Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq vəeffektivməhkəməislahatlarıhəyatakeçiriləcəkdir. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcəkdir. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaqdır. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcəkdir. Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da
sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcəkdir.
Sahibkarlığadövlətdəstəyimexanizmlərinineffektivliyi,ünvanlılığıvəşəffaflığıgücləndiriləcəkdir. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.
Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyiyüksəldiləcək,idarəedilməsiyaxşılaşdırılacaqvəşəffaflığıartırılacaqdır. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi, maliyyə dayanıqlığı və rəqabət qabiliyyəti artırılacaqdır. İqtisadiyyatda dövlətin bilavasitə iştirakı optimallaşdırılacaq, strateji sahələr istisna olmaqla, dövlət mülkiyyətində olan aktivlərin mərhələli şəkildə özəlləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək ki, bu da dövlət resurslarına olan tələbatı və riskləri azaldacaqdır. Həmçinin özəlləşdirilməsi müəyyən müddət məqsədəuyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommersiyalaşdırılması və ya idarəetməyə verilməsi yolu ilə səmərəlilik göstəricilərinin daha da yaxşılaşmasına nail olunacaq.