Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


Şəkil 2.2  Kredit ittifaqlarının maliyyə resurslarının



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
quliyeva elnara

Şəkil 2.2 
Kredit ittifaqlarının maliyyə resurslarının
formalaşması mənbələri 
Xüsusi 
vəsaitlər 
ittifaq üzvlərinin pay ödəmələri 
ittifaq 
fəaliyyətindən 
alınan 
gəlirlər 
ittifaqın öz vəsaitlərinin banklarda 
yerləşdirilməsindən alınan gəlirlər 
kredit 
ittifaqlarının 
qiymətli 
kağızlarının satışından əldə edilən 
gəlirlər 
Borc vəsaitləri 
(birliyin 
vəsaitlərinin 
ümumi 
həcminin 60%-
dən 
çox 
olmamaqla
dövlət təşkilatlarının kreditləri 
kommersiya 
təşkilatlarının 
kreditləri 
hüquqi şəxslərin depozitləri 
fiziki şəxslərin əmanətləri 
Kredit ittifaqlarının xüsusi vəsaitləri bölünən və bölünməz vəsaitlər şəklindədir. 
Kooperativin əmlakının bölünən hissəsi kooperativ üzvlərinin məcburi və əlavə 
pay ödəmələri hesabına formalaşan pay fondu ilə təmsil olunmuşdur. Məcburi pay 
ödəmələrinin həcmi kooperativ üzvünün kooperativin fəaliyyətində nəzərdə tutulan 
iştirakına mütənasib qaydada müəyyən edilir. Məcburi pay ödənişi natural formada 
ifadə edilə bilər (torpaq sahələri, əmlak). Bu halda kooperativ üzvü tərəfindən pay 
fonduna verilmiş əmlak birliyin İdarə Heyəti tərəfindən qiymətləndirilir. Pay fondu 
kredit birliyinin əmlak vəziyyətinin meyarıdır. Pay fondunun məcburi minimal 
həcminin müəyyən edilməsi barədə qanunverici tələblər yoxdur. Bu fondun pul 
şəklində ifadə olunmuş həcmi kooperativin təsis yığıncağında müəyyən edilir. 
Kredit birliyinin əmlakının bölünməz hissəsi onun əsas və dövriyyə 
fondlarından ibarətdir. Bu fondlar kredit birliyinin üzvlərinin daxilolma 
haqlarından, birliyin özünün fəaliyyətindən əldə edilən gəlirlərdən və sair 


49 
daxilolmalardan yaranır. Kooperativin bölünməz əmlakının ən mühüm hissəsi 
ehtiyat fondudur. Bu fond fors-major halları üçün yaradılır. Ehtiyat fondunun 
həcmi qanunvericilik yolu ilə təsbit edilmişdir və kooperativin pay fondunun 10%-
dən az olmamalıdır. Kooperativ başqa bölünməz fondlar da yarada bilər: 
kooperativin ləğv ediləcəyi halda pay ödəmələrinin qaytarılması fondu, sosial 
inkişaf fondu, maddi həvəsləndirmə fondu və s. 
Bir sıra tədqiqatçıların fikrinə görə, kredit kooperativlərinin maliyyələşdirilmə 
mənbələrindən biri ya təmənnasız yardım formasında, ya da faizsiz kredit 
formasında dövlət dəstəyi olmalıdır. Unutmaq olmaz ki, belə dəstək bir tərəfdən 
kooperativin fəaliyyətinin başlanğıc mərhələsində onun fəaliyyətini asanlaşdırdığı 
halda digər tərəfdən bir sıra neqativ məqamlar yaradır. Əvvəla, bu halda 
kooperativdə ələbaxımlıq əhvalı və dövlət vəsaitlərinin hesabdan silinəcəyinə ümid 
edilərək onları nəinki vaxtında qaytarmaq, hətta ümumiyyətlə qaytarmamaq 
sindromu yarana bilər. İkincisi, kooperativ külli məbləğdə kreditlərin 
qaytarılacağına lazımi təminat olmadığı halda bu cür kreditlər verə bilər. 
Kredit birliyinin fəaliyyətinin başlanğıcında onun maliyyə vəziyyəti kifayət 
qədər sabit olmur və bu mərhələdə o, yalnız xırda borclar verə bilər. Bu borcların 
əsas mənbəyi pay fondudur. Kredit ittifaqı inkişaf etdikcə və onun maliyyə vəziy-
yəti möhkəmləndikcə verilən borcların məbləği artırılır. 
Kredit birliyi öz fəaliyyətini həyata keçirərkən aşağıdakı prinsipləri rəhbər 
tutmalıdır: 
 kreditin ödənişli olması prinsipi; 
 kreditin qaytarılmalı olması prinsipi.
Kreditin ödənişli olması prinsipi o deməkdir ki, payçıya borc müəyyən faizlə 
verilir. Bu faiz resursların cəlb edilməsi ilə əlaqədar məsrəfləri və kooperativin cari 
fəaliyyəti ilə bağlı xərcləri ödəməlidir. 
Kreditin qaytarılmalı olması prinsipi o deməkdir ki, payçıya borc yalnız onun 
həmin borcu qaytarmaq və borcdan istifadəyə görə faizləri ödəmək imkanları 
öyrəniləndən sonra verilə bilər. 


50 
Borclar verilmə müddətinə görə qısamüddətli və ortamüddətli ola bilər. 
Qısamüddətli borclar ən çoxu bir il müddətinə, bir qayda olaraq payçıların 
dövriyyə vəsaitlərini artırmaq üçün verilir. Ortamüddətli borclar 1 ildən 3 ilə qədər 
müddətə verilir. Bu cür borclar verilməsinin məqsədi - investisiyaları 
maliyyələşdirməkdir. 
Növbəti borc yalnız əvvəlki borc qaytarıldıqdan sonra verilir. Borc verilməsi 
prinsiplərinə riayət edilməsi kredit birliyinin uğurlu fəaliyyətinin rəhnidir. Əks 
halda kooperativin fəaliyyəti iflic vəziyyətinə düşür və onun özünün mövcud 
olması sual altında qalır. 
Hesabat dövrünün sonunda kredit birliyi müəyyən maliyyə nəticəsi əldə edir. 
Maliyyə nəticəsinin göstərilməsi üçün «mənfəət» terminindən istifadə edilməsi 
kifayət qədər şərti xarakter daşıyır, çünki bu kredit birliyinin qeyri-kommersiya 
təşkilatı olması və mənfəətsiz əsasda fəaliyyət göstərməsindən ibarət mahiyyətə 
ziddir. Bununla belə, ittifaq öz fəaliyyətini həyata keçirmə prosesində onun 
gəlirləri xərclərindən çox ola bilər, bu isə öz iqtisadi mahiyyətinə görə mənfəət 
deməkdir. Mənfəətin bölünməsi qaydası maliyyə ili başa çatandan sonra müəyyən 
müddətdə ittifaq üzvlərinin ümumi yığıncağında təsdiq edilir. 
Kreditvermə kredit ittifaqlarının və kommersiya bankının əsas funksiyasıdır. 
Kredit birlikləri və kommersiya bankları arasında oxşar cəhətlər əsasən, birgə 
kooperativ mülkiyyətə əsaslanmasında və idarəetmənin seçkili prinsiplərlə qurul-
masında ifadə olunur. Onların fəaliyyət mexanizmində və məqsədlərində 
əhəmiyyətli fərqlər vardır. 
Araşdırmalar göstərir ki, kredit kooperativlərinin fəaliyyətinin nəzərdən 
keçirdiyimiz təşkilati-iqtisadi prinsipləri və borc verilməsi mexanizminin 
təkmilləşdirilməsi üçün əhəmiyyətli imkanlar vardır.(1;194-208) 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin