arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
163
6. Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə
yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut
edən) dəlillər vardır.
7. Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına,
cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib
ona bel bağlayanların və ayələrimizdən qafil olanların -
8. Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
9. İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə)
qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından
çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan
Nəim cənnətlərinə yol göstərər].
10. Onların oradakı (mö’minlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan,
müqəddəssən!", orada salamlaşması: "Salam!" duası: "Həmd olsun aləmlərin Rəbbi
Allaha!" sözləridir.
11. Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi,
şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul
etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar
çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah
edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid
etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
12. İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda
da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü
(əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub
yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
13. Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar
mö’cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün
məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
14. Onların ardınca yer üzünün varisləri sizi tə’yin etdik ki, görək özünüzü necə
aparacaqsınız.
15. (Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab
üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Qur’an gətir və ya
onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına (istədiyim kimi) dəyişə
|