Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
129
133. Biz ayrı-ayrı mö’cüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat,
(evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar
yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.
134. Onlara əzab gəldikdə dedilər: "Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və
peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua
et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını
səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik".
135. Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.
136. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız
yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
137. Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət
verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr
etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (və’dlər) tam yerinə yetdi.
Fir’onun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri,
kaşanələri) isə viran qoyduq.
138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir
tayfaya uğradılar. (İsrail oğulları) dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər
kimi bir büt düzəlt!" (Musa belə) cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız!
139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə
puçdur!"
140. (Musa yenə) dedi: "Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi
halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!"
141. (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Fir’on əhlinin əlindən qurtardıq. Onlar sizə
şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün)
diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
142. Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil
edəcəyimiz və özü ilə danışacağımız) barədə və’dələşdik, sonra ona daha bir on gün də
əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) tə’yin etdiyi müddət tam qırx gecə (gün)
oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah
etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!"
|