Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
56
142. Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr
edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə
girəcəyinizimi güman edirsiniz?
143. Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq)
arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.
144. Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-
getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək
və ya döyüşdən qaçacaqsınız?) Halbuki ən şəxs Allaha heç bir zərər yetirməz. Lakin
Allah şükür edənlərə mükafat verər.
145. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən
edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət
savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə,
mükafatlandıracağıq!
146. Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə
qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə
acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!
147. Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi
bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və
kafirlərə qələbə çalmaqda bizə kömək et!" - deməkdən başqa sözləri olmamışdır.
148. Nəhayət, Allah onlara həm dünya ne’mətlərini, həm də ən gözəl axirət ne’mətini
(Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!
149. Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə)
döndərər və siz də zərər çəkmiş halda ərsiniz.
150. Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.
151. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin
ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer
nə pisdir!
152. (Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə
verdiyi və’dinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə
göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə
mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri
|