Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə57/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   53   54   55   56   57   58   59   60   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

63 



 

 

 



.

4



ən-Nisa  



(Qadınlar) surəsi  

(Mədinədə nazil olmuşdur, 176 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) 

yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) 

bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini 

kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!  

2. Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə 

(halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, 

onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! 

Həqiqətən, bu, böyük günahdır.  

3. Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən 

qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd 

nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda 

təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda 

təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). 

Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.  

4. Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə 

bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!  

5. Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum 

tə’yin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan 

yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin