Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
147
.
9
.
ət-Tovbə
(Tövbə) surəsi
(Mədinədə nazil olmuşdur, 129 ayədir)
1. Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan
əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
2. (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz
qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri
(dünyada və axirətdə) rüsvay edəcəkdir!
3. Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz
olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun
Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə
etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın
əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli
bir əzabla müjdələ!
4. Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini
pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır.
Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah
müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!
5. Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları)
çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin
Bizim email:
Dostları ilə paylaş: |