Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
140
14. Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da
gozləyir.
15. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb
onlardan qaçmayın!
16. (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş
üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir
dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa,
sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis
dönüş yeridir.
17. (Ey mö’minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya
Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah
atdı. Allah bununla mö’minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir
imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!
18. Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!
19. (Ey müşriklər!) Əgər siz (Kə’bənin örtüklərinə yapışıb dua edərək) qələbə
istəyirsinizsə, artıq sizə zəfər (mö’minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü)
gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin
xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə
qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah,
həqiqətən, mö’minlərlədir!
20. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur’anı, oradakı
öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!
21. Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): "Eşitdik!" deyənlər
(münafiqlər) kimi olmayın!
22. Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və
lallardır.
23. Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara
eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb
gedərdilər.
24. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də’vət
etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də’vətini qəbul edin. Bilin ki, Allah
|