Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
143
öldürməsindən qorxaraq) tə’yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin
Allah olacaq işi (mö’minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək
üçün belə etdi ki, həlak olan aşkar bir mö’cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da
aşkar bir mö’cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!
43. O zaman Allah rö’yanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə
çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız.
Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə
olanları biləndir!
44. (Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə
onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər
axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın
iradəsi ilədir).
45. Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və
Allahı çox yada salın ki, nicat tapasınız!
46. Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub
zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!
47. (Ey mö’minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar
və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah
onların nə etdiklərindən xəbərdardır!
48. O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün
insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız)
dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim
sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn
mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab
verəndir!" - demişdi.
49. O zaman münafiqlər və ürəklərində mərəz (e’tiqad zəifliyi və islama qarşı şəkk-
şübhə) olanlar: "Bunları (müsəlmanları) öz dinləri aldatdı!" - deyirdilər. Lakin Allaha
təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət
sahibidir!
50. (Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura:
"Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!
|