Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə154/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   150   151   152   153   154   155   156   157   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

161 



122. (Ehtiyac olmadıqda) mö’minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. 

Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onuu dindaşlarına öyrətmək üçün) 

qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. 

Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) 

çəkinsinlər!  

123. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən 

(özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!  

124. Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): "Bu sizin hansınızın 

imanını artırdı?" - deyənlər də var. Mö’minlərə gəlincə, (hər bir surə) onların imanını 

artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.  

125. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların 

murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!  

126. Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, 

yenə tövbə edib ibrət almırlar!  

127. (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil 

edildiyi zaman bir-birinə baxıb: "(Müsəlmanlardan) sizi görən varmı?" - deyə soruşur, 

(görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün 

Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!  

128. (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) 

düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, 

mö’minlərlə şəfqətli, mərhəmətlidir!  

129. (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) 

üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona 

təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar 

sahibidir!)  

 

 



 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin