Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə48/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   44   45   46   47   48   49   50   51   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

54 



dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah 

etdik.  


119. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın 

hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də 

inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. 

(Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir.  

120. Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona 

sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə 

heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.  

121. (Ya Rəsulum!) Sən müharibədən ötrü mö’minlərə (əlverişli) mövqelər hazırlamaq 

üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! 

Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!  

122. (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə 

məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, 

Allah onların yardımçısı idi. Gərək mö’minlər (hər işdə) Allaha təvəkkül etsinlər!  

123. (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz 

halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!  

124. O zaman sən mö’minlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza 

yetişməsi sizə kifayət etməzmi?"  

125. Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə 

üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım 

edər.  


126. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. 

Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,  

127. O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) 

və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid sünlər.  

128. (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini 

qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.  

129. Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə 

əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin