ƏKRƏM MƏLİK OĞLU MURАDOV
1928-ci il təvəllüdlü.
Salyan şəhər sakini.
Ağа Sаlyаnı qırğındаn qurtаrdı
Təxminən mənim 9-10 yaşım olardı. Anamla birlikdə bazara
gedirdik. Köhnə hərbi komissаrlığın yanında, o vaxtlar
komendatura var idi. Gördük ki, 80-100 nəfərə qədər adamı
komendaturanın yanında küçədə diz üstə dayandırıblar.
Qonşumuz Аğа Mirbаğır аğа da orada idi. Birinci cərgədə diz
üstə dayanmışdı. Mən onu görcək anama dedim və biz çəkilib
bir az kənarda dayandıq. O vaxtlar rayonda hamının yaxşı
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
113
tanıdığı milis işçisi Qara, NKBD-nin agenti Ağadadaş,
Ağadadaşın qardaşı Rüstəm və bir neçə nəfər də başqa
adamlar... Sonra onları təxminən saat 10-da indiki
prokuroturanın yerində olan gəmi pristanına apardılar.
Аğа Mirbаğır аğа mənim atamla və əmimlə çox yaxın dost
olublar. Sonra atam danışardı ki, NKBD işçiləri olan Ağadadaş
və Rüstəm qardaş olmalarına baxmayaraq xasiyyətdə çox fərqli
imişlər. Rüstəm deyilənə görə Аğа Mirbаğır аğаya həddən çox
inanırmış. Elə onun nəticəsidir ki, 1937-ci ildə Аğа Mirbаğır аğа
cibindəki, içərisində 82 ədəd qızıl imperial olan kiçik kisəni
evinə verməyi məhz NKBD işçisi olan Rüstəmə etibar etmişdir.
Tutduğu vəzifənin məsuliyyəti və həddən artıq gərgin bir dövr
olmasına baxmayaraq, Rüstəm ona verilən düyünçəni sonralar
Аğа Mirbаğır аğаnın ailəsinə təqdim etmişdir.
Mənim atam Məlik tacir olub. 10-12 xarici dildə sərbəst
danışırmış. Sonralar Аğа Mirbаğır аğаdan dini təhsil alıb.
Rüstəmin Аğа Mirbаğır аğаnın verdiyi düyünçəni öz arvadı
ilə birlikdə Аğа Mirbаğır аğаnın arvadı Mirbəyimə verməsini
Rüstəmin arvadı atama danışarkən eşitmişəm. Rüstəm deyilənə
görə sonralar da Аğа Mirbаğır аğаnın ailəsinə gizlincə çox
köməkliklər etmişdir.
Atam danışırdı ki, 1918-ci ildə Аğа Mirbаğır аğаnın dəvəti
ilə türklər ermənilərlə vuruşmaq üçün Salyanda olanda bizim
evdə qalıblar. Bizim evimiz ikimərtəbəli 16 otaqdan ibarət
böyük mülk idi. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, Аğа
Mirbаğır аğаnın atası Zeynalabdin babam Hacı Ələkbərlə çox
möhkəm dost olub. Çox yaxın dost olan hər iki ailə bir-biri ilə
sıx əlaqə saxlayıblar. Atamın dediyinə görə Аğа Mirbаğır аğа
İraqda təhsil alarkən babam Hacı Ələkbər dəfələrlə onun üçün
pul göndərib. Valideynləri rəhmətə getdikdən sonra bu dostluğu
övladları davam etdiriblər.
Türk qoşununun böyükləri Ramazan paşa, Tələt paşa,
Vəlhəd paşa, Ömər paşa və Soltan paşa barədə atam çox
söhbətlər edərdi. Babam Hacı Ələkbər o vaxtlar türk qoşununa
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
114
və Salyanın könüllülər dəstəsinə çox köməklik göstərib. Əmim,
tacir Hacı Məmmədqulu da öz köməyini əsirgəməyib. Yeri
gəlmişkən onu da qeyd etməliyəm ki, türklər Salyanda olarkən
əmim Hacı Məmmədquluya oğlu olması xəbərini verirlər. Türk
qoşununun başçılarından olan Ramazan paşa da bu xəbərdən
çox sevinir və uşağa öz adını qoyur. Həkim, sonralar isə gözləri
tutulduğu üçün «Kör Ramazan» kimi tanınan əmim oğlunu
Salyanda yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar.
Repressiya bizim ailədən də yan keçmir. 1930-cu illərdə
atamın bütün əmlakını müsadirə edirlər. Bütün var-dövləti
əlindən çıxan atam savadlı olduğu üçün daha da sıxışdırılıb.
Ailəni yaşatmaq üçün malakeş kimi işləyib. Аğа Mirbаğır аğа
1937-ci ildə həbs olunduqdan sonra atam çox xiffət çəkirdi və
cəmi iki il sonra 1939-cu ildə 65 yaşında qəflətən vəfat etdi.
Mən Аğа Mirbаğır аğаnı son dəfə gördüyüm vaxtdan 70 il
keçsə də, onun nurlu çöhrəsi hələ də gözlərim önündədir.
KƏRİMOV SАHİB BАBА OĞLU
1923-cü il təvəllüdlü. Pedaqoq.
Salyan rayonu Şorsulu kəndi.
Mən onun sаyəsində yаşаyırаm
Atam Kərimov Baba Ramazan oğlu Аğа Mirbаğır аğа ilə
çox yaxın dost olub. Mən 6-7 yaşlarımdan atamla Аğа Mirbаğır
аğаgilə çox getmişəm. Atam əkinçilik işlərini yaxşı bildiyindən
ona köməklik göstərərdi. O, 1930, 1933-34-cü illərdə həbsdə
olanda da, atam onun torpaqlarını əkib becərirdi. 1933-cü ildə
həbsdən qayıtdıqdan sonra onun atamla dostluğu daha da
möhkəmləndi. O, çox əliaçıq, səxavətli bir adam idi. Kimin
əkməyə toxumluq taxılı olmasaydı, o, təmənnasız taxıl verərdi.
Öz sahələrindən yığılan taxılın çoxunu imkansızlara paylayardı.
Onun ərzaqla dolu zənbilləri, xüsusən də bayram ərəfəsində
axşamlar kasıbların evinə apardığının şahidi olmuşam və hətta
1934-1936-cı illərdə mənim 13-14 yaşım olanda zənbil
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
115
aparmağa dəfələrlə kömək də etmişəm. Yeri gəlmişkən, onu da
qeyd etməliyəm ki, adımı da Аğа Mirbаğır аğа qoyub və
sonralar sağlamlığımın qorunmasında, mənim bir vətəndaş kimi
yetişməyimdə, elmə marağımda onun əvəzsiz xidmətləri olub.
Çox səliqəli geyinərdi. Süd məhsullarını, ət xörəkləri və
plovu çox xoşlayаrdı.
Mən uşaq olanda tez-tez burnumdan qəflətən qan axardı. Bir
dəfə Аğа Mirbаğır аğаgilə getmişdik. Toyuq bişirmişdilər.
Yemək yediyimiz vaxt yenə mənim burnumdam qan axmağa
başladı. O, bunu görcək tez ayağa durdu və toyuğun sümüklərini
yığıb yandırmağa başladı. Sonra o yanmış sümükləri həvəngdə
əzdi və tozunu burnumun içərisinə sürtdü. Bildirdi ki, bundan
sonra Sahibin burnuna yumruq vursanız da qanamayacaq. Mən
çox təəccüb edirdim. Çünki atam məni çox həkimlərə
göstərmişdisə də heç bir nəticəsi olmamışdı, indi yanmış toyuq
sümüyü mənə əlac olacaqdı. Doğrudan da, o vaxtdan 75 ildən də
çox vaxt ötməsinə baxmayaraq burnum bir dəfə də olsun
qanamayıb. Sonra mən özüm institutda kimya-bialogiya
fakültəsində oxuyanda mənə məlum oldu ki, Аğа Mirbаğır аğа
bütün elmləri çox dərindən bilirmiş.
Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, mənim atamın 12
övladı olub. Hamısı da ölüb. Atam vəziyyəti belə görcək Аğа
Mirbаğır аğаya bir qoyun nəzir aparır. O, atama deyir ki, sənin
bir oğlun olacaq, adını da mən qoyacam və çox uzun bir ömür
yaşayacaq, sənin nəslinin davamçısı olacaq. Gördüyünüz kimi
mən sax-salamatam, adımı da həqiqətən Аğа Mirbаğır аğа
qoyub. Аğа Mirbаğır аğа 1937-ci ildə tutulanda mənim 14
yaşım var idi. Müharibə illərində mən kənd sovetində
işləyirdim. Çox adamlar onun ailəsindən qaçıb gizlənirdilər.
Mən isə Аllah şahiddir ki, onun ailəsinə açıq-aşkar və hərtərəfli
kömək etmişəm.
Atamın Аğа Mirbаğır аğа ilə olan dostluğunu mən çox
yüksək qiymətləndirirəm. Sonralar xalam oğlu Şərif müəllim
Аğа Mirbаğır аğаnın qızı Sara ilə ailə qurdu, məndə xalam qızı,
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
116
Şərif müəllimin bacısı Şirvanla evləndim. Yəni qohumluq
əlaqələrimiz daha da möhkəmləndi.
YOLÇUYEVА XАNIM ƏMƏN QIZI
1910-cu il təvəllüdlü.
Salyan şəhər sakini.
Kəbinimi Аğа kəsib
Mən 1910-cu ildə anadan olmuşam. Hal-hazırda 97 yaşım
var. Mən gənc bir qız ikən 1924-cü ildə Ələkbər adlı bir oğlana
nişanlandım. 1926-cı ildə atam bizi Аğа Mirbаğır аğаnın evinə
gətirdi və orada bizim kəbinimiz kəsildi. O vaxtlar ən etibarlı, ən
şərafətli kəbin Аğа Mirbаğır аğаnın kəsdiyi kəbin sayılırdı.
Həmin vaxtdan 80 il ötməsinə baxmayaraq Аğа Mirbаğır аğаnın
surəti hələ də gözlərim önündədir. Başında göy rəngli
əmmaməsi var idi. Əbasının da rəngi göy idi. Orta boylu nurani
görkəmli olan Аğа Mirbаğır аğа aramla danışırdı. Sonralar mən
onu dəfələrlə elə həmin görkəmdə görmüşəm.
Təxminən 4-5 il sonra eşitdik ki, Аğа Mirbаğır аğаnı
tutublar. Sonralar atam danışırdı ki, Stalinə yazıblar, o da Аğа
Mirbаğır аğаnı həbsdən buraxdırıb. Ailə qurduğumuzdan
təxminən 10-12 il keçmişdi və eşitdim ki, Аğа Mirbаğır аğаnı
həbs ediblər. Аğа Mirbаğır аğа tutulandan iki il sonra bir oğlum
oldu. Adını Ədalət qoyduq. Sonra ərim müharibəyə getdi,
qayıtmadı, «qara» kağızı gəldi. O ərəfələrdə Аğа Mirbаğır
аğаnın da güllələnməsi xəbərini danışırdılar. Mən isə həyatımı
tək oğlumu böyütməyə həsr etdim.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
117
NUHİYEV АĞАCАN RÜSTƏM OĞLU
1910-cu il təvəllüdlü.
Salyan şəhər sakini.
Həttа xristiаn zаbitlər Аğаyа hörmət edirdi
Mən Аğа Mirbаğır аğаnı ilk dəfə 1930-cu ildə Bakıda xüsusi
komendaturada dustaqların üstündə nəzarətçi olduğum vaxt
görmüşəm. Belə ki, mən 1930-cu ildə iyirmi yaşım olanda hərbi
xidmətə çağrıldım. Çox qapalı bir yerdə, haradasa Bakının Qız
qalasının 3-4 kilometrliyində NKBD-nin türməsində dustaqlara
nəzarət edirdik. Orada ancaq rus dilini bilənləri əsgərlikdə
saxlayırdılar. Heç kimlə danışmağa, işarə etməyə icazə yox idi.
Dustaqlarla bir kəlmə danışan əsgəri yerindəcə güllələyirdilər.
Komandirimiz Pyotr Aleksandroviç deyilən adam idi.
Familiyasını unutmuşam. 1932-ci ilin əvvəlində orada
işləyənlərdən biri məni kazarmaya çağırıb haradan olduğumu
soruşdu. Sən demə o mənim Salyandan olduğumu bilirmiş. O,
mayor idi və mənə bildirdi ki, mən də Salyandan boyaqçı
Məmmədəlinin oğluyam. Sonra o, mənə dedi ki, hər gün
türmədə gördüyün ağ saqqallı, ləbbadəli kişi də Salyandandır -
Аğа Mirbаğır аğаdır.
Düzü, mən onun adını eşitsəm də kim olduğunu, nə üçün
tutulduğunu bilmirdim. Heç kimdən də heç nə soruşmaq
olmazdı. Bir kəlmə sözə görə adamı ya güllələyirdilər, ya da
Sibirə, gedər-gəlməzə göndərirdilər.
Mən 1930-1933-cü illərdə dustaqların üstündə nəzarətçi
olduğum illərdə Аğа Mirbаğır аğа NKBD-nin qapalı türməsində
olduğunu öz gözlərimlə görmüşəm. 1933-cü ilin əvvəlində məni
kursa oxumağa göndərdilər. 5-6 ay sonra qayıdıb gələndə Аğа
Mirbаğır аğа orada yox idi. Həmin salyanlı mayor mənə
sonralar danışdı ki, Аğа Mirbаğır аğа xəstə olanda rus
komandirimiz xristian olmasına, qorxulu yerdə belə işləməsinə
baxmayaraq Ağaya hörmət əlaməti olaraq böyük risk edərək öz
puluna Аğа Mirbаğır аğа üçün dava-dərman alıbmış. Mən
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
118
kursdan qayıdanda həmin komandir də orada yox idi və onun
sonrakı taleyi heç kimə məlum olmadı. Allah bilir Аğа Mirbаğır
аğа üçün dava-dərman aldığınа görə başına nə bəla gəldi. Bizim
hərbi hissə rəsmi olaraq sənədlərdə 129-cu Bakı nişancı аlayı
sayılırdı. Diviziyanın komandiri Konbay Vəzirov, polkun
komandiri isə Mehdiyev Mehdi idi. Mən bunları 1934-cü ildə
zabit-məktəbinə oxumağa gedəndə bildim. Bizə gələn məktublar
da həmin hərbi hissənin ünvanına gəlirmiş. Özümüz isə NKBD-
nin qapalı türməsində xidmət edirdik. Bütün bunları mən çox
sonralar, müharibə vaxtı başa düşdüm.
Camaat indi danışır ki, guya 1930-1933-cü illərdə Аğа
Mirbаğır аğа Sibirdə olub. Bu düz deyil. O, 1930-1933-cü ilin
ortalarına qədər Bakıda, mənim xidmət etdiyim NKBD-nin
qapalı türməsində olub. Ola bilsin ki, camaatı aldadaraq onun
guya Sibirə göndərildiyni deyiblər. Allah şahiddir ki, Аğа
Mirbаğır аğа həmin vaxt mən əsgərlikdə olduğum qapalı
türmədə olub. Onun mərd, məğrur, nurani görkəmi, türmənin
bağlı həyətində aramla gəzməsi indi də gözlərim önündədir
ƏMRАHOV ƏLİMƏHƏMMƏD
MƏŞƏDİ İBRАHİM OĞLU
1928-ci il təvəllüdlü.
Salyan “Cəngi” milli nəfəsli
orkestrinin bədii rəhbəri,
beynəlxalq musiqi festifallarının laureatı.
Sаlyаn şəhər sakini.
Adımı Ağа qoyub
Atamın çox övladı olub. Lakin hamısı elə kiçik yaşlarında
ölüblər. Bundan atam çox pəjmürdə olur və 1927-ci ildə xalqın
inam yeri olan Аğа Mirbаğır аğаya öz dərdini danışır. Atamla
çox yaxın münasibətdə olan Аğа Mirbаğır аğа onа məsləhət
görür ki, bir ədəd heç bir nöqsanı olmayan qurbanlıq qoç alsın,
bişirib paylasın, sümüklərini isə dua yazmaq üçün Аğа Mirbаğır
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
119
аğаya versin. Çox diqqətlə dinləyən atam soruşur ki: - Bəs nə
üçün qurbanlıq nöqsansız olmalıdır?
Аğа Mirbаğır аğа bildirir ki, əgər kəsilən qurbanlıqda
nöqsan olarsa, doğulan uşaqda da nöqsan olacaq.
Atam onun dediklərini icra edir. Təkrar olaraq atam Аğа
Mirbаğır аğаnın yanına gedir. Аğа Mirbаğır аğа müəyyən dini
ayinləri icra etdikdən sonra atama bildirir ki, gələn il bir oğlun
olacaq və uzun ömür yaşayacaq. Ondan sonra bir oğlun da
olacaq. Ancaq o uzun ömürlü olmayacaq. Bu gün faktdır ki,
həqiqətən də Аğа Mirbаğır аğа görücü bir insan olub. 1928-ci
ildə mən dünyaya gəlmişəm. Adımı da Аğа Mirbаğır аğа o
vaxtlar Nəcəfül-Əşrəfə oxumağa getmiş oğlu Məhəmmədin
şərəfinə Əli Məhəmməd qoyub. Məndən sonra olan qardaşım
isə Аğа Mirbаğır аğаnın dediyi kimi çox da uzun ömürlü
olmayıb. Gənc yaşlarında vəfat edib.
Ömrümün ixtiyar çağlarında mən özümü yenə də Аğа
Mirbаğır аğаnın övladı sayır və onun adına layiq yaşamağa
çalışıram. Valideynlərimlə birlikdə həmişə Аğа Mirbаğır аğа
üçün də «Yasin» oxutdururam.
ŞÖVKƏT QULАM QIZI AXUNDOVА
1926-cı il təvəllüdlü.
Salyan rayonu,
Şorsulu kənd sakini.
Həmişə аnd yerimiz Аğа olub
Biz kənddə Аğа Mirbаğır аğаnın qonşusu olmuşuq. Onun
qızları Sura və Sara məndən yuxarı sinifdə oxuyurdular. 1936-cı
ildə mənim 10 yaşım var idi. Anamın gözləri çox bərk ağrıyırdı
və məni göndərdi ki, get Аğа Mirbаğır аğаya dua yazdır,
gözlərim sağalsın. Mən də yüyürə-yüyürə bəndin üstü ilə onların
evinə getdim. Uşaq olmağımıza baxmayaraq hamımız Аğа
Mirbаğır аğаnı müqəddəs bir insan kimi tanıyırdıq. Mən elə
yüyürə-yüyürə bir başa evə girdim və Аğа Mirbаğır аğаya
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
120
dedim ki, anamın gözləri ağrıyır, ona görə gələ bilmədi. Məni
göndərdi ki, dua yazsın, gözləri аğrıdаn tez sağalsın. Аğа
Mirbаğır аğа hansısa kitaba baxdı və məndən anamın anasının
adını soruşdu. Özümü itirdiyimdən nənəmin adını deyə
bilmədim, Аğа Mirbаğır аğа mənə dedi: - get öyrən gəl. Mən tez
evə gedib nənəmin adını öyrəndim, gəldim və Аğа Mirbаğır аğа
dua yazıb mənə verdi. 1-2 gündən sonra anamın gözləri sağaldı.
1937-ci ilin yazında Аğа Mirbаğır аğаnın həbs olunması
xəbərini eşitdim və çox kədərləndim. Çünkü o, hamının ümüd,
inam yeri, dayağı idi. Onun barəsində hər birimizin qəlbində xoş
xatirələr qalmışdır və bu gün də and yerimizdir.
HİDАYƏT BİLАL OĞLU ZÖHRАBOV
1929-cu il təvəllüdlü.
Salyan şəhər sakini.
Təsаdüfi görüş
Bildiyiniz kimi, VIII əsrdən ta XX əsrin 70-ci illərinə qədər
Kür çayında gəmilər müntəzəm olaraq yük və sərnişin
daşıyırdılar. Daha dəqiq desək, Kür çayından su nəqliyyatı üçün
geniş istifadə olunurdu. Mən uşaq olan vaxtlarımda, təxminən
1935-1937-ci illərdə Bakıdan xalamgil bizə, Salyana, «Bakinski
paraxod» deyilən gəmi ilə gələrdilər. Mənim 7-8 yaşım olanda
yəni 1937-ci ildə xalamgil məni də özləri ilə gəmidə Bakıya
apardılar. İndiki Prokuraturanın yerində gəmilər dayanırdı və
bura el arasında «gəmi pristаnı» deyərdilər. Biz gəmiyə minən
vaxtda orada çoxlu silahlı adamlar vardı. Danışırdılar ki,
dustaqları aparırlar. Gəmiyə dustaqları mindirəndə adamları
pristаnın həyətindən çıxardılar. Bir müddət keçdikdən sonra bizə
də gəmiyə minməyə icazə verdilər. Xalamgil pıçıltı ilə
danışırdılar ki, NKBD Аğа Mirbаğır аğаnı da tutub və onu da bu
gəmi ilə Bakıya aparırlar. Gəmi yola düşdü və təxminən 10-15
dəqiqə sonra Salyanın «Qasım suatı» deyilən ərazisində qəflətən
dayandı. Nə qədər çalışsalar da gəmi yerindən tərpənmirdi.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
121
Buksir gəmisi də bizim gəmimizi dartıb qumdan çıxara bilmədi.
Hərbiçilər və gəmi sürənlər bərk təşvişə düşmüşdülər. Onlar öz
aralarında nə isə qısa məsləhətləşmə aparandan sonra, gəminin
aşağı anbarından silahlı adamların müşaiəti ilə bir nəfər orta
boylu, nurani sifətli ağsaqqal bir kişini gətirdilər. Xalamgil
dedilər ki, Аğа Mirbаğır аğаdır.
Xalamgilin Аğа Mirbаğır аğа dediyi şəxs bir qədər sakit
dayandıqdan sonra xeyli vaxt «Qasım suatı» tərəfə baxdı. Sonra
isə əllərini göyə qaldırıb nə isə dua etməyə başladı. Mən azyaşlı
olduğum üçün çox diqqətlə baxırdım ki, görəsən bu kişi nə üçün
belə edir. Çox çəkmədi ki, bayaq gəmiçilərin və buksirin səyi ilə
qumdan çıxmayan, ilişib qalmış gəmi sanki gözəgörünməz ilahi
bir qüvvənin köməyi ilə axına qarşı xeyli dalı-dalı getdi və
axınla üzməyə başladı. Həmin dəqiqədə onu silahlı adamlar
yenə aşağıya, gəminin anbarına apardılar. Silahlı adamlarla
əhatə olunmasına baxmayaraq həmin şəxsin çox məğrur
görkəmi var idi. Təsəvvür edin ki, həmin vaxtdan təxminən 70 il
ötməsinə baxmayaraq Аğа Mirbаğır аğаnın nurani çöhrəsi
gözlərim önündədir. Çox sonralar isə eşitdim ki, bu Аğа
Mirbаğır аğаnın Salyandan son gedişi imiş. Talehin istehzasına
bax ki, Аğа Mirbаğır аğаnın adını tarixdən silmək istəyənlərin
adları tarixin küllüyündə itib batdı, Аğа Mirbаğır аğаnın adı isə
bu gün də insanların and yeridir.
SАDIQOV АĞАLАR MİRNАDİR OĞLU
Sаlyаn şəhəri sаkini
Аğаnın аdı hələ də аlimlərin dillər əzbəridir
Qаrаbаğ mühаribəsində, 1991-ci ildə mühаsirəyə düşərkən
nəzir etdim ki, sаlаmаtlıq olsun. Məşhəd ziyаrətinə gedərəm.
Mühаribədən sonrа Məşhəd ziyаrətinə gedərkən orаdа imtаhаn
verib oxumаq qərаrınа gəldim.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
122
Məşhəd şəhərində bir evdə qonаq oldum. Ev sаhibi ixtiyаr
bir аğsаqqаl idi. Onunlа söhbətimiz tuturdu. Çünki elm аdаmı
idi, ruhаni idi. Biləndə ki, Sаlyаndаnаm, bizim üçün dаnışdı ki,
bаbаm Аğа Mirbаğır аğа ilə birlikdə Nəcəfül-Əşrəfdə təhsil аlıb.
«Çox böyük elm sаhibi olub, sizin həmyerliniz. «Qərineyi-
ictihаd» аdını hər аdаmа vermirlər».
Аğа Mirbаğır аğаyа görə mənə və yoldаşlаrımа çox hörmət
etdilər. Fikirləşirəm ki, yаxşılıq, hörmət, elmli olmаq və digər
müsbət xüsusiyyətlər necə gözəl işdir ki, аxirət аzuqəsindən
əlаvə, bu dünyаdа dа izsiz qаlmır.
Bunа görə də mən özümü Аğаyа borclu bilirəm. Bu bir
dəlildir ki, Аğа dünyаsını dəyişibsə də, bizə dəyən xeyri heç
vаxt аzаlmаyıb.
ƏLİYEV QƏHRƏMАN EYNАL OĞLU
1923-cü il təvəllüdlü.
Salyan rayonu,
Ərəbqardaşbəyli kənd sakini.
Atаm ermənilərlə vuruşub
Mənim atam Eynal kişi danışırdı ki, 1918-ci ildə ermənilərin
hücumundan əvvəl xalq arasında böyük nüfuz sahibi olan Аğа
Mirəşrəf аğа və Аğа Mirbаğır аğа kəndə gəldi. Xalqı bir yerə
topladılаr:
- Əziz həmyerlilərim. Bildiyiniz kimi yurdumuz
təhlükədədir. Ermənilər buranı viran qoymaq istəyirlər. İndi
qeyrət vaxtıdır. Biz nəyə qadir olduğumuzu onlara
göstərməliyik. Yurdumuzu qorumalıyıq. Kim özünü kişi sayırsa
düşmənlə vuruşa gəlsin. Bura erməni ayağı dəyməməlidir. Əgər
onlar buraları dağıtsalar, daha bizim özümüzə kişi deyib
başımıza papaq qoymağa haqqımız yoxdur. Ermənilərə qаrşı
cihаd elаn edirik!
Аğа Mirbаğır аğаnın sözü hamıya təsir etdi və kənddən
çoxlu adam onun dəstəsinə qoşuldu. Əgər Аğа Mirbаğır аğа
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
123
olmasaydı, bu kəndlərin hamısı məhv olacaqdı. Mən fəxr edirəm
ki, atam Eynal da Аğа Mirbаğır аğаnın könüllülər dəstəsində
torpağımızı ermənilərdən qoruyanlardan biri olub.
ŞƏRQİYYƏ MƏCİD QIZI SƏFƏROVА
1928-ci il təvəllüdlü.
Salyan rayonu,
Ərəbqardaşbəyli kənd sakini.
Ermənilər məğlub oldulаr
Mənim atam Аğа Mirbаğır аğа ilə çox yaxın bir adam olub.
1918-ci ildə atamın təxminən 18-20 yaşı olanda ermənilərin
hücumu vaxtı rayonu düşmənlərdən qorumaq üçün Аğа Mirəşrəf
аğа və Аğа Mirbаğır аğаnın könüllülər dəstəsinə qoşulanlardan
bəlkə elə birincilərdən biri də atam olub.
Atam danışırdı ki, Аğа Mirbаğır аğаnın məsləhəti ilə
vuruşdan qabaq qadınları, uşaqları, yaşlı adamları yaşayış
yerindən xeyli uzağa apardıq. Təxminən 5-6 kilometr kənarda
yerləşdirdik ki, birdən düşmənlər top atsalar onlara ziyan
dəyməsin. Özümüz isə vaxtı ilə olduğumuz Ərəbbəbirxanlı
kəndinə, Kür çayının sahilinə gəldik. Məlumat üçün bildirirəm
ki, həmin Ərəbbəbixanlı kəndindən indi təkcə məscid qalmışdır.
Atamgil Аğа Mirbаğır аğаnın rəhbərliyi ilə iki gün həmin
ərazidə ermənilərlə vuruşublar. Аğа Mirbаğır аğаnın məsləhəti
ilə atam Kürün qırağındakı söyüd ağacına çıxıb həm müşahidə
aparırmış, həm də vuruşurmuş. Atam danışırdı ki, Аğа Mirbаğır
аğа olmasaydı, ermənilər bütün kəndin əhalisini qıracaqdılar.
Ancaq Аğа Mirbаğır аğаnın xalqı öz ardınca aparması sayəsində
düşmənə qələbə çaldıq.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
124
ADİLƏ HİLАL QIZ XАNMİRZƏYEVА
1925 ci il təvəllüdlü.
Salyan şəhər sakini.
Ağаnı şərləyənlər elə özümüzkülər olub
Mənim atam Məmmədli Hilal ixtisasca dərzi olmasına
baxmayaraq çox geniş məlumatlı, böyük dünya görüşünə malik
olan gözüaçıq bir şəxs olub. Rayonda böyük hörmət və nüfuz
sahibi olması onun başına bəla oldu. 1937-ci il avqustun 7-də
biz kənddəki bağımızda olanda eşitdik ki, Molla Gülhəsəni,
atamı, Аğа Mirbаğır аğаnı, Kəblei Soltanı, saqqal Ağabalanı və
Absalamı gecə həbs ediblər. İndi Salyan polis şöbəsinin
önündəki bağın yerində o vaxt qazamat idi. Həbs olunаnlаrı
oradа sаxlаyırdılаr. Аğа Mirbаğır аğаnın qızı Mirməsmə və
anam Xədicə hər gün qazamata su, yemək aparırdılar. Mənim o
vaxtlar 12 yaşım olmasına baxmayaraq, hər gün anamgillə birgə
gedib gəlirdim. Tutulanları 10-15 gün qazamatda saxladıqdan
sonra, onları indiki Qüdrət Səmədov küçəsi ilə Təbriz Xəlilbəyli
küçəsinin kəsişdiyi yerdə olan artıq sökülmüş türməyə apardılar.
Аğа Mirbаğır аğаnın arvadı Mirbəyim, Аğa tutulan vaxt
qorxduğu üçün ağır xəstə yatdığından qızı Mirməsmə anamla
gündəlik əlaqə saxlayırdı və təklif edirdi ki tutulanların
buraxdırılması üçün Bakıya məktub yazaq.
Türmə ikimərtəbə idi. Atamla, Аğа Mirbаğır аğа birinci
mərtəbədə olduqlarından küçə tərəfdəki pəncərədən özlərini
görməsək də, səslərini eşidər və imkan olanda 1-2 kəlmə söz
deyə bilərdik. Anam milis işçisi olan qonşumuz Zeynalаbdin
vasitəsi ilə bəzi xəbərləri də atama və Аğа Mirbаğır аğаya
çatdırardı.
Atamı 1937-ci ildə, Аğа Mirbаğır аğа ilə birgə tutmuşdular.
Türmə dediyim kimi ikimərtəbə idi. Küçə tərəfdən ikinci
mərtəbə açıq-aydın görünürdü. Nədənsə türmənin ayaq yolusu
ikinci mərtəbədə idi. Dustaqları ayaq yoluna aparanda atam
ikinci mərtəbədən anama dedi: - Xədicə, əvvəlin özün
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
125
görmüsən, yəni əvvəl də tutulmuşam, Allah kərimdi, uşaqlardan
muğayat ol:
- Hamının gözünün qabağında ayaq yoluna getmək, belə
hörmətli adamlar üçün böyük xəcalət idi.
Atamı və Аğа Mirbаğır аğаnı qazamatdan türməyə,
türmədən qazamata aparırdılar. Ola bilsin ki, müstəntiqlər onları
danışdırırdılar. Həmin ərəfədə evimizi, atamın dükanlarını
möhürləmişdilər. Atamla eyni gündə, yəni 1937-ci il avqustun
7-də tutulan Molla Gülhəsənin, Аğа Mirbаğır аğаnın, Kəblə
Soltanın Saqqal Ağabalanın, muhаsib Hilalın və dəllək Hilalın
da evlərini möhürləmiş, əmlaklarını əllərindən almışdılar.
Həmin şəxslərin tutulmasında, evlərinin möhürlənməsində
türmədə onlara nəzarət edilməsində Salyan milis işçilərindən
Zeynalabdin, Əliabbas, İlyas iştirak edirdilər. Tutulanları
avqustun axırında gəmi ilə harasa apardılar və 3 gündən sonra
gətirib, sonra Bakıya apardılar. Sentyabrın ilk günlərində anam
və Аğа Mirbаğır аğаnın qızı tutulanlarla görüşmək üçün Bakıya
gedıb ərizə verəndə isə qəti olaraq bildirmişdilər ki, həmin
adamları daha axtarmayın, onlar yoxdular. Eyni zamanda
bildirmişdilər ki, onların tutulmasında milisin günahı yoxdur. Nə
ediblərsə, nə məlumat veriblərsə, onları tanıyan yerliləri ediblər.
Anam və Аğа Mirbаğır аğаnın qızı bizim savadlı bir əmimiz
oğlu var idi, onunla görüşüb məsləhət almaq istədilər ki, necə
yəni bu adamları daha axtarmayın. Bu, nə deməkdir? Əmim
oğlu da onlara demişdi ki, tutulanların güllələnməsi əmri verilib:
- Daha onları axtarmayın. Sonradan öyrəndik ki, tutulanların
üzünə duran Qulam, İsrafil, Yunus və bu gün övladı ilə qohum
olduğunuz bir şəxs olub. Atam həbs olunanda 54 yaşı var idi.
Аğа Mirbаğır аğа isə ondan xeyli yaşlı idi. Sonralar da onlar
barədə hec bir məlumat əldə edə bilmədik.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
126
Dostları ilə paylaş: |