Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə130/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   126   127   128   129   130   131   132   133   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

136 



194. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin 

sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın 

onları, sizə cavab versinlər.  

195. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən 

qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni 

qurun və mənə heç möhlət də verməyin!  

196. Şübhəsiz ki, mənim hamim Kitabı (Qur’anı) nazil edən Allahdır. O, əməlisalehlərə 

himayədarlıq edər!  

197. Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə 

bilər!"  

198. Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, 

eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!  

199. Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!  

200. Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir 

vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, 

biləndir!  

201. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar 

(Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri 

açılıb) görən olarlar.  

202. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da 

(o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların yaxalarından əl 

çəkməzlər).  

203. (Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman 

(sənə ayə nazil olmayanda): "Məgər sən onu öz tərəfindən uydurub düzəltməli 

deyildin? - deyə soruşarlar. De: "Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe 

oluram. Bu (Qur’an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm 

də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.  

204. Qur’an oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm 

olunsun!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin