərc əsasən əvvəlki kimi qalıb; 

 

•  Subsidiyaların  verilməsinə  nəzarətin  gücləndirilməsi.  Azərbaycan  Respublikası  Maliyyə 



Nazirliyi  subsidyaların  verilməsində  nöqsanların  və  bir  sıra  rayonlarda  yerli  icra 

hakimiyyəti  orqanlarının  müdaxiləsinin  olduğunu  aşkara  çıxarıb.  Belə  nöqsanlar  məhz 

subsidiyaların əhəmiyyətini və onların aqrar sektora pozitiv təsirlərini azaldır. Buna görə 

də, subsidiyaların verilməsin nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə 

qaynar xəttin formalaşdırılmasına ehtiyac var; 

 

•  Subsidiyaların  verilməsi  üzrə  formalaşdırılan  komisiyalara  vətəndaş  cəmiyyəti 



üzvlərinin|ekspertlərin cəlb edilməsi. Tədqiqatlar göstərir ki, fermerlərin əkin sahələrinin 

və eləcə də strateji və ya staretji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi 

nöqsanlar  var.  Bir  sıra  hallarda  əkin  sahələrinin  həcmi  real  mövcud  olandan  daha  çox 

göstərilir,  bəzi  hallarda  starteji  məhsul  istehsal  edilməyən  sahə  strateji  məhsul  istehsalı 

kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb 

olur.  Vətəndaş  cəmiyyəti  nümayəndələrinin  komisiyalarının  tərkibinə  daxil  edilməsi  bu 

sahədə şəffaflığın güclənməsində yardım edə bilər; 

 

•  Kənd təsərrüfatı anbarlarının tikintisinin sürətləndirilməsi. Aparılan tədqiqatlar aşağıdakı 



iqtisadi  rayonlar  kənd  təsərrüfatı  anbarlarının  yaradılmasını  məqsədəuyğun  hesab 

etmişdir: 

1. 

Gəncə-Qazax iqtisadi rayonunda meyvələrin və eləcə də kartofun saxlanması üçün yeni 



anbarların tikintisi, 

2. 


Quba-Xaçmaz iqtisadi rayonunda meyvələrin saxlanması üçün anbarların inşası,

 

3. 



Lənkəran iqtisadi rayonunda tərəvəzlərin saxlanması üçün anbarların tikintisi,

 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

25

 



 

4. 


Abşeron iqtisadi rayonunda həm meyvə, həm də tərəvəzlərin saxlanması üçün anbarların 

inşası.


 

 

Tədqiqat zamanı əldə edilən nəticələr göstərir ki, kənd təsərrüfatı anbarların inşası ölkə daxilində 



qiymətlərin  stabilləşməsinə,  ərzaq  itkisinin  qarşısının  alınması  yolu  ilə  fermerlərin  gəlirlərinin 

artmasına,  ölkənin  idxaldan  asılılığının  aradan  qaldırılmasına,  ilboyu  təklif  edilən  kənd 

təsərrüfatı  məhsullarının  keyfiyyətinin  qorunmasına  və  ən  əsası  əhalinin  ərzaqla  etibarlı 

təminatına imkan verəcək; 

 

•  Kənd təsərrüfatı məhsullarının istehsalşılarına kənd təsərrüfatı texnikasının və gübrələrin 



lizinqlə verilməsi qaydalarına yenidən baxılması; 

 

•  Kənd  təsərrüfatı  məhsullarının  sığortalanması  mexanizminin  təkmilləşdirilməsi. 



Azərbaycanda  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  şəxslərə  verilən 

dövlət dəstəyinin artırılması məqsədilə «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması 

haqqında»  Azərbaycan  Respublikası  Qanununa  əlavə  və  dəyişiklərin  edilməsi  və 

sığortalanmasına  maliyyə  yardımı  göstərilən  kənd  təsərrüfatı  əmlakının  növlərini 

artırılması; 

 

•  Fermerlərin fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması. Tədqiqatlar göstərir ki, 



kənd  təsərrüfatının  inkişafına  maneə  olan  faktorlardan  biri  də  məhz  bir  sıra  dövlət 

qurumlarının  yersiz  müdaxilələridir.  Bu  baxımdan,  belə  müdaxilələrin  aradan 

qaldırılması aqrar sektorda azad biznesin inkişafına zəmin yarada bilər. 

 

 



 

© Sənəddən istifadə zamanı Đqtisadi və Sosial Đnkişaf Mərkəzinə istinad vacibdir. 

Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzi, Bakı, Azərbaycan Mart, 2010 

 

Yüklə 287,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin