Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
126
96. Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki,
onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət
qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab
etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
97. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin
idilərmi?
98. Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən
gəlməyəcəyinə arxayın idilərmi?
99. Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına
(naz-ne’mət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin
idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər
eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
100. Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə
gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə
müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən
məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər?
101. (Ya Rəsulum!) O məmləkətlərin bə’zi xəbərlərini (əhvalatlarını) sənə söylədik.
Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdilər. (Həmin
məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö’cüzələrə, dəlillərə) yenə də
inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.
102. Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın
itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.
103. Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona və onun ə’yanlarına (peyğəmbər)
göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə
oldu!
104. Musa dedi: "Ey Fir’on! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir
peyğəmbərəm!
105. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-
aşkar bir dəlil (mö’cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə
bərabər (babalarının vətəni olan Şama) göndər!"
|