QüDRƏTLİ DÖVLƏt və


İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcəkdir



Yüklə 0,53 Mb.
səhifə19/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcəkdir. İxracı asanlaşdırmaq üçün idarəetmə və institusional mexanizmləri tənzimləmə çərçivəsi təkmilləşdirilə- cəkdir. İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft/qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artmasına nail olunacaqdır.


    1. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivə


Əməkhaqları artırılacaq hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcəkdir. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum
əməkhaqları artırılacaqdır. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaqdır.
Özəl sektorda yeni yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaqdır. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcəkdir.
Bütün vətəndaşlar üçün ədalətli əhatəli sosial müdafiə sistemi qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcəkdir. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaqdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin