Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
135
185. Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə,
qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına
diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qur’ana) inanmadıqdan sonra hansı
kəlama inanacaqlar?
186. Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz
azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!
187. (Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt
qopacaq? De: "O ancaq Rəbbimə mə’lumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan
başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi
çətindir. O sizlərə ancaq qəflətən gələr!" Sən onun haqqında bir şey bilirsənmiş kimi
onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında mə’lumdur, lakin
insanların əksəriyyəti (bunu) bilməz!"
188. De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə
bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim
(savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də
toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə)
ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"
189. Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat
olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm)
zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir
müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların
hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir
uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!" - dedi.
190. Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə
verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə
Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)
191. Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı
(bütlərimi Allaha) şərik qoşarlar?
192. Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!
193. Siz onları (müşrikləri və ya bütləri) doğru yola də’vət etsəniz, sizə tabe olmazlar.
İstər onları də’vət edin, istər susun - birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).
|