Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   16   17   18   19   20   21   22   23   ...   29
quliyeva elnara

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


63 
Fəsil3. Sahibkarlıq subyektlərində korporativ idarəetmənin inkişafı 
3.1. Sahibkarlıq subyektlərinin korporativ idarəetmə strategiyası
 
Korporativ idarəetmə strategiyasının məqsədi mükəmməl prinsip və 
metodologiyaları əsas tutaraq korporativlərə aşağıdakılara nail olmaq üçün 
köməklik göstərməkdir: 
1.Strateji baxışın müəyyən edilməsi və Missiya Hesabatının tərtib edilməsi; 
2.Strateji baxışın həyata keçirilməsi üçün Strateji Planın hazırlanması; 
3.Stratejı Planın tətbiqini dəstəkləyən təşkilati strukturun yaradılması və 
adekvat biznes planının həyata keçirilməsi; 
4.Korporativin fəaliyyət nəticələrinin Strateji Plana uyğun olub-olmamasına 
nəzarət edilməsi, korporativin fəaliyyətinə və bazar şəratinin inkşafına uyğun 
olaraq Strateji Planın yenidən qiymətləndirilməsi. 
Strategiyanın hazırlanması aşağıdakı mərhələlərdən keçir: 
1. Missiya 
Missiya dedikdə korpotativin məqsədinin nədən ibarət olması, fəalliyyətinin nədən 
ibarət olması, gələcək perspektivləri, nə kimi tövhə verməsi və fəaliyyətinin 
nəticələri nəzərdə tutulur.  
2. Dəyərlər 
Dəyərlər özünü iki tərəfdən göstərir 
2.1. Təşkilati dəyərlər 
Təşkilati dəyərlər korporativlərin fəaliyyəti zamanı daxili iş prinsiplərinin 
müəyyənləşdirilməsi,onlara riayət edilməsi, vəzifə və hüquqlarını həyata 
keçirərkən 
Azərbaycan 
Respublikasının 
Konstitutsiyasını, 
Azərbaycan 
Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və 
sərəncamlarını,İSN-nin qərar və sərəncamlarını və strategiyasını rəhbər tutmasıdır. 


64 
2.2. Mənəvi dəyərlər 
Mənəvi dəyərlər dedikdə fəaliyyət zamanı ədalətli, qərəzsiz olmaq, düzgün 
fəaliyyət nəzərdə tutulur. Məsələn, vəzifə öhdəliklərinin yerinə yetirilməsində 
qərəzsiz olmalıdır, vəzifəsindən asılı olmayaraq vicdanlılıq nümayiş etdirməli, 
işgüzar mühit formalaşdırılmalıdır. 
 
3. TƏŞKİLATIN MÖVCUD VƏZİYYƏTİ 
Təşkilatın mövcüd vəziyyəti dedikdə, təşkilatın yerləşdiyi ərazi, fəaliyyət 
istiqamətləri, iqtisadi vəziyyəti, reytinqi, rəqabətliliyi, perspektivləri, strategiyası, 
ölkə daxilində və kənarda formalaşan imici, həyata keçirdiyi layihələr, mənsub 
olduğu dövlətə verdiyi tövhələr, dövlətin inkşafında tutduğu yer və s. kimi 
məsələlər nəzərdən keçirilir. 
Həmçinin aşağıdakılar haqqında da məlumatlar verilir: 
Nümayəndəliklər; 
Təlimçilər şəbəkəsi; 
Treninqlər; 
Konsaltinq xidmətlər; 
Layihələr və Texniki tapşırıqlar; 
Biznes İnkubatoru; 
Beynəlxalq əməkdaşlıqlar; 
4. Məqsəd və Vəzifələr 
Hər bir təşkilat məqsəd və vəzifələrini həyata keçirərkən innovativlik
Keyfiyyətlilik və dinamiklik, Şəffaflıq və peşəkarlıq, Qanunilik, İctimai etimad, 
Səmərəli idarəetmə, Qərəzsizlik, Vicdanlı davranış, Dürüstlük, Humanistlik kimi 
təşkilati və mənəvi dəyərlərə söykənir. Məqsəd hər bir təşkilatın gələcək 
fəaliyyətini müəyyənləşdirir.
5. Strateji istiqamətlər 


65 
Təşkilatlar fəaliyyətə başlarkan məqsədlə yanaşı gələcək fəaliyyətlərini 
planlaşdırır. Stratji planlaşdırma təşkilatın baxışını müəyyənləşdirir. Strateji 
istiqamətlər 
perspektiv 
inkşafın 
əsas 
amilidir, 
strateji 
istiqamətləri 
müəyyənləşdirərkən məqsəd, bazarın fəaliyyəti, rəqabətlilik, digər firmalar, 
resurslar, müştərilər və s. nəzərdə tutulur. 
6. Monitorinq və Qiymətləndirmə 
Monitorinq starteji planın həyata keçirilməsinin sistemli olaraq müşahidə 
olunması, hesabatların hazırlanması və fəaliyyətin aparılması üzrə dəyişiklik və 
qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Strateji Plan əsasən hər 
yarımildə hesabatların nəticələrinə əsasən monitorinq edilir, monitorinqin
nəticələri araşdırılır və qabaqlayıcı tədbirlər planı həyata keçirilir. Monitorinqlərin 
aparılması Strateji Planın hədəflərinə çatmaq imkanını reallaşdırır və zəmin 
yaradır. 
7. Gözlənilən nəticələr 
Strateji planı həyata keçirərkən əldə olunacaq nəticə olmalıdır, bu təşkilatın 
fəaliyyətinin nə ilə sonladığının təhlili kimi başa düşülür. Nəticənin nədən ibarət 
olması təşkilat üçün böyük əhəmiyyət kəsb edir. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin