Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
158
95. Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət
etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun
qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki
onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq
düşəcəkləri yer də Cəhənnəmdir!
96. Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı
olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!
97. Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə
nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha
layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
98. Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və
(bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər.
(Mö’minlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi)
eşidəndir, biləndir!
99. Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini
Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu
onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail
edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
100. (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və
ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah
onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları)
altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
101. Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət
etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq.
Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük
əzaba uğrayacaqlar.
102. (Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir
əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah
onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
103. (Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları
(günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını
artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır
(rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.
|