Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə138/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   134   135   136   137   138   139   140   141   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

145 



Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir 

haqsızlıq edilməz!  

61. Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. 

Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!  

62. Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən 

qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və mö’minlərlə 

müdafiə edib möhkəmlətdi.  

63. Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini 

(ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin 

belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, 

çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.  

64. Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö’minlərə təkcə Allah bəs edər.  

65. Ya Peyğəmbər! Mö’minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli 

kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar 

(həqiqətən, Allahın mö’minlərə olan köməyini) anlamayan bir tayfadır!  

66. (Ey mö’minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik 

olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi 

olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!  

67. Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox 

kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə 

müqabilində azad etmək) yaramaz. (Ey mö’minlər!) Siz (fidyə almaqla) puç dünya 

malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət 

sahibi, hikmət sahibidir!  

68. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin 

və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə 

şiddətli bir əzab üz verərdi (toxunardı).  

69. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. 

Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

70. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (Öz əzəli elmi ilə) 

ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha 

yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin