Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
142
34. Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq)
olmadıqları halda, (mö’minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara
əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis
əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların
(müşriklərin) əksəriyyəti bunu bilməz!
35. Onlar Beytullahın (Kə’bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan
başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!
36. Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul
etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra
(məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər.
Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
37. Allah (orada) murdarı (kafiri) pakdan (mö’mindən) ayırd etsin, sonra murdarları
bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə
zərər eləyənlərdir!
38. (Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və
mö’minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər
yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına
gələnlər onların da başına gələr.
39. (Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus
olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki),
Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
40. Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman
gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O
ən gözəl havadar, ən yaxşı imdada çatandır!
41. (Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-
birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə)
iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın,
Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir
(pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
42. O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar
(düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın
gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda
üz-üzə gəlmək haqqında) və’dələşsəydiniz, (onların çox olmasından və sizi
|