Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə122/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   118   119   120   121   122   123   124   125   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

128 



122. Musanın və Harunun Rəbbinə!"  

123. Fir’on (onlara) dedi: "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?" Bu 

(sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri 

qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. 

(Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!  

124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!"  

125. (Sehrbazlar) belə cavab verdilər: "Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna 

dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)  

126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin mö’cüzələri gələn kimi bizim 

onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi 

müsəlman olaraq öldür!"  

127. Fir’on tayfasının ə’yan-əşrafı dedi: "Musanı və tayfasını fitnə-fəsad törətmək, həm 

səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?" (Fir’on onlara) belə 

cavab verdi: "Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət 

etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi 

yenə əlimizin altında olacaqlar!)"  

128. Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. 

Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək 

məqamlar) müttəqilərindir!" - dedi.  

129. (Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, 

sonra da biz əziyyət çəkdik!" (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz 

düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə 

(özünüzü necə apardığınıza) baxacaq!"  

130. Biz Fir’on əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına mə’ruz qoyduq 

ki, bəlkə, düşünüb ibrət alsınlar!  

131. Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!" - deyər, bir pislik 

üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan 

görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin 

onların əksəriyyəti (bunu) bilməz!  

132. (Fir’on adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə mö’cüzə gətirsən 

də, yenə sənə iman gətirən deyilik!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin