Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
124
soruşdular. Onlar: "Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə)
inanırıq!" - deyə cavab verdilər.
76. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin
peyğəmbərliyinə) biz inanmırıq!" - dedilər.
77. Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub
(istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu
(bizi təhdid etdiyin əzabı) gətir görək!" - dedilər.
78. Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs)
bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
79. (Saleh) onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini
(mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz
öyüd-nəsihət verənləri sevmirsiniz!"
80. Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl
bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi
edəcəksiniz?
81. Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış
bir tayfasınız!"
82. (Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): "Onları (Lutu və ona tabe olanları)
məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul
olmayan) adamlardır!" - deməkdən başqa bir şey olmamışdı.
83. Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti
(Vailə öz gizki küfrü səbəbilə) həlak oldu.
84. Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör
(Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!
85. Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə
dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.
Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (mö’cüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun.
Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü
(peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin.
Əgər siz mö’minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!
|