Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
155
69. (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha
qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı)
qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı)
qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına)
yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə
zərər eləyənlərdir!
70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün,
Mədyən əhalisinin və Mö’təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib
çatmadımı? Peyğəmbərləri onlara aşkar mö’cüzələrlə gəlmişdilər. Allah onlara zülm
edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
71. Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar
(insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər,
Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah,
həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
72. Allah mö’min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn
cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar.
Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük
qurtuluşdur (uğurdur)!
73. Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri
isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir.
Ora nə pis yerdir!
74. (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər.
(And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir
olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə
qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö’minlərə
qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz
ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər
yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz
döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer
üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
75. (Münafiqlərin) bə’zisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz
ne’mətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək
və sözsüz ki, əməlisalehlərdən olacağıq".
|