Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
60
179. Allah pisi yaxşıdan (münafiqi mö’mindən) ayırmaq üçün mö’minləri sizin (indi)
olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin,
Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə’zi şeylər bildirər).
Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan
qorxsanız, sizi böyük bir mükafat gözləyir!
180. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də
bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların
xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası
Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
181. "Allah kasıbdır, biz isə dövlətliyik!" - deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya
Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini
(mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: "Dadın atəşin
əzabını!" - deyəcəyik.
182. Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə
əsla zülm edən deyildir!
183. "Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban
gətirməyincə heç bir peyğəmbərə inanmayaq!" - deyənlərə belə cavab ver: "Məndən
əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz
qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?"
184. (Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki
səndən əvvəl açıq mö’cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də
yalançı saymışdılar.
185. Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü
tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən
kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir
şey deyildir.
186. Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş
kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər
səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
187. (Ya Rəsulum!) Allah kitab əhlindən: "Siz onu (kitabda olanları) gizlətməyib,
insanlar üçün aydınlaşdırmalısınız!" - deyə əhd aldığı zaman onlar bu əhdə arxa
çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!
|