Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
159
104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və
Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
105. De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və
mö’minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna
qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!"
106. (Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi
Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!
107. (Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö’minlər arasına
təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən
kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid
düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin
(münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!
108. (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan
qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha
layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən
təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
109. Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır,
yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm
oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!
110. Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər
qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi)
biləndir, hikmət sahibidir!
111. Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö’minlərin
canlarını və mallarını Tövratda, İncildə və Qur’anda haqq olaraq və’d edilmiş Cənnət
müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz
sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!
112. (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad
uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və
səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və
Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə mö’minləri
(Cənnətlə) müjdələ!
|