Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
52
98. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın
ayələrini (dəlillərini) inkar edirsiniz?"
99. De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən
kimsələri Allahın yolundan dərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız?
Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".
100. Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa,
onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.
101. Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz
necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola
yönəldilmişdir.
102. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda
(müsəlman kimi) ölün!
103. Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb
bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə
düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-
birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan
xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş
olasınız!
104. (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr
edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən
nicat tapmış şəxslərdir.
105. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və
ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
106. Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara
olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın
əzabı!" - deyiləcəkdir.
107. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik
qalacaqlar!
108. Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər
əhlinə) zülm etmək istəməz.
|