Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
162
.
10
.
Yunus
(Yunus əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 109 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!
2. İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı
əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy
etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir
sehrbazdır!" dedilər.
3. Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan
(ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç
bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-
nəsihət qəbul etməyəcəksiniz?
4. Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun
hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib
yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir.
Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab
gözləyir!
5. Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün
mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O,
ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!
Bizim email:
Dostları ilə paylaş: |