SƏMİD BÖYÜKАĞА OĞLU ABBАSOV
1924-cü il təvəllüdlü.
Salyan rayonu,
Arbatan kənd sakini.
Ağаnın cəddi Sаlyаnı xilаs etdi!
1936-cı ildə Kür çayı möhkəm daşmışdı. Hamı danışırdı ki,
bu-gün, sabah Salyanı su basacaq. Mən o vaxt 2 saylı
beynəlmiləl məktəbin dördüncü sinfində oxuyurdum. Təxminən
aprelin axırı, mayın əvvəlləri idi. Məktəbdə xəbər yayıldı ki,
Kür indi tam daşacaq, Salyanı su basacaq. Hamı kimi biz də
Kürün sahilinə getdik. Doğrudan da, su bəndin son həddinə
çatmışdı. Gördük ki, bir dəstə yaşlı adamların əhatəsində bir
nurani kişi Kürün qırağına gəldi. Dedilər ki, bu Аğа Mirbаğır
аğаdır. Əgər o, Kürün qırağına gəlibsə deməli Kür daha Salyan
üçün qorxu törədə bilməz. Biz məktəblilər bir kənarda dayanıb
baxırdıq ki, görəsən Аğа Mirbаğır аğа nə edəcək ki, Kür daha
daşmayacaq.
Аğа Mirbаğır аğа əyilərək əlini suya toxundurdu və dodaq
altı nə isə deməyə başladı. Təxminən 10-15 dəqiqə o əlini suya
toxundurmuş halda saxladı. Sonra ayağa qalxdı və onunla gələn
ağsaqqallara bildirdi ki, «Arxayın ola bilərsiniz. Allahın köməyi
ilə elə bu gün su xeyli aşağı düşəcək».
Onun bu sözlərini orada olan bəzi hökumət adamları,
komsomolçular demək olar ki, istehza ilə qarşıladılar.
Ağsaqqallar isə çox böyük hörmətlə ona minnətdarlıq edərək
Аğа Mirbаğır аğа ilə məscidə tərəf getdilər.
Uşaq marağı ilə onun dediklərinin doğru olub-olmadığını
öyrənmək məqsədi ilə axşamüstü dəstə ilə Kürün qırağına
getdikdə gözlərimizə inanmadıq. Doğrudan da, su bənddən
demək olar ki, 40-50 santimetr aşağı düşmüşdü. Səhər-səhər
Аğа Mirbаğır аğаnın sözlərini istehza ilə qarşılayanlar isə
bəndin üstündə dayanıb təəccüblə gözlərini döyüb, bu ilahi
möcüzəyə baxırdılar. Bu hadisə bütün Muğan bölgəsində xalqın
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
127
Аğа Mirbаğır аğаya olan inamının, etiqadının birə min
artırmasının əyani şahidiyəm. O vaxtdan 70 ildən də artıq bir
vaxt ötməsinə baxmayaraq, Аğа Mirbаğır аğаnın nurani çöhrəsi
hələ də gözlərim önündədir.
RАMАZАN ŞİRАLI OĞLU ƏHMƏDOV
1950-ci il təvəllüdlü.
Həkim. Salyan şəhər sakini.
Yaxın qohumum Cahangir Xanmirzəyev təxminən 1965-ci
illərdə Аğа Mirbаğır аğа barədə bizə çox maraqlı bir söhbət edib
və elə vaxtdan Аğа Mirbаğır аğаya qarşı qəlbimdə böyük inam,
etiqad və ehtiram yarandı. Çox heyf ki, biz belə insanları vaxtsız
itirmişik.
Qohumum Cahangir Xanmirzəyev danışırdı ki, təxminən
1929-cu ildə gəmi ilə Bakıdan Salyana qayıdırmış. Çoxlu sayda
sərnişin olan gəmidə 3-4 nəfər rus millətindən olan mühəndis və
eyni zamanda Аğа Mirbаğır аğа da Salyana gəlirmiş. Gəmidə
olan hökumət adamlarından biri Аğа Mirbаğır аğаya sataşmaq,
onu sındırmaq, xalq arasında nüfuzdan salmaq məqsədi ilə
deyir: «Görürsən də, sən özünü savadlı sayırsan, ancaq biz adi
bir iş üçün rus mühəndislərini rayona dəvət edirik. Onlar
savadlı, sizlər isə savadsızsınız».
Çox ağıllı və təmkinli olan Аğа Mirbаğır аğа onun istehza
ilə dediyi sözləri eşitdikdə azacıq gülümsəyərək həmin şəxsə
deyir:
- Sən, həqiqətən də onların çox dərin bir savad sahibi
olduqlarını sübut etmək istəyirsənsə, qoy sənin təriflədiyin rus
mühəndisləri sadə bir suala cavab versinlər: - «Getdiyimiz
gəminin su tutumu nə qədərdir?»
Həmin şəxs Аğа Mirbаğır аğаnın sözlərini rus mühəndislərə
dedikdə onlar belə hesablama aparmağın qeyri mümkün
olduğunu bildirirlər.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
128
Onların cavabını eşidən Аğа Mirbаğır аğа gəmidəki əşya
yeşiyinin üstündə olan 10-15 santimetrlik bir kəndir ilə gəminin
hansısa hissəsini ölçür və onun su tutumunu deyir.
Rus mühəndisləri onun cavabına inanmadıqlarını bildirdikdə
Аğа Mirbаğır аğа onlara deyir:
- «İnanmırsınızsa, siz bunu gəminin kapitanından öyrənə
bilərsiniz».
Həmin şəxs Аğа Mirbаğır аğаnın təklifi ilə gəminin
kapitanını sərnişinlərin yanına dəvət edir və gəminin kapitanı
gəminin su basımının həqiqətən də, Аğа Mirbаğır аğаnın dediyi
qədər olduğunu təsdiq edir.
Rus mühəndisləri Аğа Mirbаğır аğаdan gəminin su basımını
necə təyin etdiyini ondan soruşduqda Аğа Mirbаğır аğа özünə
məxsus təmkinlə cavab verir:
- «Siz ki ali təhsilli mühəndissiniz. Belə sadə işləri isə
məndən öyrənmək istəyirsiniz? Sizə hələ çox oxumaq,
öyrənmək lazımdır».
Deyilənə görə, Аğа Mirbаğır аğаnı bisavad kimi xalqın
gözündən salmaq, onu hörmətsiz etmək istəyən həmin şəxs
sonralar Аğа Mirbаğır аğа ilə üz-üzə gəlməkdən belə
qorxurmuş. Çünki Аğа Mirbаğır аğа hansı biliyə malik
olduğunu ona əyani sübut etmişdi.
İMАNАLI HƏNİFƏ OĞLU SEYFULLАYEV
1926-cı il təvəllüdlü.
Salyan rayonu,
Noxudlu kənd sakini.
Ağа həm də həkim idi
Mənim lap gənc yaşlarımda dini bilikləri öyrənməyə böyük
marağım olub. O dövrlərdə bənna işləyən usta Şirin dini
bilikləri, islami dəyərləri yaxşı bildiyindən mollalıq da edərdi.
Mən dini bilikləri ondan öyrənmişəm. O özünün müəllimi olmuş
Аğа Mirbаğır аğа haqqında təxminən 1963-1965-ci illərdə
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
129
daima çox maraqlı söhbətlər edərdi. İndi mən yadımda qalanları
sizə danışacam:
- 1-ci söhbət: Usta Şirinin dediyinə görə Quran oxumaq,
ərəb dilini öyrənmək üçün Аğа Mirbаğır аğаnın evində olduğu
günlərin birində küçədən kim isə Аğа Mirbаğır аğаnı çağırdı.
Mən gənc olduğum üçün tez ayağa durub küçəyə çıxdım. Uca
boy bir adam idi. Çox görkəmli bir atla gəlmişdi. O, mənə Аğа
Mirbаğır аğаnı çağırmağımı xahiş etdi. Mən dərhal onun
xahişini yerinə yetirdim. Аğа Mirbаğır аğа küçəyə çıxdıqda
həmin şəxs atdan düşüb böyük hörmətlə onunla görüşdü və
bildirdi ki, bu atı Ağa üçün nəzir gətirib. Аğа Mirbаğır аğа onu
diqqətlə dinlədikdən sonra hansı səbəblərdən nəzir gətirdiyini
soruşdu. Həmin şəxs bildirdi ki, Xarabakənddən (indiki Neftçala
rayonundа Qırmızıkənd) gəlib. Onun atı ən yaxşı at cinsindəndir
və ətraf rayonlarda belə, sürətlə qaçmaqda məşhurdur. 14 yaşlı
yeganə oğlu atı minib çaparkən at hürkdüyündən çox uzaqlara
gedib. Həmin şəxs də Аğа Mirbаğır аğаnın cəddinə nəzir olaraq
bildirib ki, oğlum hürkmüş atın üstündə evə qayıtsın, atı Аğа
Mirbаğır аğаya nəzir aparacağam. Çox çəkmədən at və atın
üstündəki oğlu sağ salamat evə qayıdırlar. İndi də verdiyi sözə
uyğun olaraq atı Аğа Mirbаğır аğа üçün gətirib və Аğа Mirbаğır
аğа nəzir olaraq atı ondan qəbul etməlidir.
Аğа Mirbаğır аğа bildirib ki, indi mən sənin gətirdiyin atı
nəzir olaraq Аllah xətrinə qəbul edir və elə sənin özünə satıram.
Həmin şəxs bildirdi ki, bu at çox bahadır və mənim onu almağa
imkanım yoxdur.
Аğа Mirbаğır аğа həmin şəxsə bildirib ki, mən atı ucuz
satacam. Bu cavabdan sonra həmin şəxs bildirib ki, belə atın tayı
demək olar ki, yoxdur-atı qiymətdən salmaq olmaz. Çox
söhbətdən sonra Аğа Mirbаğır аğа atı 5 manata həmin adama
satıb. Yəni atı simvolik olaraq 5 manat qiymət qoymaqla
sahibinə qaytarıb. Halbuki o vaxtlar bazarda 3-4 manata qoyun
almaq olardı. Аğа Mirbаğır аğаnın sadə bir hərəkəti də böyük
məntiqi mənası olan məktəb idi.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
130
2-ci söhbət: Аğа Mirbаğır аğаnın çox nəfis formalı,
dördkünc, gümüş cib saatı var idi. Dediyinə görə, Nəcəfül-
Əşrəfdə tələbə olanda almışdı. Bir gün təsadüfən saat Аğа
Mirbаğır аğаnın əlindən yerə düşdü və çirkə bulaşdı. Аğа
Mirbаğır аğа bundan çox mütəəssir oldu, darıxdı və dedi: «Bu
saat mənim əlimdən düşməməli idi. Düşübsə, daha mənə gərək
deyil». Mən Аğа Mirbаğır аğаnın icazəsi ilə saatı yerdən
götürüb təmizlədim və özüm istifadə etməyə başladım.
Bənna olduğum üçün evlərdə iş də görürdüm. Bir gün rayon
prokuroru məni çağırdı və bildirdi ki, Həmid Sultanov üçün
hördüyün peçdən mənim üçün də hörməlisən. Onun evində peçi
hörərkən saatı gördü və mən bu saatın əvvəllər kimə məxsus
olduğunu bildirdim. Sonralar əmim oğlu ilə əlaqədar bir iş oldu
və həmin prokuror saatı məndən almaqla əmim oğluna aid işə
xitam verdi. Prokuror saatı rüşvət kimi yox, Аğа Mirbаğır
аğаnın yadigarı kimi məndən aldı. Hökumət adamı olmasına
baxmayaraq onda Аğа Mirbаğır аğаnın cəddinə çox möhkəm
inam var idi.
3-cü söhbət: Təxminən 1941-1942-ci illər idi. Аğа Mirbаğır
аğаnın Karaqandada vəfat etməsi xəbərini eşitdik. Salyan
dindarları şərti olaraq Аğа Mirbаğır аğа üçün hüzür verdilər. O
vaxtlar Bankə balıq sənayesində Boqdanov familiyalı bir rus var
idi. Rus olmasına baxmayaraq, Аğа Mirbаğır аğаya böyük
etiqad bəsləyən bir insan kimi tanınırdı. Azərbaycan dilində çox
təmiz danışardı. O, özü şəxsən Salyana gələrək Аğа Mirbаğır
аğаnın cümə axşamlarının birinin ehsanını verəcəyini bildirdi.
Bəzi dindarlar onun bu niyyətinə qarşı çıxdılar. O isə bildirdi ki,
«Mən rusаm, Аğа Mirbаğır аğа kimi müqəddəs bir insanı
tutduranlar, yalandan üzünə durub şərləyənlər isə öz
azərbaycanlılarınızdır». Dindarların etirazlarına baxmaya-raq,
Boqdanov Аğа Mirbаğır аğаnın cəddinə olan inamına görə
cümə axşamı iki araba diri balıq göndərdi. Bəli, Аğа Mirbаğır
аğа istər sağlığında, istərsə də dünyasını dəyişdik-dən sonra da
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
131
yaşından, vəzifəsindən, milliyyətindən asılı olmayaraq çox
insanların inam, güvənc yeri olmuşdur.
4-cü söhbət: Usta Şirin danışırdı ki, Аğа Mirbаğır аğа
Salyana qayıtdıqdan sonra başını qırxdırmaq üçün dəllək
dükanına gedir. Dəllək əlini isladıb Аğа Mirbаğır аğаnın başına
çəkdikdə o dəlləyin əllərinə baxaraq ona bildirir ki, səndə filan
xəstəlik var. Dəllək çox təəccüb etsə də Аğа Mirbаğır аğаnın
sözlərini təsdiq edir. Аğа Mirbаğır аğа dəlləyə hansısa müəyyən
dərmanları qəbul edərsə, tezliklə sağalacağını bildirir. Həqiqətən
də, Аğа Mirbаğır аğаnın təyin etdiyi dərmanları qəbul edən
dəllək tezliklə həmin xəstəlikdən sağalır.
R.S. Qırmızıkəndə gedib 92 yаşlı İslаm kişidən аt sаhibinin
kim olduğunu soruşduq:
- Hаcı Bаxış bizim аtlаrlа Qаrаbаğ аtını cütləşdirib istiyə
dаvаmlı аtlаr yetişdirirdi. Hollаndiyа, Frаnsа və digər yerlərdən
bu аtlаrı аlırdılаr.
HƏBİB ŞEYX MÖHSÜN OĞLU SƏFƏROV
1923-cü il təvəllüdlü.
Salyan rayonu, Yenikənd kənd sakini.
Ağаnın аtаmlа birlikdə şəkli vаr
Eşitdikdə ki, Salyan rаyon Ağsaqqallar Şurası Аğа Mirbаğır аğа
barəsində kitab hazırlayır, qəlbim böyük fərəf hissi ilə doldu.
Məlumat üçün bildirirəm ki, Аğа Mirbаğır аğа atamın çox yaxın
dostu və tələbə yoldaşı olub. Atam və Аğа Mirbаğır аğаnın 1887-ci
ildə Xorasanda çəkdirdikləri şəkil bizim nəsil üçün onların hər
ikisindən ən əziz bir xatirədir. Hər ikisi Nəcəfül-Əşrəfdə birgə təhsil
alıblar. Təhsillərini başa vurduqdan sonra onlara İraqda, İranda,
Lənkəranda qalıb işləmək təklif olunsa belə Salyana, öz el-obalarına
qayıdıblar. Salyana qayıtdıqdan sonra da onların dostluğu davam edib.
Atam Аğа Mirbаğır аğаnın elmini, savadını, bilik və bacarığını
həmişə çox yüksək qiymətləndirib. Onun barəsində çox maraqlı
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
132
söhbətlər edib. Atamın dediyinə görə, Аğа Mirbаğır аğа ilə tez-tez
görüşər, dini bilikləri öyrənənləri imtahan edərmişlər. Onun dediyinə
görə, kiminsə nigah kağızını almaq üçün Аğа Mirbаğır аğа ilə
Salyanda məscidə gedirmişlər. Yolda bir dəstə uşaq onların qarşısına
çıxır. Uşaqların əksəriyyəti böyük hörmətlə salam verir. Bir uşaq isə
onlara qarşı çox etinasızlıq edir. Atam soruşur ki, bu uşaqların
əksəriyyəti bizə çox hörmətlə salam verdi, yoldan çəkildi. Bu bir uşaq
isə bizə qarşı etinasızlıq göstərdi, yoldan çəkilmədi, özünü çox
yekəxana, ləyaqətsiz apardı, bunun səbəbi nədir? Аğа Mirbаğır аğа
cavab verir ki, «Bu uşaqların valideynlərinin kəbinini böyük halallıqla
mən kəsmişəm. O bir nəfər uşağın valideynlərinin kəbinini isə
əldəqayırma, bisavad, özündən müştəbeh bir molla kəsib. Nəticəsi də
göz qabağındadır».
Atam danışardı ki, elmin elə bir sahəsi yox idi ki, Аğа Mirbаğır
аğа mükəmməl biliyə malik olmasın.
Аğа Mirbаğır аğаdan sonra 1937-ci ilin noyabrında mənim atamı
da həbs etdilər. Çox heyf ki, belə dəyərli insanları çox tez itirdik.
Allah hər ikisinə rəhmət eləsin.
Məlumat üçün bildirirəm ki, 1998-ci ildə nəşr olunmuş «Yaddaşın
bərpası» adlı qəzetdə atam barəsində məlumat vardır. Orada qeyd
edilib ki, atam Şeyx Möhsün 1937-ci ilin noyabrında həbs edilib,
1938-ci il yanvarın 19-20-nə keçən gecə məhkəməsi olub, ona
güllələnmə hökmü oxunub. Məhkəmənin sədri erməni olub. 1938-ci il
martın 5-də güllələnibdir.
HАCI SАBİR İSMАYIL OĞLU CАVАDOV
1933-cü il təvəllüdlü.
Salyan rayonu, Yenikənd kəndi.
Ağа аğır xəstələrə şəfа verirdi
Mənim atam İsmayıl Cavad oğlu və anam Əsyabanu Məşədi
Ağacan qızı ərazidə tanınmış nəslin övladları olublar. Hələ uşaq
vaxtlarımdan valideynlərimdən Аğа Mirbаğır аğа barəsində çox
maraqlı söhbətlər eşitmişəm. Əlbəttə ki, o vaxtlar az yaşlı
olduğumdan edilən söhbətlərin çoxusunu unutmuşam.
Valideynlərim danışardılar ki, Аğа Mirbаğır аğа yaxın
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
133
qohumum Şeyx Möhsünlə Nəcəfül-Əşrəfdə təhsil aldığından
bizim ailəmizlə çox yaxın münasibətdə olub. Yeri gəlmişkən
onu da qeyd etməliyəm ki, Аğа Mirbаğır аğаnın yaxın
qohumum Şeyx Möhsünlə Xorasanda tələbə olarkən 1887-ci
ildə çəkdirdikləri şəkil hər ikisindən əziz bir xatirə kimi dayım
Həbib Şeyx Möhsün oğlu Səfərovdadır.
Аğа Mirbаğır аğаnın kəndimizdə ağır xəstə olan bir şəxsi
doşab içirtməklə sağaltması barədə olan söhbət bu gün də
kənddə Аğа Mirbаğır аğаya böyük ehtiram hissi ilə xatırlanır.
Mən çox fəxr edirəm ki, Salyan rаyon Ağsaqqallar Şurası
Аğа Mirbаğır аğа haqqında mükəmməl bir kitab hazırlanmasını
qərara almışdır. Mən el ağsaqqalı kimi bütün kəndimizin əhalisi
adından sizə ən səmimi minnətdarlığımı bildirirəm.
NUHBАLА NƏCƏFАLI OĞLU QƏMBƏROV
1911-ci il təvəllüdlü.
Salyan rayonu,
Yenikənd kəndi.
Hər gün onun ruhunа «Yаsin» surəsi oxuyurаm
İndi mən ömrümün ixtiyar çağlarını yaşayıram. Аğа
Mirbаğır аğа mənim atamla çox yaxşı münasibətdə olub və tez-
tez görüşürdülər. Atam danışırdı ki, Аğа Mirbаğır аğа kimi
hərtərəfli savadlı adamlar çox az olur. Mənim təxminən 13-14
yaşım olanda atamla Salyana getmişdik. Cümə məscidində
çoxlu adam yığılmışdı. Həmin gün Аğа Mirbаğır аğа məsciddə
moizə etdiyindən məscidin içərisi ilə yanaşı bayırda qapı tərəfdə
də çoxlu adam var idi. Mən ilk dəfə Аğа Mirbаğır аğаnı orada
gördüm və qəlbimdə ona qarşı böyük inam və etiqad yarandı. O
vaxtdan 70 ildən də artıq vaxt ötməsinə baxmayaraq, mən hər
gün axşam yatmamışdan əvvəl Аğа Mirbаğır аğаnın ruhuna
«Yаsin» surəsi oxuyuram. Sizin onun barəsində kitab
yazmağınızı isə səmimi qəlbdən alqışlayıram.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
134
MƏŞƏDİ YUNSUR
XАLİQ OĞLU ABDULLАYEV
1934-cü il təvəllüdlü.
Ruhani. Salyan rayonu,
Sarvan kənd sakini.
Mənim 1890-ci il təvəllüdlü babam Süleyman Səməd oğlu
təxminən 1950-ci illərdə Аğа Mirbаğır аğа haqqında söhbətlər
edərdi. O deyərdi ki, bu gün Salyanda hamının böyük məscid
kimi tanıdığı Hacı Tağının inşa etdirdiyi məscid Аğа Mirbаğır
аğаnın tövsiyəsi ilə tikilib və məscidin yerini də məhz Аğа
Mirbаğır аğа təyin edib. Onun dediyinə görə bu məscid 1919-
1920-ci illərdə inşa edilib. Babam demişdi ki, 1929-cu illərdə
Аğа Mirbаğır аğа bildirib ki, sovet hökuməti bizə dinclik
verməyəcək və Аzərbaycanın düşünən başlarını məhv etməyə
çalışacaq. Həqiqətən də çox çəkmir ki, 1930-cu ildə Аğа
Mirbаğır аğаnı həbs edirlər. Hətta iki nəfər onun sovet hökuməti
əlehyinə təbliğat aparması haqqında yalandan şahidlik edir.
Ağanın tələbələrindən Xıllıdan Kazımbala, Surradan Mircavad,
Qaraqaşlıdan Ağacavad, Salyandan Əlibəy Ağabəyov, Asif və
başqaları çox incidilsələr də, yalandan şahidlik etməyiblər.
Bizim Sarvan məscidində Аğа Mirbаğır аğаnın nəvəsi
Rahilə tərəfindən verilmiş onun vaxtı ilə oturduğu kreslo taxtı və
çərçivəyə salınmış foto şəkli qorunur. Məscidə gələn hər bir
şəxs Аğа Mirbаğır аğаnın stulunu və şəklini ziyarət etməyi
özünə borc bilir.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
135
HƏSƏNOV DАVUD ABDULHƏSƏN OĞLU
1919 cu il təvəllüdlü.
Salyan rayonu,
Şorsulu kənd sakini. Pedaqoq.
Mən Аğа Mirbаğır аğаnı ilk dəfə 1929-cu ildə kəndimizin
ağsaqqalı Məşədi Hümmətalı Hümmətovun vəfatının dördüncü
günü atam üçün yemək aparanda görmüşəm. Belə ki, o vaxt ev
sahibi hüzürə gələnlərə yemək vermirdi. Hər kəs üçün evdən
yemək gəlirdi. Аğа Mirbаğır аğа çox nurani görkəmli,
əmmaməli, əynində uzun ləbbadə məclisdə oruc və namaz
barədə söhbət edirdi. Mən uşaq olduğum üçün bir kənarda durub
qulaq asırdım. Yazın ortaları olduğu üçün hava çox xoş idi. Аğа
Mirbаğır аğа çox rəvan və məlahətli danışırdı. Hamı dərin sükut
içində ona qulaq asırdı. O, molla deyildi, din xadimi idi, alim
idi. Çünki molla kimi yox, sonralar institutda gördüyüm
professorlar, alimlər kimi, mən deyərdim ki, onlardan dа çox-
çox yüksək səviyyədə danışırdı. Onun söhbətindən yadımda
qalan o oldu ki, hamı daima halal zəhmətlə çalışmalı, xeyirxah
olmalı və gecə-gündüz oxuyub öyrənməlidir. Millətin tərəqqisi
elmdədir.
Аğа Mirbаğır аğаya qarşı hamıda böyük inam, etibar var idi.
O, mollalıq etmirdi. Sadəcə olaraq o, məclisə gələndə camaat
ondan söhbət etməyini xahiş edirdi.
Eyni kənddə yaşadığımızdan sonra dəfələrlə Аğа Mirbаğır
аğаnın mübarək üzünü görmək mənə qismət olubdur. O vaxtlar
komsomolun, kommunistlərin çox güclü olduqları bir vaxtda,
adamlara zorla Аllahın olmadığının təlqin etdikləri, bilet
verdikləri vaxtda xalqda Аğа Mirbаğır аğаya qarşı ilahi bir sevgi
var idi. Xalq ona müqəddəs varlıq kimi inanırdı.
1935-ci ildə mən Salyanda pedaqoji məktəbdə oxuyanda
demək olardı ki, əksəriyyətimizin komsomolçu olmağımıza
baxmayaraq, Аğа Mirbаğır аğа and yerimiz idi. Mən bir əsrə
yaxın ömür yaşamışam və bu gün çox fəxr edirəm ki, ömrümün
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
136
sonunda Аğа Mirbаğır аğа haqqında söz demək mənə də qismət
oldu. Deməli, yaşamağa dəyərmiş.
AĞАYEV MİRBÖYÜKАĞА SEYİDАĞА OĞLU
El ağsaqqalı. Neftçala rayonu,
Qaraymanlı kənd sakini.
Аğа Nərimаn Nərimаnovu xilаs edir
Mən o vaxtlar kəndimizdə yaşayan Şeyx İslamdan Аğа
Mirbаğır аğа haqqında çox söhbətlər eşitmişəm. Əsas yadımda
qalan isə Nəriman Nərimanovun Salyana gəlişi barədə olan
söhbətdir. O, danışırdı ki, Sovet hökumətinin təzə qurulduğu
illərdə Nəriman Nərimanov əhali ilə görüşmək üçün Salyana
gəlir və hansı məqamdasa allahsızlığı təbliğ edən söhbət aparır.
Belə hal çox dindar olan Salyan əhalisinin qəzəbinə səbəb olur
və Nəriman Nərimanovu Salyanda döymək istəyirlər. Аğа
Mirbаğır аğа vəziyyəti belə gördükdə Nəriman Nərimanovun
həm azərbaycanlı, həm də qonaq olduğunu nəzərə alaraq
əsəbləşən əhalini sakitləşdirmək üçün əbasını Nəriman
Nərimanovun çiyninə atır. Аğа Mirbаğır аğаnın əbasını
Nəriman Nərimanovun çiynində görən əhali Аğа Mirbаğır аğаya
böyük hörmət əlaməti olaraq sakitləşirlər. Danışırdılar ki,
sonralar Nəriman Nərimanov özü bu söhbəti çox danışıb
deyərmiş ki, Salyanda Аğа Mirbаğır аğаnın təkcə əbası bizim
bir çox dövlət xadimlərindən hörmətli və nüfuzludur.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
137
MƏMMƏD MUSА OĞLU ƏLİYEV
1925-ci il təvəllüdlü.
Neftçala rayonu,
Bankə qəsəbəsinin sakini.
Bütün Neftçаlаlılаr Ağаyа inаm bəsləyirlər
Neftçala rayonunun elə bir yaşayış məntəqəsi olmaz ki,
orada öz dövrünün dahi şəxsiyyəti olmuş Аğа Mirbаğır аğа
dərin hörmətlə xatırlanmasın. Kür çayı boyu kəndlərin əhalisi
isə Аğа Mirbаğır аğаnı öz nəsillərinin xilaskarı sayırlar. 1918-ci
ildə erməni terrorçu dəstələri Аğа Mirbаğır аğаnın dəvət etdiyi
türk qoşunu və ərazidən təşkil etdiyi könüllülər tərəfindən məhv
edilmişdir. Həmin dövrdən 80 ildən də artıq bir vaxt ötməsinə
baxmayaraq, Аğа Mirbаğır аğаnın şücaəti bütün məclislərdə
böyük minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda xalq
böyük şəxsiyyətin təyin etdiyi dini ayinlərə, xüsusən də əza
məclislərində ehsanın əzа məclisinin 4-cü günü verilməsinə
dəqiq əməl edir. Böyük dini bilici alim, filosof olan Аğа
Mirbаğır аğа bunun Həzrəti Peyğəmbərimizin əmisinin şəhadəti
ilə sıx əlaqəli olduğunu mənəvi dəyərlərə əsaslandıraraq elmi
sürətdə sübut etmişdir. Belə ki, döyüşdə şəhid olan Həzrəti
Peyğəmbərimizin əmisi Həmzə şühədanın cəsədini döyüş
meydаnındаn götürməyə imkan olmur və cəsəd üç gün
meydanında qalır. Məhz 4-cü gün Həmzeyi şühədanın cəsədi
döyüş meydanından götürülərək dəfn olunur. Həzrəti
Peyğəmbərimizin bununla əlaqədar dediklərini əsas götürərək
Аğа Mirbаğır аğа ehsanın əza məclisinin 4-cü günü verilməsini
tövsiyə etmiş və buna bu gün də əməl edilir.
Dostları ilə paylaş: |