Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
122
56. Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra,
orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən,
Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!
57. Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur.
Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz
onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və
onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə
çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!
58. Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar.
Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az)
yetişər. Biz ayələrimizi (ne’mətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah
edirik.
59. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət
edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət
gününün) sizə üz verəcək əzabından qorxuram!"
60. Tayfasının başçıları ona! "Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə
cavab verdilər.
61. (Nuh) dedi: "Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi
tərəfindən göndərilmiş bir peyğəmbərəm!
62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn
vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
63. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində)
rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə
Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?"
64. Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə
olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda
boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.
65. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım!
Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın
əzabından) qorxmursunuz?"
|