Quliyev Fərəc İbrahim oğlu


İdarəetmə və kadr siyasəti haqqında



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə93/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   89   90   91   92   93   94   95   96   ...   108
İdarəetmə və kadr siyasəti haqqında 

- Azərbaycanda idarəetmə sistemində çox mərkəziyyətçi və qatı

iorxik sistem vardır. Bu həm də ictimai nəzarətə qapalı, şişirdilmiş və

səmərəsiz   bir   sistemdir.   Bu   sahədə   çox   ciddi   şəkildə   islahatlar

aparılmalıdır   və   məncə   yerli   idarəetməyə   daha   çox   yer   verilməlidir.

Amma   bütün   bunları   etmək   üçün   kadrlara   çox   böyük   ehtiyac   var.

Bəzən   müxalifət   partiyaları   hakimiyyət   dəyişikliyi,   sistem,   islahatlar

haqqında   danışanda   bəzilərinə   belə   gəlir   ki,   tamamən   hakimiyyətə

gələn   bir   qüvvə   bütün   hakimiyyətdə   olan   məmurları   iş   başından

atmalıdır. Belə bir əhval ruhiyyə yaradıblar ki, sanki Azərbaycanda bir

partiya hakimiyyətə gələndə əvvəlki partiyanın bütün kadrlarını məhv

etməlidir.   Belə   deyil,   bilirsiniz   heç   bir   partiyanın   Azərbaycanda   on

minlərlə gömrük işçisi, vergi işini görə biləcək adamı, MTN-də çalışa

biləcək adamı, FHN-də, hərbdə çalışan adamı yoxdu. Biz sadəcə bir işi

görməliyik,   biz   sadəcə   olaraq   üst   sistemdə,   piramidanın   yuxarı

hissəsində   yeni   siyasi   baxışlar   sistemi   qurmaq   üçün   o   elitanı

dəyişməliyik   və   adını   çəkdiyim   sistemdə   insanlar   yox,   prinsiplər

dəyişilməlidir. Yəni, burada həmin orqanlar, həmin nazirliklər depoltizə

olunmalıdır, siyasətsizləşdirilməlidir və bu məmurlar arxayın olmalıdır

ki, nə qədər hakimiyyət dəyişirsə dəyişsin onlar dəyişmiyəcək. Əksinə

daha   yaxşı   işlər   gördüyünə   görə   irəli   çəkiləcəklər   və   onda   həm   də

bunlar   siyasətə   qarışmayacaqlar.   Biz   hakimiyyətə   gələriksə   mütləq

həmin məmurların gücündən istifadə edərik. O başqa məsələdir ki, biz

hakimiyyətdə   texniki   göstəriciləri   ilə   yanaşı   dürüstlük   meyarını   əsas

götürəcəyik və bu insanların keçmişinə baxacağıq. Başqa məsələdir ki,

korrupsiyaya   qurşanmış,   ağır   cinayətlərdə   ittiham   olunanlar   öz   işini

davam etdirə bilməzlər. 

***



Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin