Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə134/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   130   131   132   133   134   135   136   137   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

141 



insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən 

keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun 

hüzuruna cəm ediləcəksiniz!  

25. Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə 

biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab 

verəndir!  

26. (Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif 

(aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən 

qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə 

köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, 

şükür edəsiniz!  

27. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və 

aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini 

vəzifələrinizə və borclarınıza sadiq olun!)  

28. Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir 

imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!  

29. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir 

nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi 

bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!  

30. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, 

yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə 

qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin 

ən yaxşısıdır!  

31. Ayələrimiz onlara oxunduğu zaman: "Eşitdik: istəsək, biz də bunu bənzərini deyə 

bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - 

söyləyərlər.  

32. Bir zaman da: "Ya Allah! Əgər bu (Qur’an) Sənin tərəfindən gəlmiş haqdırsa, onda 

başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" - demişdilər.  

33. Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab 

verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin