Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
154
zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman
gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə
düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah
yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə
qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
61. (Münafiqlər içində) Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib
inanan) bir qulaqdır",- deyənlər də var. De: "O qulaq sizin üçün bir ne’mətdir. Allaha da
inanır, mö’minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab
verənləri isə şiddətli bir əzab gözləyir!"
62. (Ey mö’minlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları
barədə) Allaha and içirlər. Əgər onlar mö’mindirlərsə, (bilsinlər ki) Allahın və Onun
Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!
63. Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi
qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.
64. Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən
çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə
çıxaracaqdır!"
65. (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən
nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",-
deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
66. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü
biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir
qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün
əzaba düçar edəcəyik!
67. Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar
(insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də
bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən,
münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!
68. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları
cəhənnəm odu və’d etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lə’nət elədi
(mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!
|