Quranda Nəsih və Mənsuh


Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar”



Yüklə 35,44 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü35,44 Kb.
#45671
növüYazı
1   2   3   4   5
quranda nəsh və mənsuh

... Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar”

 

Quranın düz 100/62,28-i nəsih və mənsuhdan ibarətdir.



BU BÖYÜK ZİDDİYYƏT DEYİLMİ?

 

  



Qurandaki mifoloyi hekayələrin qaynağı.

 

İslamın müqəddəs kitabı olan Quranın Kərimdə yazılan hekayələrin bir çoxu özündən 2200 il əvvəl yazılmış Tövratda və Tövratdan İncilə kimi yazılan Müqəddəs Yazılarda vardı.Hesablamalara görə Quranın düz 33%-i Tövratda mövcüddu.Məsələn, dünyanın 6 günə yaradılması, Adəmin günaha batması, Adəmlə Həvvanın Cənnətdən qovulması, İbrahimin, Yusifin hekayələri, Rəbbin Musa peyğəmbər vasitəsilə Misirdə elədikləri və s.Bunlar normaldı,  lakin Quranda olan digər hekayələrin böyük əksəriyyəti Qurandan min illər əvvəl yazılmış yəhudil folklor və mifoloji kitablarda (TALMUD, MİDRAŞ, HAMEŞNA, HAQQADA, TARQUM), fars və hind əfsanələr kitablarında da yazılıb, hansı ki, bu kitabıarda yazılan kekayələr Müqəddəs Kitab Tövrat, Zəbur və İncilin heç birində yoxdu, və həmin hekayələr şeytani və əfsanəvi kitablar adlanıb ki, onlar  Allahın peyğəmbərləri tərəfindən həmişə rədd edilib.Məsələn:



 Qabilin Habili öldürməsindən sonra onu dəfn etməyi qarğa vasitəsilə öyrənməsi “Farqeya Rabbi Eleazar” kitabının 21-ci bölümündə vardır.Nəmrudun İbrahimi oda atması "Midraş Raba" adlı yəhudil mifoloyi kitabında yazılmışdır.Süleyman peyğəmbərin cinlərlə, İblislə və quşlarla olan hekayəsi və Səba krailçasını taxta çıxarması yəhudi  mifoloji kitabı olan "Tarqum"un "İsrail" bölümündə başqa ismi ilə "Ester" bölümündə yazılmışdı.Bir başqa mif də Harut və Marutun hekayəsi "Medas İlkot", yəni yəhudi Medraşında mövcüddur.Yəhudilərin başına dağın zirvəsini qaldırma hekayəsi yəhudi mifoloji kitab olan "Abada Zaerenin" 2-ci və 45-ci bölümlərində vardı.Bir də yəhudiləri meymuna çevirməsi hekayəsi Quranda vardı, bu da qədim yəhudi əfsanələrində deyilib, və Quranda həmin hekayə orda olduğu kimi deyilib, bunu Şeyx Abdallah Yusif Əli Quranın başa saldığı kitabın 34-cü səhifəsində  bildirmişdi.Cənnətin yeddi qatlı təsviri "Hakeyka" kitabından götülülmüşdü ki, bu da bir əfsanədi, və Müqəddəs Kitabda bu bildirilmir.Cəhənnəmin 7 qapısının olması Qurandan yəhudi mifoloji kitabı olan "Zohar”dan götürülüb.Əfsanəyə görə Nuh tufanı qaynayan sulardan olub, amma Müqəddəs Kitabda qaynayan sulardan deyil, yağış və su daşqınından olub deyilir.Bu qaynayan sular yəhudi əfsanələr kitabı olan "Rassinidə" deyilir.İbrahimin bütləri qırması hekayəsi Qurana yəhudi kitabı olan "Tarqumda"n köçürülmüşdü.

 

Quranda xristian opoqrafik hekayələri də yer almışdı.Bakirə Məryəm İnciliə görə Yehoyakimin qızıdır, lakin Quranada o Umranın qızı və Harunun bacı kimi göstərirlib.Musanın və Harunun bacısı Məryəmlə İsa Məsihin anası Məryəm arasında hardasa 1500 il fərq var. Bu hekayə də Qurana başqa bir yəhudi kitabından alınmışdı.Məryəmə mələklərin yemək gətirməsi hekayəsi də "Xilaskarın uşaqlıq illəri və Məryəmin doğulması" kitabında deyilir.Müqəddəs Kitabda İsanın beşikdə danışması deyilmir. Amma bu Quranda var, bu hekayə  də həmən kitabında Quranda olduğu kimi var.Bu mif əslində Hindistanda Buddanın doğum mifindən Qurana alınmışdı.Bu əfsanə Məsihin doğulmasından 557 il əvvəl deyilib və bu hekayə "Didana Katta Yakot Kopt" adlı kitabda yazılıbdı, və hekayə həmin kitabın 1-ci bölümünün 15-ci səhifəsində yazılıb.Məsihin quşlara can verməsi Quranın Ali-İmran surəsində deyilir, lakin bu hekayə İncildə yoxdu, amma bu əhvalat ilk dəfə Qurandan çox-çox əvvəl yazılan "Məsihin uşqalıq illəri" kitabının 36-cı bölümündə kopya Qurandakı kimi yazılmışdır.Bu insanları əyləndirən çox papulyar bir mofoloji kitabdır.Qurandakı Cənnətdən enən masa hekayəsi də mifoloji kitablarda yazılıb.Bir də Qurandakı mağara adamları (Kəhv əhli) hekayəsi ondan əvvəl kopt kilsəsinin "Senec Seriyan" kitabında yazılıb.



 

İndi isə sual verirəm, Quran Allahdandırsa onda yazılan ŞEYTANİ, ERETİK, OPOQRAFİK, KAFİR, MİFOLOJİ, ƏFSANƏVİ HEKAYƏLƏRİN NƏ İŞİ VAR?

 

  

Qurandakı Zərdüşt mifologiyasının qaynağı.



(BUNU HƏR BİR MÜSƏLMANIN BİLMƏSİ VACİBDİR!)

 

Quranda Allahın 99 adı var və qəribədir ki, bu adlar bütpərəst Zərdüştliyin Avestasındakı Axura Mazdanın Hörmüzd Yəşt bölümündəki 75 adına bənzərliyi çoxdu.Məsələn Axura Mazda kimi Allah da Quranda “Görən” (Quranda "Əl-Bəsir", surə 22:75) Avestada Hörmüzd Yəşt 8,12 adlandırılıb, ikisi də “Müdrik” (Quranda "Əl-Hakim", surə 4: 158) Avestada Hörmüzd Yəşt 15 “Bilən” (Quranda "Əl-Alim", surə15:25), Avestada Hörmüzd Yəşt 12  “Güclü” (Əl-Kavi, surə 22:40) Avestada Hörmüzd Yəşt 7  “Yaradan” (Əl-Xaliq, sura 6: 102) Avestada Hörmüzd Yəşt 8,13 “Həmdə layiq” (Əl-Həmid, surə 34: 6) Avestada Hörmüzd Yəşt 12 “Sayan” (Əl-Hasib, Sura 5: 5) Avestada Hörmüzd Yəşt 8.Hələ bu oxşar adların bir qismidir, və göründüyü kimi də Avestadadan götürülüb.

 

Quranının doqquzuncu surəsindən başqa bütün surələri “Mərhəmətli və Rəhmdil Allahın adı ilə” başlayır.Qurandan çox çox əvvəllər yazılmış olan Zərdüşt dinin yazılı qaynağı olan “Dasatir və Asmani”də də fəsillər təxminən Qurandakı kimi başlayır “Verən, bağışlayan, mərhəmətli və ədalətli Tanrının adı ilə” Bunun bənzərini “Bundaxişni" bölümündə də seyr edirik, yazı belə başlayır “Yaradan Hörmüzd Tanrının adı ilə”

 

Sirat sözü Quranda 45 dəfə yazılıb və “Allahın yolu” deməkdi. Sirat sözü ərəb sözü deyi və  mənşəyini latın sözü olan “sirata” sözündən götürülüb və Zərdüşlük təlimində “çinavt” sözü kimi geniş istifadə edilib ki, mənası da körpü deməkdi. Hədisdə Məhəmməd peyğəbər demişdi ki; “Sirat körpüsü Cənnəmin üzərinə endiriləcək və bu körpüdən birinci keçən mən olacam.Və eləcə də bütün dirilənlər körpünün üstündən keçəcək, möminlər körpüylə keçib gedəcək, kafirlər isə keçə bilməyəcək, ordan Cənnəmə sürüşüb düşəcək”.Oxşar hadisə Qurandan yüz illər əvvəl Zərdüşt dininin müqəddəs kitabı sayılan “Avesta”da yazılıb.Orda deyilib ki, bütün ölülər həmin körpüdən keçəcək, həmin körpü Elbrus dağından Cəhənnəm uşurumu olan Çakat Deytiyə kimi uzanır və xeyirxahlar ondan Cənnətə keçəcək, şər insanlar isə Cəhənnəmə yıxılacaq.Avestada Hörmüzd allah saleh kişi və qadınlara söz verib deyir ki;”Xeyir-duayla mən sizi Çinvat körpüsündən keçirəcəm” (Avesta Yasna 46:10) Qədim fars əlyazmalarında bu körpü haqda çoxlu məlumat əldə etmək olar və göründüyü kimi də İslamdakı Əs-Sirat körpü hekayəsi də qaynağını onlardan görürüb.

 

Quranda Cənnətin təsviri ərəb şeyxlərinin hərəmxanalarına çox bənzəyir, hansındakı çoxsaylı  qaragözlü gözəl qızlar olur, və hər an şeyxləri əyləndirmək və onlara həzz yaşatmaq  üçün onların qulluğunda dururlar.Şübhəsiz ki, bu ideya da mənbəsini Zərdüşt qaynaqlarından götürür.Maraqlıdır ki, ərəb sözü olan “hurun” (qaragözlü) öz mənşəyini qədim fars sözü olan “hurust” (gözəl deməkdi) sözündən götürülüb ki, pəhləvi ədəbiyyatında (Arta Viraf 4:18) Cənnətdə gözəl qızlar təsvir edilərkən bu söz istifadə edilmişdir.Bu kitabların birində göylərdəki gözəlüzlü, ağbəniz bakirə qızlar təsfir edilərkən həmin söz istifadə edilmişdir (Xadost Nask 2:23) Və gördüyümüz ki, Quranın böyük əksəriyyəti nəinki öz qaynağını qədim yəhidi folklorundan və xristian opokrifik ədəbiyyatından, hətta qədim zərdüşt fars əfsanələrindən də götürür.

 

Sual yaranır, Quran Allahdandırsa onda yazılan fars Zərdüşt əfsanələinin nə işi var?

 

 

 



Qurandakı insan sözləri

 

Məhəmməd peyğəmbərin dövründə elə olurdu ki, müsəlmanlar bir fikir bildirərdi və onların sözləri olduğu kimi Qurana əlavə edilirdi, bunun da çoxlu sübutu var.Bunlardan ən çoxu Həzrəti Ömərlə bağlıdı.Həzrəti Ömərin vəhyə səbəb olması barədə bir çox İslam yazıçıları yazıb.Əl-Suuti “Al-İtkanti üluum Al-Quran” kitabının 38-ci səhifəsində bundan bəhs edir ki, Əl-Tülmuzi Həzrəti Ömərlə bağlı rəsulallahın bunları söylədiyini deyir ”Tanrı həqiqəti Həzrəti Ömərin  ürəyinə və dilinə qoymuşdu”.İbn Ömər deyir ki; “Həzrəti Ömərin dediyi şəkildə vəhy edilən Quran qədər insanlığa vəhy edilən bir şey olmamışdı.İbn Vardava Mücahiddən bunları söyləyir; “Həzrəti Ömər bir fikir bildirərdi, və o fikir olduğu kimi Quranda yer alırdı. Əl-Suuti deyir ki; “Ömər dedi ki, 3 mövzu haqda Rəbbimlə həmfikirdim.Mən dedim ki, ey Allahın rəsulu, kaş ki, İbrahimin məqamını  bir dua yeri olaraq qəbul edilsəydi”.Və beləcə bu ayə nazil edildi.”Siz də İbrahimin məqamını özünüzə bir namaz yeri edin” dedi.Bundan əvvəl isə Yerusəlimə tərəf namaz qılırdılar.Ömərin dediyi ikinci şey budur, “Dedim ey Allahın rəsulu, doğru adam da, doğru olmayan adam da sənin zövcəni görür, zövcələrinə örtünmələrini buyurmanı dilərdim” Və beləcə örtünmə haqda olan ayə nazil oldu.Bunları söylən Əl-Buxaridi.”3-cü şey isə bir budur, bir gün Allahın rəsulunun zövcələri qısqanclıq üstündə sözləşdiyinə görə peyğəmbər gedib məsciddə qalmışdı, mən də onlara belə dedim, əgər peyğəmbər sizi boşarsa Rəbbi sizin yerinizə ona daha yaxşı zövcələr bəxş edəcəkdir”. Buna aid bir başqa ayə nazil olundu.İbn Hatəm dedi ki, Ömər belə deyib; “Rəbbimlə həmfikirəm, ya da Rəbbim mənimlə həmfikirdi”.



Əl-Suuti yazır ki, Ömər ibn Xəttabla bir yəhudi mübahisə edirmiş və o yəhudi həzrəti Ömərə  demiş ki, “Dostlarınızın bəhs etdiyi  o Cəbrayıl bizim düşmənimizdi”.Və Ömər ona belə cavab verib, “Hər kim Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla, Mikayıla düşmən olursa, bilsin ki, Allah da inkar edənlərin düşmənidir!” Və beləcə yenə Quran ayəsi nazil olar.

Şərab əvvəlcə təkcə həzrəti Ömər üçün qadağan olunmuşdu.Məhəmməd peyğəmbər şərab içərdi, məsciddə belə və ona şərabı Aişə gətirərdi, bu bir çox etibarlı sayılan İslam hədislərində yazılıb.Amma bu Ömərin xoşuna gəlmirdi.Əl-Vahiddin “Əhzab nəzul Əl-Quran” adlı əsərinin 74-cü səhifəsində yazır ki, İbn İshaqın Ömər ibn əl Xəttabdan eşitdiyinə görə bir gün o belə demişdi:”Ey Allahım, şərab barəsində bizə gərəkli sözü ver”.Və həmən sonrasında ikinci surə olan Bəqərədəki ayə nazil olundu – “Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində böyük günah və insanlar üçün mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür».(2:219)” Rəsulallah onu yanına çağırıb ona həmən ayəni oxumuş, amma o vəhy xoşuna gəlməmişdi, bir də demiş ki, “Ey Allahım, şərabla bağlı bizə gərəkli sözü de”.Və sonra da Nisa surəsindəki ayə nazil olundu “Ey iman gətirənlər, sərxoş halda nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın.. “(4:43) Və həzrəti Ömər bir də demişdi ki, “Ey Allahım, şərabla bağlı bizə yetərli bir ayə ver!” Və beləcə şərabla bağlı üçüncü ayə, yəni qadağa ayəsi nazil olundu, və rəsulullah Öməri dəvət edib ayəni ona oxudu...Beləcə içmiyəcəksiniz  dediyi yerə gəlincə həzrəti Ömər içməyəcəyik dedi.Beləliklə, Ömər içki barədə 3 dəfə vəhyin nazil olmasına yol eçdı..Bulardan başqa da bir neçə Ömərlə bağlı ayə var.

Əl-Suuti yazır ki; “Ühud döyüşündəki məğlubiyyətdən sonra müsəlmanlar geri dönürdülər, və müsəlman qadınlar ərlərinin qayıtmasını gözləyirdilər.Qadınlardan biri geri çəkilənlərdən soruşmuş ki, rəsullallaha nə oldu? Onlar isə belə vavab verdilər, yaşayır, sağdır.Qadın isə belə demişdi, o zaman ərimə nə olduğunun fərqi yoxdu, Allah şəhidlərini qulları arasından qəbul etsin!”.Və bu qadının sözləri bir ayə kimi nazil olundu...

 

İbn Saat “Al-Tabakat al-kobra” adlı kitabında belə demişdi;” Musab ibn Ömər bayrağı götürmüşdü, bu kişi Ühüd döyüşündə ordunun bir döyüşçüsü idi, sağ əli kəsikdi və bayrağı sol əliylə tutmuşdu.Və o demiş ki, Həzrəti Məhəmməd sadəcə bir elçidir, ondan öncə də elçilər gəldi, əgər Həzrəti Məhəmməd ölürsə, ya da öldürülürsə keçmiş yollarınıza qayıdacaqsınızmı?” Çünki müsəlmanların hamısı döyüş meydanından qaçmışdı, sonra sol əli də kəsildi, və öldürüldü, bayraq yerə düşdü.Məhəmməd ibn Şərabinin dediyinə görə o ayə, yəni “Həzrəti Məhəmməd sadəcə bir elçidir...”  ayəsi hələ nazil olmamışdı və sonra nazil olundu...



Əl-Vahiddinin yenə həmin əsərinin 342-ci səhifəsində belə deyilir; “Zahid ibn Əshab Həzrəti Məhəmmədin evinə girməmə fikrinin sahibidir, ayə beləcə enmişdi”.33-cü surə Əshab surəsinin 53-cü ayəsində  belə deyilir “Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır.Onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın”.

Bütün bunlar son deyil, Quranda şairlərin şerləri də var, ancaq bu barədə başqa bir mövzuda.

Bir neçə sual yaranır:

1.Quran Allahın Məhəmmədəmi vəhyidir, yoxsa insanların Məhəmmədə?

2.Yoxsa Allah insanların fikirlərini bəyənərək onların sözlərini Qurana əlavə etdirib?

3.Yoxsa da Məhəmməd insanların sözlərini bəyənərək onların sözlərini Qurana əlavə edib?

Amma çox qəribədir, onda Quranın Nəcm surəsinin bu ayəsini necə anlamaq olar? “Quran ancaq özünə bildirilən bir vəhydir”.

  

 



 

Quranın Allahdan olmamasının əsas səbəbləri.

 

1.Quran Allahdan ola bilməz, çünki bu kitab özündən əvvəl gələn və Allahın 40 peyğəmbərinin yazdığı 77 kitabla zidd gəlir.Allahın Kitabları arasında ziddiyyət ola bilməz.Allah böyük Alımdi, və insanların etdiyi səhvləri o edə bilməz.Tövratdan İncilə kimi yazılan həmin ilahi kitablarda deyilir ki, İsa Məsih insanlar araslnda yeganə günahsız insandı, O gəlib günahkarlar uğrunda öləcək və dililəcək, və Ona iman edənlərə əbədi həyat verəcək.Lakin Quran İsanın ölümünü təkzib etməklə bütün peyğəmbərləri yalançı çıxardı.



2.Quranda şər sözlər sevgi sözlərindən çox istifadə edilir.Məsələn;Lənət, Cəhənnəm, əzab, zəlil, zülm, murdar, qorxu, dəhşət, Şeytan, cinlər, kafirlər, cihad, ölüm, nifrət, düşmən, murdar, pis, şər və s.Biz bilirik ki, Tanrı Sevgidi, və O bütün insanları sevgidən yaradıb.Lakin Quranda Tanrı sevgisinə çox az yer ayrılıb, Quranın 90%-i şər sözlərdən ibarətdirsə o kitab necə Allahdan ola bilər? Quran Allahdandırsa niyə O insanları Quranda Özünə sevgiylə yox, qorxuyla çağırır?

3.Quranda ziddiyyətlərin sayı hesabı yoxdu.Quranın ən böyük eyibi “nəsih və mənsuh” mövzusudur ki, belə bir şey Allaha yaraşmaz.Nəsh etmək -  ləğv etmək mənasını daşıyır.Quranın yarından çox nəsih və mənsuhdan ibarətdi.Yəni guya ki, Allah qanun göndərir, qanunu bir müddət sonra ləğv edir.Quranda bu birbaşa yazılıb, orda deyilir ki:”Biz bir ayəni bir başqasıyla dəyişdiririksə ondan daha xeyirlisini göndərərik” Lakin dünya hökmdarları belə sözlərini geri götürmədiyi halda Allah sözünü necə geri götürə bilər? Söz geri götürmək Allah yox, insan işdi, kitab yazıb, sonra orasını burasını dəyişdirmək Allaha yox, insana yaraşır.

 

Quranın Allahdan olması şübhəlidi, lalkin qorxu içində olan müsəlman bu haqda düşünmək belə istəmir.Quranı, İslamı araşdırmaq böyük cəsarət tələb olunur ki, bu da müsəlmanların əksəriyyətində yoxdu.İslamda Quranı araşdırmaq qadağandı, bir müsəlman şübhəyə dalsa, və öz dindaşına sual versə, ona sərt cavab verəcəklər, və küfdə günahlandıracaqlar.Bunda görə də müsəlmanlar Quranı və İslamı araşdırmaqdan, müzakirə etməkdən boyun qaçırırlar.Lakin hər şeyə kor-koranə inamaq cahillikdi.Allah insana araşdırması üçün ağıl verib, nəyəsə kor-koranə inaması üçn deyil.



 

Quranı və İslamı araşdırmaqdan, müzakirə etməkdən boyun qaçırırlar.Lakin hər şeyə kor-koranə inamaq cahillikdi.Allah insana araşdırması üçün ağıl verib, nəyəsə kor-koranə inaması üçÜn deyil.

 

   


 

Quranda kim and içir?

 

İnsan birini inandırmağa çalışanda adətən and içir.Başqasına inanmaq istəyən insan da adətən ona and içdirir.Hər bir insanın ürəyində az çox Allah qorxusu olur.And adətən birinin başqasına inamını artırır.İnsan adətən özündən böyük şeylərə and içir.Ən böyük and Allahadı, çünki Allahdan başqa böyük heç nə yoxdu, sonra insanlar başqa şeylərə and içərlər.Məsələn: peyğəmbərə, anasının, atasının və balasının canına, Müqəddəs kitaba, çörəyə və s.Bir sözlə insan böyük və qiymətli şeylərə and içər ki, ona inanan olsun.İnsan heç vaxt yartdığı şeyə and içməz, çünki o böyük andlarla müqayisədə heç nədi.Məsələn maşın haqqı, telefon haqqı,  təyyarə haqqı – belə şeylə and içmək gülüncdü.



Bəs Allah necə əzizlərim, nəyə and içər? Müqəddəs kitab Bibliyada Allah cəmi 4 dəfə and içir. (Yaradılış 22:16, Yeşaya 45:23, Yeremiya 22:5, Yeremiya 49:13) 4 dəfə də Özünə and içir.Niyə? Ona görə ki. Allahın Özündən böyük heç nə yoxdu.Yuxarıda dediyim kimi də and böyük şeylərə olmasa etibarlı deyil, ona inanan olmaz.

Amma Quranı oxuyanda adamı təəcüb bürüyür, Allah başlayır yaratdıqlarına and içməyə:

 

(Şəms surəsi 1-7) Günəşə, onun şüasının vüsətinə, aya, gecəyə, göyə, yerə, insanın nəfsinə, (Hicr surəsi 72) Məhəmmədin canına, (Şüəra surəsi 1) Turi-Sinaya, Məkkəyə, Tuba və Sidr ağaclarına, (Yasin surəsi 2) Qurana, (Zariyat surəsi 3,4) gəmilərə, yellərə, ulduzlara, küləklərə, mələklərə, (Vaqiə surəsi 75) Ulduzların yerlərinə, onların batma və düşmə zamanına, Quranın hissələrini nazil olma vaxtlarına,  (Haqqə surəsi 38) gözlə gördükləinizə, (Müddəsir surəsi  34) səhərə, (Qiyamət surəsi  2) nəfsə və vicdana, (Mursəlat surəsi  1) Mələk dəstələrinə, möminlərin bərzəx ruhlarına, (Naziat surəsi  4) Haqq yolunda döyüşənlərin atlarına, (Təkvir surəsi  15, 18)  ulduzlara, dan yerinə, (İnşiqaq surəsi  16, 17) şəfəqə, gecənin topladıqları canlılara (Buruc surəsi  2, 3) Qiyamət Gününə, bütün ümmətlərin peyğəmbərlərinə, salehlərinə və s.(Fəcr surəsi  3) erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, və s.

Və göründüyü kimi göydə və yerdə elə bir şey qalmır ki, Quranda ona and içilməsin.Sual doğurur, Allahın Öz yaratdıqlarına and içməsində məna nədir? Niyə Allah Tövratdakı kimi təkcə Özünə and içməklə kifayətlənmir, yaratdıqlarına and içir? Allahın gəmilərə and içməsi daha çox təəcüb doğurur.Bir insan gəmiyə, təyyarəyə və qatara and içərsə ona necə reaksiya verərlər? Əzizlərim, sizə elə gəlmirmi ki, Quranda and içən Allah yox, Məhəmmdəin özüdü?





Yüklə 35,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin