Qlobalbirbaşainvestisiyalarıncəlbiüzrərəqabətkəskinləşir. Bu investisiyalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi sabitlik və maliyyə sabitliyi tələb edir. Qeyd olunan şərtlər mövcud olmadığı halda, ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yarana bilər. Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdıra bilər.
COVID-19pandemiyasıdünyaölkələrininiqtisadiyyatlarıüçünsəhiyyə,ərzaq təhlükəsizliyi və dayanıqlı məşğulluq çağırışlarını aktuallaşdırmaqdadır. Rəqəmsal texnologiyaların səhiyyə sisteminə tətbiqi nəticəsində çevik və təmassız tibb xidmətləri genişləndirilir və daha çox insan səhiyyə xidmətlərinə ucuz çıxış əldə edir. Yoluxucu xəstəliklərdən qorunma yalnız güclü səhiyyə sistemi və qabaqlayıcı tədbirlər hesabına mümkün deyil. Eyni zamanda insanların sağlam və adekvat qidalanması və bu əsasda tələb olunan immunitetin formalaşması vacibdir. Ölkələr həm ərzaq təchizatında yaranmış problemləri həll etmək, həm də ərzaq qiymətlərində yüksək qiymət dəyişkənliyindən sığortalanmaq üçün uzunmüddətli dövrə strateji ərzaq ehtiyatları yaradırlar. İqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarına da təsirsiz ötüşmür və xüsusilə də yeni ixtisasların yaranması, bir sıra ixtisaslara tələbin azalması əhalinin məşğulluğu sahəsində adekvat tədbirlər görülməsini şərtləndirir.
Rəqəmsaltexnologiyalarıntətbiqivəaşağıtəmaslıiqtisadisahələrininkişafıperspektivləriyüksəkbilikvəbacarıqlarıolaninsanresurslarınatələbiartırır. Bu ehtiyacların təmin olunması istiqamətində iki strateji xətt mövcuddur. Birinci strateji xətt müasir iqtisadiyyatın ehtiyaclarına cavab verən təhsilin yeni məzmununun
formalaşmasıdır. İkinci strateji xətt isə mövcud insan resurslarının yenidən kvalifikasiyası üçün ömürboyu təhsil imkanlarının yaradılmasıdır. Hər iki strateji xəttin paralel həyata keçirilməsi iqtisadi şaxələnmə və sürətli rəqəmsallaşma üçün faydalıdır.