Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
55
130. Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin.
Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
131. Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
132. Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
133. Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün
hazırlanmış Cənnətə tələsin.
134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər,
qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
135. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman
Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları
Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu)
bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
136. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar
axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə
gözəldir!
137. (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir.
İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
138. Bu, (belə əfvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər,
müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.
139. (Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və
qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan)
çox yüksəkdə durursunuz!
140. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr
müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə
ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən
şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
141. (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv
etməsi üçündür.
|