86
ADİU-nun magistrı Quliyeva Elnarə Arif qızının “Biznesdə
korporativ
idarəetmənin təkmilləşdirilməsi məsələləri” mövzusunda dissertasiya işinin
REFERATI
Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatında korporativ idarəetmənin
əhəmiyyəti durmadan artır.İqtisadi fəaliyyətin korporativ forması inkişaf üçün
böyük qüvvədir. Buna görə də şirkətlərin fəaliyyət göstərdikləri
tənzimləyici və
hüquqi mühit, ümumilikdə iqtisadi nəticələrin əldə edilməsi üçün əsas əhəmiyyət
kəsb edir. Korporativ idarəetmə strukturu bütövlükdə iqtisadi fəaliyyətə və bazarın
hərtərəfli inkişafına təsiri və bazar iştirakçılarına yaratdığı stimullar şəffaf və
səmərəli bazarların təşkili nəzərə alınmaqla qurulmalıdır.
Biznes fəaliyyətində korporativ idarəetmənin əhəmiyyətinin getdikcə
artmasına baxmayaraq, indiyə qədər bu sahə kompleks şəkildə tədqiq edilməmiş,
həmin problemə ayrıca tədqiqat əsəri həsr olunmamışdır. Bu baxımdan biznesin
inkişafında korporativ idarəetmənin tədqiq edilməsi olduqca aktualdır.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulmuşdur:
- korporativ idarəetmənin formalaşması və inkişafının nəzəri əsasları öyrənilməsi;
- korporativ idarəetmə fəaliyyətinin müasir vəziyyətinin təhlili;
- aqrar, istehlak və sənaye sektorlarında korporativ idarəetmənin
tətbiqi
xüsusiyyətlərinin araşdırılması;
- korporativ idarəetmənin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
- korporativ idarəetmənin inkişafında dünya təcrübəsinin araşdırılması;
- dövlətin inkişafında korporativ idarəetmənin rolunun müəyyən edilməsinə dair
əsaslandırılmış təkliflərin işlənib hazırlanması.
Dostları ilə paylaş: