Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
123
66. (Hud) tayfasının kafir başçıları ona: "Biz səni safehlik içində görür və yalançılardan
(biri) hesab edirik!" - deyə cavab verdilər.
67. (Hud) dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi
tərəfindən göndərilmiş bir peyğəmbərəm!
68. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.
69. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir
adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb
edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer
üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın
ne’mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"
70. (Hud tayfasının kafirləri) dedilər: "Sən bizə yalnız Allaha ibadət etməyimiz və
atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru
danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!"
71. (Hud) onlara belə dedi: "Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib
oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi
adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara
ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini)
gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!"
72. Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz
mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman
gətirməyənlərin isə kökünü kəsdik.
73. Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən
sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün
(peyğəmbərliyimi təsdiq edən) bir mö’cüzədir. Buraxın Allahın torpağında otlasın, ona
pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!
74. (Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər
tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı
xatırlayın. Allahın ne’mətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"
75. Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü başçıları
içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: "Siz Salehin, doğrudan da,
Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?" - deyə
|