Qadınlarıniqtisadiimkanlaraçıxışıyaxşılaşdırılacaqdır. Qadınların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq olunacaqdır. Qadınların uğurlu fəaliyyəti üçün peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirləri genişləndiriləcəkdir. Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 2021-ci ildəki 65,8%-dən 80%-ə çatacaqdır.
Şəhərləkəndarasındayaşayışstandartlarındakıfərqlərazaldılacaqdır. Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf mexanizmləri dövlət tərəfindən dəstəklənəcəkdir. Nəticədə, ümumi məhsul buraxılışında regionların xüsusi çəkisi 35%-dən 42%-ə çatdırılacaqdır.
Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə
Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaqdır.Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaqdır. Nəticədə, məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı 50%-ə çatdırılacaqdır.
Ölkədə ümumi təhsildə səriştəəsaslı məzmun tətbiq olunacaq, təhsil üzrəbeynəlxalq qiymətləndirmələrdə mövqe yaxşılaşdırılacaqdır. Təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaqdır. Ümumi təhsildə nəticəyönlü idarəetmə və maliyyələşmə sistemi qurulacaq, təmayüllərin və inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək, infrastruktur isə müasirləşdiriləcəkdir.
Peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti artırılacaqdır.Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi
artırılacaqdır. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaqdır.