66
onların istedadı ölkənin ən qiymətli resursudur. Buna
görə də hər bir ölkədə və
regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması
strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki,
əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox
həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha
keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər
yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin
ən mürəkkəb obyektidir;
üçüncüsü, insanların peşəkar olmsı üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu
kapital sərfini tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin
yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə
əldə edilir.
İnsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar
rəqabət
obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli
yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici
ölkələrin müəssisələrinin təcrübəsinin ümimiləşdirilməsi insan resurslarının idarə
edilməısinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin (
müəssisənin,
idarə və təşkilatların və s.)malik olduğu əmək resurslarının daha səmərəli
formalaşmasına, inkişafına və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki,
ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) hər bir əmək qabiliyyətli
adamının iş qabiliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və
ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində
bütünlükdə ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu iş
qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına
müsbət təsir göstərəcəkdir.
İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin
bütün aspektlərini
əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir.
Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi,
dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm
amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və
67
motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin ( müəssisənin, idarə və
təşkilatların və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və
xarakterindən asılıdır.
İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası
ilə əlaqələndirir.
Buna görə də, innovasiya xarakteri daşıyır və son məqsəd kimi
ölkənin ( müəssisənin, idarənin, təşkilatın, şirkətin və s.) iqtisadi nəticələrinin
yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. Buna
görə də hər hansı idarəetmə məsələsi həll edilərkən insan aspekti, yəni adamların
imkanı və kadrlara təsir nəzərə alınmalıdır.
İnsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından,
yaradıcı imkanlarından maksimum istifadə edilməsidir.
Lakin sözün geniş
mənasında insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə
edir:
- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi
heyətinə (ümumi və kateqoriyalar üzrə) tələbatın müəyyən edilməsi;
- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili;
- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi;
- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;
- əmək məhsuldarlığının idarə edilməsi;
- əmək gəlirlərinin, müəssisə daxili əmək və istehlak ölçüsünün
tənzimlənməsi;
- müəssisə daxili fəal sosial siyasətin aparılması;
- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması;
- qabaqcıl əmək üsullarının tətbiqi;
- heyətin peşə - ixtisas hazırlığı;
68
- münaqişələrin yumşaldılması, idarə edilməsi;
- normal sosial- psixoloji mühitin yaradılması.
Məhz qeyd edilənlərə görə inkişaf
etmiş sənaye ölkələrində, xüsusilə də
ABŞ –da və Yaponiyada menecerlərin hazırlanması zamanı onların tədris
planlarında yuxarıda qeyd edilənlərə xüsusi diqqət yetirilir. Məsələn, bu ölkələrdə
sosial qrupların psixologiyası, təşkiletmə nəzəriyyəsi, insan davranışı, şəxsiyyətin
psixologiyası,
heyətin
motivləşdirilməsi,
rəhbərlik
üslubu,
situasiyaların
araşdırılması, peşə fəaliyyətinin motivləşdirilməsi və s. məsələlər ayrıca fənn kimi
öyrənilir.
İnsan resurslarına verilən əhəmiyyət özünü Yapon menecerlərinin qarşılarına
qoyduqları vəzifələr içərisində onun nə qədər əhəmiyyət kəsb etməsində də bir
daha özünü göstərir. Bunu Yaponiyada aparılan
sorğunun nəticələrindən də
görmək olar. Sorğu ilə əhatə olunan menecerlər özlərinin əsas vəzifələri haqqında
suala aşağıdakı cavabları vermişlər ( soruşulanlar % - lə):
- insan resurslarının inkişafı - 85,3
- satış bazarının inkişafı - 72,8
- yeni məhsul və xidmətlərin yaranması - 63,8
Dostları ilə paylaş: